ANA SƏHİFƏ / GÜNDƏM

Aqil ABBAS:BAXIN VƏ TÜRKÜN BÖYÜKLÜYÜNÜ GÖRÜN!

11029    |   2017-10-11 11:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

«Yeni Müsavat» qəzetində Şimali Kipr Türk Cümhuriyyətində Mağusa şəhəri haqqında maraqlı bir yazı oxudum.

Mən də iki-üç dəfə bu şəhərin ətrafında fırlanmışam və bu şəhərə bitişik bir otelin eyvanından Mağusaya tamaşa eləmişəm. Bu şəhərə 43 ildi heç kəs buraxılmır. «Yeni Müsavat»da yazılanları təkrar etmək istəmirəm. Bu şəhər türklərin əlindədi, şəhərdə yalnız az sayda hərbçilər yaşayır və şəhərə nəzarət edir.

Şəhər 1974-cü ildən donub. Yunanlar şəhəri tərk ediblər, özləri ilə də nə isə apara bilməyiblər, mal-mülkləri, dövlətləri, avtomobilləri olduğu kimi qalır. Şəhərdə bircə binada dağıntı var, orda da yunanların baş qərargahları yerləşibmiş və türk təyyarəçiləri tərəfindən həmin qərargah raket zərbəsilə məhv edilib.

Qeyri-adi olan nədi? Yunanlar türk şəhər və kəndlərini yandırmalarına baxmayaraq, türklər nəinki bu şəhərdə hansısa bir binanı dağıtmayıblar, bu şəhərin heç bir çöpünə də əl vurmayıblar. Evlər hamısı doludu, küçələr həmin dövrün son model avtomobilləri ilə dolu və sair və ilaxır.

Amma heç bir türk qeyrətinə, kişiliyinə sığışdırıb düşmənin bir çöpünə də əl vurmayıb. Bir xalısına, gəbəsinə, televizoruna, soyuducusuna da toxunmayıb. Halbuki o dövrdə türklər indiki kimi gözəl yaşamırdılar və bu şəhərdən milyardlarla qənimət götürə bilərdilər. Etmədilər, yenə qeyd edirəm, bunu özlərinin türk kişiliklərinə sığışdırmadılar ki, başqasının malıdı.

Bu gün də şəhər toxunulmaz qalır, çünki bu şəhər türklərin deyil, yunanlarındı. Haçansa barış olacaq, yunanlar yenidən öz doğma ev-eşiklərinə qayıdacaqlar, şəhər yenidən canlanacaq.

«Yeni Müsavat»da geniş yazı var, həmin yazını öz saytımıza da qoyuruq, oxuya bilməyənlər oxusun.

Bu şəhər haqqında dəfələrlə yazmaq istəmişəm, amma nədənsə alınmayıb. Özü də məsələyə təmiz başqa gözlə baxmaq istəmişəm. Hansı gözdən? Onu erməni işğalı altında olan Ağdamla müqayisə etmək istəmişəm. Həmkarlarım sağ olsunlar ki, yadıma saldılar.

Baxın, bu türklərin işğalı altında olan Mağusa şəhəri, bu da ermənilərin işğalı altında olan Ağdam şəhəri. Bir daha türklə erməninin fərqini görün!

Ermənilərin əlində olan Ağdam










Türklərin əlində olan Mağusa











İmza:

Ramil Usubovdan Nils Mujnieksin müraciətinə cavab

“Məqsədimiz ailələrin rifahını yaxşılaşdırmaqdır” - Leyla Əliyeva

Oqtay Əsədov baş katiblə görüşüb

150 minə yaxın daşınmaz əmlaka çıxarış verilib

Bakı Şəhəri Təhsil İdarəsindən məktəbdəki insident haqda AÇIQLAMA

Nazirlər Kabinetində 11 şöbə birləşdirilib

Zakir Həsənov Gürcüstanın Baş Qərargah rəisi ilə görüşdü

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 7 rayon şöbəsinin rəisi dəyişdirilib

Leyla Əliyeva: “Ərzaq təhlükəsizliyi dünyada sabitliyin təmini üçün vacibdir”

600 türk məmur Almaniyadan sığınacaq istədi

Poroşenko: Ukrayna mütləq NATO-nun üzvü olacaq

DİM-dən gələn ilin buraxılış imtahanları ilə bağlı AÇIQLAMA

SON XƏBƏRLƏR
2017-10-17
00:05 NOVATOR
2017-10-16


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Atletiko"ya qalib gələcəkmi?

Hə (50%)
Yox (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Xəstə bir xanım həkimə zəng edir.

- Bu gün müayinəyə gələ bilməyəcəm.

- Niyə, o qədər ağır vəziyyətdəsiz?

- Xeyr, səhər getmişdim təzə rol üçün rejissorun yanına, ondan sonra dərzinin yanında oldum, sonra da kirayə ilə əlaqədar ev sahibi ilə məsələni çözdük. Yorulmuşam. Dördüncü dəfə soyunmağa halım qalmayıb.





digər lətifələr
ARXİV
FACEBOOK