adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Oktyabr 2017 14:10
14450
SİYASƏT
A- A+

“Status-kvo qəbuledilməzdir” - Amerikalı həmsədr

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri Endrü Şeferi qəbul edib.

Adalet.az-ın xəbərinə görə, Endrü Şoferə fəaliyyətində uğurlar arzulayan dövlətimizin başçısı ABŞ-dan olan əvvəlki həmsədrlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində digər həmsədrlərlə birgə səylərini əsirgəmədiklərini bildirərək münaqişənin həllinə indiyədək nail olunmadığını təəssüflə qeyd etdi və dedi ki, buna səbəb Ermənistanın status-kvonu dəyişməz olaraq saxlamağa çalışması, işğal olunmuş torpaqlarımızdan çıxmaması və Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə məhəl qoymamasıdır. Hazırda danışıqlar prosesinin bərpa olunduğunu deyən Prezident İlham Əliyev beynəlxalq hüququn normalarına əsaslanan ədalətli həll yolunun tapılması istiqamətində konstruktiv işlər görüldüyünü qeyd etdi, Azərbaycanın bu münaqişənin tezliklə həllində maraqlı olduğunu bildirdi.

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şofer Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Dövlət Departamentinin rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırdı. Endrü Şofer vurğuladı ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, status-kvo qəbuledilməzdir və buna görə də münaqişənin beynəlxalq hüququn normaları əsasında sülh yolu ilə həlli istiqamətində aparılan prosesdə səylərini əsirgəməyəcəklər.

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Dövlət Departamentinin rəhbərliyinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Amerika Birləşmiş Ştatlarının Prezidentinə və Dövlət Departamentinin rəhbərliyinə çatdırmağı xahiş etdi.