ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Məşhur İran yazıçısı Bakıya gəlir

2687    |   2017-10-10 15:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Oktyabrın 14-ü, saat 15:00-dan 17-30-a qədər AMEA-nın Mərkəzi Elmi Kitabxanasında məşhur iranlı yazıçı Mustafa Məsturun "Mən sərçə deyiləm" kitabının müzakirə və imza mərasimi keçiriləcək.

Adalet.az-ın verdiyi məlumata görə, imza günü "İran kitab günləri" çərçivəsində reallaşacaq.

Əsərləri 20-dən çox dilə tərcümə edilən Mustafa Məstur İranın yaşayan ən məşhur yazıçılarından biridir. Onun "Tanrının ay üzündən öp” adlı romanı on beş il ərzində altmış dəfədən çox yüksək tirajla çap olunub. Bu romanı yazara 2000 və 2001-ci illərdə ard-arda ilin ən yaxşı romanı nominasiyası üzrə İranın nüfuzlu "Qızıl qələm” mükafatını qazandırıb və bir çox dünya dillərinə tərcümə edilib.

Mustafa Məstura daha da şöhrət qazandıran onun "Cüzamlı əllər və donuz sümüyü” romanıdır. Kitab 30 dəfə təkrar nəşr edilib və türk, rus, ərəb, italiyan dillərinə tərcümə edilərək dünyada tanınıb.

"Mən sərçə deyiləm" romanına da bir mənada bu əsərin davamı kimi baxmaq olar. Belə ki, roman yazarın "Cüzamlı əllər və donuz sümüyü” adlı əsərindəki müharibədə xəsarət alan Daniyal obrazının müəmmalı taleyinə işıq salır.




İmza:
SON XƏBƏRLƏR
2017-10-17
00:05 NOVATOR
2017-10-16


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Atletiko"ya qalib gələcəkmi?

Hə (50%)
Yox (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Xəstə bir xanım həkimə zəng edir.

- Bu gün müayinəyə gələ bilməyəcəm.

- Niyə, o qədər ağır vəziyyətdəsiz?

- Xeyr, səhər getmişdim təzə rol üçün rejissorun yanına, ondan sonra dərzinin yanında oldum, sonra da kirayə ilə əlaqədar ev sahibi ilə məsələni çözdük. Yorulmuşam. Dördüncü dəfə soyunmağa halım qalmayıb.





digər lətifələr
ARXİV
FACEBOOK