adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
10 Oktyabr 2017 11:55
18675
SİYASƏT
A- A+

Vəkil həbs olunan jurnalistə mükafat istədi

"Sözçü" qəzetinin əleyhinə yürüdülən rüşvət əməliyyatıyla bağlı hazırlanan 73 səhifəlik iddianamə qəbul edildi. İstanbul 37-ci Ağır Cəza Məhkəməsində baş tutacaq ilk məhkəmə işi 7 Noyabrda Ədalət Sarayında keçiriləcək.

Qəzetin vəkili Celal Ülgen həbs olunan müxbirləri Gökmen Ulunun dərhal sərbəst qalmasını istəyib. Ülgen, prezident Tayyib Erdoğanın 15 iyun gecəsi ilk çıxışını sozcu.com.tr-də yayınlayan Gökmen Uluya mükafat verliməsi gərəkdiyini ifadə etdi. Ülgen, "Gökmene verilən mətbuat mükafatımı, yoxsa həbsmi?” sualını yönəldib. 


Ülgenin açıqlaması belədir: "Sözçü Davasının iddianaməsi qəbul edildi. Bu iddianamənin sübuta yetirilmiş bir iddianamə olmadığını, heç bir fakta söykənmədiyini qeyd etməliyəm. Məhkməmə prosesi bunları ətraflı şəkildə izah edəcəyik. Bundan əlavə, Atatürkçü düşmən qeydə alınmış mülkiyyətçilərindən birinin sözdə hesabatı iddianaməyə çevirdiyini də açıqlayacağıq.”

"FETO”çu olmadığı dəqiq bilindiyi halda qeztimizə "FETO”çu damğası vuran kimdir, kimlərdir? Hansı sipər gerisində danışılmış və əllərini ovuşdururlar? Məhkəmə prosesində hesab verməyəcəyik, bunların hesabını bir-bir biz soruşacağıq. Ancaq hazırda həbs olunan Gökmen Bekir Ulunun dərhal sərbəst qalmağını gözləyirik.”

"Qanun bunu tələb edir. Anasının ağ südü kimi təmiz, əyilməyən və dim-dik duran qardaşımız Gökmenin çəkdiyi əziyyət artıq dayanmalıdır."