DEYƏSƏN DEMİŞƏM…

ƏBÜLFƏT MƏDƏTOĞLU
50551 | 2017-10-06 18:24

Bəlkə heç deməmişəm

Gəlin belə danışaq. Əvvəlcə özümüzügüzgü önundə təsəvvüredək. Düşünək ki, üzbəüz dayandığımız divar güzgüdü. Və bu ağ divara baxa-baxaöncə özümüzə qiymət verək. Kimik, nəçiyik, hansı mənsəbə, hansı əxlaqa və nəhayət,nəyə xidmət edirik,necəxidmət edirik? Bax, bunların cavabını o divara baxa-baxa özümüz-özümüzə verəbilsək, mən yüzə-yüz əminəm ki, bizim hər sözümüz, hər fikrimiz normalqarşılanacaq. Çünki onun mayasında səmimiyyət olacaq və bir də bizə ağız büzənlərözləri bizim kimliyimizin qarşısında cılızlıqlarını görüb susacaqlar, ən azıbir anlıq. Düşünməyin ki, bu ölüm sükutudu, xatirə sükutudu. Xeyr, bu, onların həmin o bir an içərisində həqiqi insan olmaqlarınınölçüsüdü, zamanıdı, yeridi… Görün biz divarla üzbəüz durmaqla nə qədər savabqazanırıq adamları adam mərtəbəsində görüb, adamcığazları adamlığa qaytarırıq…

Fikirlərim sizə qəribə gəlməsin.Çünki bu, fəlsəfi yanaşma kimi görünüb özünü oxucuya sırımaq təsiridə bağışlaya bilər. Və siz də bunu haqlı olaraq qəribə qarşılayarsınız. Ammabir oxucu olaraq məni sözümdən tanıyan hər kəs, eləcə də böyük Allahım şahiddirki, belə bir fikirdən, iddiadan çox-çox uzağam. Mənim əsas qayəm, başlıca məramımyaşadıqlarımı, içərisində olduqlarımı nöqtə-vergülünə qədərvarlığıma hopdurmaqla həm də insanlara çatdırmaqdı. Eşidən, duyan bilsinki, hər bir Allah bəndəsinin içərisində iynə ucu boyda da olsa işıq var, qorvar. Onu üfürüb ocağa, nura da çevirmək olar, onun üstünü örtüb gizlətmək də vəyaxud üstünə su töküb söndürmək də. Bax, sonuncudan çəkinmək, sonuncudan uzaqdurmaq istəyilə yazıram bu yazını. Axı,mənim həyatımda kifayət qdər işıqlıinsanlar var, olublarvə yəqin ki, bundan sonra da yaşadığım Tanrı verən ömür çərçivəsində yenə dəolacaqlar…

Diqqətli oxucum bilir, son vaxtlar nostaljiduyğular məni öz aurasına alıb. Və mən də öz köhnə dostlarımı, iç dünyamınadamlarını təkrar yaddaşımdan mətbuat səhifəsinə gətirmişəm - birmənəvi rahatlıq üçün, yaşadıqlarımı təkrar yaşamaq üçün. Və bir də həmin oyaşadıqlarımın nədən ibarət olduğunu həm ailəmə, doğmalarıma, həm də oxucularımaçatdırmaq üçün…

İnsan dünyaya mədəsindən baxanda ətrafona ən yaxşı halda bozbaş kimi görünür. Ətraf ona mətbəx qoxusu çatdırır vəonun həmin o mədəsindəki gözləri parıldayır ac canavar gözləri kimi. Ancaqçapmaq, talamaq, parçalamaq və təbii ki, o mədəni doldurmaq istəyilə. Bu da sondamin cürə fəsad törədir, xəstəlikləryaradır. Həmin o fəsadlara, xəstəliklərə də müqavimət gücü olmur ortada. Ammadünyaya, ətrafa mənəviyyatın gözündən baxanda hətta kül altındakı qoru da hissetmək, görmək olur… gözün işıq axtarır … qulaqların ümidli, xeyir-dualı söz… Təbiiki, bunlar da həyatdakı yerini, bütövlükdə yaşamını rəngarəng edəcək. Hətta kimlər üçünsə, nələr üçünsə darıxacaqsan.Əlini telefona atacaqsan, yolunu həmin o aradığın ünvanlardan salacaqsan, deməli,yaşayacaqsan. Onda yadına xoş anlar düşəcək, xoş xatirələr yapışacaq yaxandan.Və təbii ki, sən o anların içərisində həttaşeir də oxumaq istəyəcəksən.Məsələn, bu kövrək misralar kimi:


