adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
09 Oktyabr 2017 14:43
12346
SİYASƏT
A- A+

TBİLİSİ-XANKƏNDİ TƏYYARƏ UÇUŞLARI

Azərbaycanın dövlət sərhədlərini pozaraq Xankəndinə səfər edərək separatçı rejimin lideri ilə xaşla tut arağı vuran Türkiyənin millət vəkili belə bir açıqlama verib ki, Tbilisi ilə Xankəndi arasında təyyarə reysləri həyata keçirilir. Bu nə dərəcədə həqiqətdir? Axı, biz bəyan etmişdik ki, Xankəndinə hər hansı bir xarici təyyarə uçarsa ağzını cıracağıq?!

Xarici işlər nazirinin maaşını alan hörmətli Elmar Məmmədyarov Tbilisidəydi. Görəsən, hörmətli Elmar müəllim bu məsələ ilə bir maraqlandımı, gürcü həmkarından buna bir açıqlama istədimi?!

Xarici İşlər Nazirliyinin sözçüsü hörmətli Hikmət Hacıyevdən bu məsələyə aydınlıq gətirilməsini xahiş edirik.

Yoxsa, məsələ məlum olduğu üçün üstü basdırılsın?