Aqil ABBAS:KÜRÜ DÜŞMƏN DƏYİRMANINA AXIDIRSIZ, SONRA DA…

AQİL ABBAS
91607 | 2017-10-11 11:12

Bizləri borclu çıxarırsız

Gündəmi orta məktəblərinrus bölməsinin 10-cu sinif şagirdləri üçün buraxılmış tarix kitabındakı bir xəritə zəbt edib. Böyükmüzakirəyə və ziyalılar tərəfindən etiraza səbəb olub. Xəritəni çap etmirik, söyüş söyənlə çatdıran yarı-yarıyadı,ona görə.

Ümumiyyətlə, sonillər buraxılan dərsliklər mütəxəssislərtərəfindən tez-tez tənqid olunur, təbii ki, özü də faktlarla, kor-kor, gör-gör.Və bu tənqidlərə də dilucu bir cavab verirlər, bitdi-getdi. Növbəti illərdə yenəhəmin şey. Yəni dəyirman öz bildiyini edir,çax-çaxı havayıdan baş ağrıdır. Yəni dəyirman Təhsil Nazirliyidi, başı ağrıyan,çax-çax da bizik. Və ümumiyyətlə, təhsilmizbu dəqiqə elə bir vəziyyətdədir ki, nə qədər ağıçı lazımdı ki, oturub ağı deyə.Amma ağıyla da düzələn deyil ey. Nə isə…

Bəli, məlum xəritədəRoma imperatorluğu dövründə Qara dənizdən Xəzər dənizə qədər böyük bir ərazi – Türkiyənin, İraqın, Suriyanın,İranın bir hissəsi, Azərbaycan, Gürcüstan,Şimali Qafqaz bütövlükdə Ermənistan kimi təqdim olunub.

Bu böyük məsuliyyətsizlikdir.Deməli, dərsliyə başdansovdu yanaşıblar. Bu dərslik neçə mütəxəssis əlindən keçib,amma bunu heç kim görməyib.

Artıq kitabları yığışdırırlar,yenidən dərc edib paylayacaqlar, amma əlyazmalar yanmır axı, deyirlər.Yəni ortada bir kitab var və Azərbaycanın buraxdığı kitabdı. Və bu kitab indi ermənilərində əlindədi, tirajlayıb bütün dünyaya yayacaqlar ki, bax, görürsünüz, özləri də etirafedir ki, bu ərazilər Ermənistanındı.

Əvvəla, Nazirliyinvə müəlliflərin açıqlamalarını oxuyuram,lap çaşıb qalıram. Bu açıqlamalar üzrü günahından betərdi.

Birincisi, müəlliflər «Ərməniyyə» sözünü «Ermənistan» sözü ilə qarışıq salırlar. Bütünərəb mənbələrində Yaxın Şərqdə bir əraziƏrməniyyə adlanır. Bu da heç də xəritədə göstərildiyi kimi, Qara dənizləXəzər dənizin arası deyil, təxminən dərc olunmuş xəritədə Mesopotamiya kimi göstərilənDəcləylə Fərat bölgəsində bir ərazidi. Buyurun, ərəb mənbələrini qaldırıb baxın həmin xəritələrə.

İkincisi, ƏrməniyyəninErmənistana və erməni xalqına heç bir dəxliyoxdu. Xalq adı deyil, millət adı deyil, ərazi adıdı və özü də əsasən, ərəblərinyaşadığı ərazidi. Həmin ərazidə türklər dəyaşayıblar və bu ərazidə şumer xalqı da yaşayıb. Şumerlərin dilləri də türk dilinəyaxın bir dildi. İmkanınız varsa Oljas Süleymenovun «Az i Ya» kitabını bir vərəqləyin, eləcə də ƏlisaNicatın şumerlərlə bağlı yazılarını oxuyun. Özü də faktlara söykənənyazılardı. Şumer dili ilə türk dilinin necə eyni kökə bağlı olduğu haqdayazılardı.

Hansısa saxta birxəritəni götürürsünüz, özü də rus mənbələrindən və «ərməniyyə» sözünü də «armeniya»kimi yazırsınız.

