adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
09 Oktyabr 2017 17:53
19157
ELM VƏ TƏHSİL
A- A+

Texniki Universitetin rektor əvəzi birinci kurs tələbələri ilə görüşüb

Dövlətin təhsilə olan qayğısından geniş danışan rektor əvəzi gənclərə onlar üçün yaradılan şəraitdən səmərəli istifadə etmələrini tövsiyə edib. XXI əsrin yüksək texnologiyalar əsri olduğunu söyləyən Xalıq Yahudov bu ali məktəbdə tədris metodlarının təkmilləşdirildiyini, müasir laboratoriyaların olduğunu bildirib və yüksəkixtisaslı mühəndis kadrların hazırlanması üçün maddi-texniki bazanın yüksək olduğunu qeyd edib.

Daha sonra rektor əvəzi Baloniya sisteminin funksiyaları ilə tələbələri tanış edib və bu təhsil sisteminin qaydalarına məsuliyyətlə yanaşmalarını tövsiyə edib. O, beynəlxalq əlaqələrin genişləndirilməsindən, universitetdə uğurla həyata keçirilən layihələrdən söz açıb və tələbələri bu layihələrdə iştirak etməyə çağırıb.

Tələbələrlə səmimi və bir ata qayğısıyla danışan Xalıq Yahudov onların irad və təkliflərini dinləyib, suallarını cavablandırıb. Bildirib ki, istedadlı tələbələrə qayğı göstərilməsi, imkan və şərait yaradılması vacibdir.

Görüşün sonunda rektor əvəzi bütün hallarda tələbələrin yanında olacağını, onları narahat edən problem olduqda isə rəhbərliyə müraciət etmələrini tövsiyə edib.

Qeyd edək ki, oktyabrın 16-dək universitetin bütün fakültələrinin birinci kurs tələbələri ilə Xalıq Yahudovun görüşü keçiriləcək.