adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Oktyabr 2017 14:40
22568
ŞOU-BİZNES
A- A+

İKİSİ BİR DƏRDDƏ OLAN GÖZƏLLƏR

Bu günlərdə Türkiyə gözəli seçilən İtır Esenin tacı bir neçə gündən sonra əlindən alınıb. Bu barədə Türkiyə saytları məlumat yaymışdı. Məlumatda qeyd edilidi ki, onun 15 iyul şəhidləri ilə bağlı sosial mediada yazdığı aşağıdakı status şəhidlərin ruhuna təhqir kimi qiymətləndirilib və bu cür sərt qərar verilməsinə səbəb olub: "15 temmuz şehitlər gününü kutlamaq adına sabahında regl oldum. Günü şehitlerimizin kanla temsilen kanayarak kutluyorum”.

Bu əhvalatdan bir neçə gün sonra xəbər saytları Myanmadan ictimai yükü daha ağır olan anoloji məlumat yaydı. Gözəllik yarışmasının 19 yaşlı qalibi Shve Eain Sinin tacı siyasətə qarışması səbəbiylə geri alınıb. Elə o da Türkiyəli "rəfiqəsi” kimi sosial medianın zibilinə düşüb. Myanma hökumət qüvvələrinin Arakan Roxinca Qurtuluş Ordusuna qarşı keçirdiyi əməliyyatı görüntələyən bir videonu paylaşması təşkilarçılar tərəfindən siyasətə qarışmaq kimi qiymətləndirildiyinə görə belə sərt qərar verilib. Xatırladaq ki, sözü gedən videoda işgəncəyə məruz qalmış uşaqlar görünür və Eain Si həmin işgəncələrin ARQO tərəfindən verildiyini iddia edir.