Hələbir yer var ey, Roma imperatorluğu erməni dövləti ilə nə bilim neyləyib. Erməni dövləti, yox bir Amerika Birləşmiş Ştatları. Hardaydıbu erməni dövləti, neçənci ildə olub ki,heç ermənilərin özlərinin dəqiq məlumatıyoxdu?!

Təbiiki, erməni də bir xalqdı, kosmosdan gəlməyib. Onun da bir yurdu-yuvası olub. Ya 70-ci illərin sonuydu, ya 80-ci illəriydi,«Elm və həyat» jurnalında işləyirdim, universitetin (onda bir universitet vardı– Azərbaycan Dövlət Universiteti) professorlarından biri redaksiyaya ABŞ-da nəşr olunan bir jurnal gətirmişdi.Jurnalda ABŞ-da yaşayan, milliyyətçə erməni bir professorun ermənilərin soykökühaqqında bir məqaləsi dərc edilmişdi. Professor həmin məqaləni Azərbaycan dilinə tərcümə elədi və biz də onuçap elədik. Ermənilərlə cici-bacı vaxtlarımızıydı və həmin yazıda etməniləri aşağılayanbir şey yoxuydu. Sadəcə olaraq, erməni professoröz xalqının harda doğulub, haralara köç etdiyini yazmışdı.

Professorfaktlarla sübut edirdi ki, ermənilərin vətəniHimalaydadı. Bəs necə olub ki, onlar qərbə gəlib çıxıblar? Himalayda ermənilərlə türklər birgəyaşayıbmış. Məlumdur ki, türklər 30-40 illiksavaşlara çıxırdılar və təbii ki,üzü qərbə. Hələ gəlib Romanı da yandırdılar. Həmin professor yazır ki, türklərindərziləri, çəkməçiləri, dəlləkləri, at qaşovlayanları, tikinti işləri görənləri,tərcüməçiləri və bir çox hallarda mirzələri ermənilər olub. Və türklər hara gediblərsə,erməniləri də özləriylə daşıyırdılar. Və professor xüsusilə vurğulayır ki, harda türk yaşayırsa,mütləq orda ermənilərlə də rastlaşacaqsınız.

Birdə ki ermənilər özlərinə erməni demirlər, «hay» deyirlər. «Hay»ın da bizim dilətərcüməsi «qaçqın» deməkdi. Ona görə bir-birinə müraciətdə deyirmişlər ki, «hayes»,yəni sən də bizdənsən, yurd-yuvandan qaçqınsan?

Ermənidövləti! Yox bir Amerika Birləşmiş Ştatları. Erməni harda birkənddə məskunlaşırdısa özlərinə çar seçirdilər: erməni çarı filankəs. Yoxbir prezident...

SeroXandzanyanın bir əsəri var: «Mxitar sparapet». Çox böyük bir romandı. Romanda ermənilərin yadellilərəqarşı «möhtəşəm» bir mübarizəsi təsvir olunur.Mxitar da bunların baş komandanıdı. Oxuyursan,gözünün qabağında böyük bir erməni dövləti canlanır. Bir az ciddi baxırsan, məlumolur ki, bu «möhtəşəm» erməni dövlətininqoşunundakı əsgərlərin sayı heç bir rota deyil.Budu bunların dövləti, Roma imaperatorluğuyla danışıq masası arxasında oturublar?Lətifəsi uzaq olsun, bu, Qatır Məmmədin ingilis generalı Tomsonla danışıq masasıarxasında oturmasına oxşayır.

Bəli, xəritə böyüketiraza səbəb olub, təbii ki, haqlı etiraza. Amma açıqlamalar, yuxarıda qeyd etdiyimkimi, üzrü günahından betər. Açıqlamalardayazılır ki, bu məsələnin müzakirəsi, qabardılması erməni dəyirmanına su tökməkdi.

Dostlar, siz özünüz Kür çayınıerməni dəyirmanına yönləndirmisiniz, hələ bir bizləri də borclu çıxarırsınız?!

Ümumiyyətlə, mütəxəssislərdənibarət və Təhsil Nazirliyinə tabe olmayan birkomissiya yaradılmalıdır və dərsliklər həmin komissiyada geniş müzakirə edilməli,son nəticəyə gəlinməli və sonra dərc edilməlidir.

TƏQVİM / ARXİV