adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
07 Oktyabr 2017 15:51
21469
MƏDƏNİYYƏT
A- A+

“CinemaPlus”da 4-cü Azərbaycan Gənclər Film Festivalının açılışı olub

Bakıda 4-cü Azərbaycan Gənclərinin Film Festivalı film keçirilib.

Adalet.az-ın məlumatına görə, festival "CinemaPlus” premium kinoteatrlarında, ABŞ səfirliyi ilə əməkdaşlıqda, eləcə də dublyaj redaksiyası Cinemazadeh, Desperado Music School, The US-educated Alumni association (AAA), American Film Showcase, Özsüt və Hard Rock Cafe-nin dəstəyi ilə oktyabrın 1-dən 3-dək keçirilib.

Festivalda Azərbaycan iştirakçılarının filmləri, eləcə də Avropa və ABŞ filmləri nümayiş olunub. Bununla yanaşı xüsusi film təqdimatları, xarici rejissorlarla sual-cavab sessiyası təqdim olunub. Festivalın "Öz hekayəni paylaş” mövzusu əsasında Azərbaycanlı iştirakçılar tərəfindən göndərilən 40-dan çox film nümayiş olunub. Filmlərin sırasında Bakıdan və həmçinin regionlardan göndərilən filmlər var idi.

Festivalın açılışı "CinemaPlus Gənclik Mall” kinoteatrında furşet və "Ahmedowsky Trio” qrupunun canlı musiqi ifası ilə baş tutub.

Festivalın təsisçisi və təşkilatçısı Michael Raybourne, ABŞ səfirliyindən Fərqani Əliyev, rejissor Samir Kərimoğlu və xüsusi qonaq Pablo Mahave festivalın açılışını elan ediblər. ABŞ rejissorları tərəfindən çəkilmiş qaçqın və məcburi köçkünlər haqqında "Salam Neighbour” adlı sənədli film və məcburi köçkün olan rejissor Fridoon Joindanın filmləri nümayiş olunub. İlk günün yekunu olaraq Fridoon Joinda ilə canlı video bağlantı vasitəsi ilə suallar cavablandırılıb.

Festivalın ikinci günü "CinemaPlus Azərbaycan”kinoteatrında Azərbaycanın gənc rejissorlarından və iştirakçılarından 40-a yaxın film nümayiş olunub. Ardınca Gürcüstandan olan 2 qısametrajlı film və nümayiş olunan filmlərdən birinin rejissoru Tamta Gabrichidze auditoriyanın suallarına cavab verib və öz təcrübəsini paylaşıb. Eləcə də Pablo Mahave Virtual Reallığın Sənədli filmlərdə istifadəsi ilə bağlı təqdimat edib və qonaqların suallarına cavab verib.

Festivalın axırıncı günü "CinemaPlus Gənclik Mall” kinoteatrında qalib gələn filmlər nümayiş olunub və mükafatlandırma mərasimi keçirilib. Festivalda iştirak edən bütün iştirakçılar da sertifikatla təmin olunub. 1,2 və 3-cü yerlərə isə hədiyyələr təqdim olunub. "CinemaPlus” kinoteatrlar şəbəkəsinin direktor müavini və "Cinemazadeh” dublyaj studiyasının direktoru Cəfər Axundzadə qalibləri mükafatlandırıb. Festival bitəndən sonra iştirakçılar üçün Hard Rock Cafe-də qapalı afterparty keçirilib.

"CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etməyə və kino dünyasının ən yaxşı premyeraları ilə sizi sevindirməyə hazırdır.