adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
09 Oktyabr 2017 16:52
13071
DÜNYA
A- A+

Türkiyə S-400-ü almaq üçün Rusiyaya şərt qoydu

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Moskva ilə S-400 raketlərinin satın alınmasına dair müqavilənin dəyişdirilə biləcəyini deyib.

Adalet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Moskva bu silahı birgə istehsal etməyə razılaşmasa, Ankara S-400 almaqdan vaz keçəcək.

"Rəsmən bu məsələ ilə bağlı etiraz almamışıq.Texnologiya əsas məsələdir. Amma Rusiya imtina etsə, başqa ölkə ilə müqavilə imzalaya bilərik”-deyə Çavuşoğlu deyib.