Baxıram həsədlə, baxıram lal tək

Odlanan qəlbimin tüstüsü gülür…

Həyatım qaralıb buxaqda xaltək-

Havalı əlimin istisi gülür…


Əriyən günləri sayıb keçirəm

Bu sayı ömrümə yayıb keçirəm…

Hər gün olmasa da, hər anköçürəm -

Arxamca həyatın üst üzügülür…


Görünür çətindi eşqdə tənolmaq

Dən olmaq, çən olmaq, sən yamən olmaq…

Həsədli ürəyə son Vətənolmaq -

İstəyin özündə tüstüsü gülür…


***

Arxada qalan həftənin bir məqamınıhələ də içimdə daşıyırm, yaddaşımda çözələyirəm. Bu məqam təbiətinşıltaqlığından qaynaqlansa da, sonra onu mən bir dostun timsalında da gördüm,izlədim. Öncə təbiət məqamından başladım. Yadınızdadı… son bir neçə günün fəsildəyişikliyi aləmi vurdu bir-birinə. Bir günün içərisində yaydan payıza yox,qışa düşdük. Yazın, yayın ovqatı bir anın içərisində sel-suya qərq oldu.Şıdırğı yağan yağış bizi sümüyümüzə qədər islatsa da, bu qorxulu deyil. Qorxuluolan o idi ki, biz bir anın hökmünü unutmuşduq. Və böyük Yaradan təbiətingücüylə bizə xatırlatdı ki, fəsil bölgüsünü də unutdurmaq olar. Bir anda yaydanqışa da düşmək olar. Necə ki, bir anda zirvədən dərənin dibinə, ya da olumdanölümə düşmək kimi….

Bax, bu dediyimi bir dostunsimasında yaşadım mən. Telefonda danışdıq, vədələşdik, görüşüb müzakirə edəcəyimizməsələni də dilə gətirdik, hətta harda görüşəcəyimizi müəyyənləşdirdik… Ammabütün bunlar söz olaraq qaldı. Çünki o görüşün diplomatik dildə desək, vizasıverilmədi, o görüş baş tutmadı, ölüm nöqtə qoydu bizim istəyimizə. Və mənsevincin, xoş təəssüratın içindən ayrılığa, kədərə düşdüm və susdum. Çünkibaşqa heç nə etmək mənim gücümdə deyildi. Bu məqam mənə səbrin və dözümün nə demək olduğunu bir də xatırlatdı,bir də diktə etdi. Mən də ancaq gücüm çatan bütün şıltaqlıqlarıma dözən ürəyiməüz tutub öz-özümə pıçıldadım:


Yorub salmışam əldən

Halı yoxdu səslənə…

Sevdiyi də qucaq açmır -

Girib orda bəslənə-

Ürəyim…


Qaranlıqda ulayan

Küləyin səsi kimi…

Özünə ağı deyir

Özünün kəsi kimi -

Ürəyim…


Bu halsız halımda da

Yönü yenə sənədi…

Sevənlərin olmadı

Sevdiyin bir dənədi -

Ürəyim!


Bax, bu cür yükləyib ürəyimihəmin o yaşadığım məqamı unutmaq üçün dörd divar arasından üzü dənizə tərəfçıxıb getməyə qərar verdim. Düzünü deyim ki, dəniz sakit olanda onunla söhbətim tutmur. Elə bilki, yatmış adamla danışmaq kimi gəlir mənə bu söhbət. Daha çox coşanda, özünüqayalara, sahilə çırpanda baxmağı xoşlayıram dənizə. Səbəbi də bu çırpıntıların,bu şahə qalxmaların vuruş kimi gəlməsidi mənə…döyüş təsiri bağışlamasıdı mənə… Təbii ki, yorulanda dəniz də özünə çəkilir,elə hamı da, o cümlədən mən də. Çəkilib özümüzə, dərin nəfəs alıb elə bilirikki, bitdi hər şey, son nöqtə qoyuldu. Amma içimizdəki işıq, içimizdəki qoralışanda - onda yenidən başlayır həmin o əvvəlki səhnə. Və mən də baxıb, baxıbsonra öz-özümə deyirəm:


Mən düşünə bilmirəm,

Yorulmuşam, çökmüşəm…

Ürəyimi min yerdən -

İlmə-ilmə sökmüşəm!..


Qaranlığa bürünür

Hər tərəfim anbaan…

Asta-asta sürünür -

Arxamca təklik – ilan…


Özümü toparlamaq

Gücünü hardan alım?

Qarşımda iki sual -

Gedim – ya da ki, qalım?!


Tay düşünə bilmirəm

Çökməyim göz önündə…

Şəklimi də silirəm -

Dincəlsin gözlərin də!..


***

Həyatın elə bir anı olub ki,sonra bu anı xatıralyanda öz-özünə deyirsən:

- Ömrüm tükdən asılıdı…

Bəli, mən də belə anların təkcə müşahidəçisi yox,yaşayanı da olmuşam – istər döyüş bölgəsində, istər düşdüyüm avtomobil qəzasında.Hətta klinik ölümün nə olduğunu da yaxşı bilirəm. O bir anda həyatımı xilas edənəlin, gücün, sözün, daha bilmirəm nəyin təsvirini, şəklini sözlə yarada bilmirəm,ifadə edə bilmirəm. O hər nədisə, onu təkcə xilas edən bilir. Mən isə xilasolduğum həmin o məqamı şükürlərlə, dualarla anıb, kimsəyə arzu etmirəm. Lakinbu şükürlərin, duaların içərisində bir təlaş da var. Həmin məqamın hardasa, nəvaxtsa təkrar olunmaq təlaşı. Axı, tarix təkrar olunur, deyiblər. Və düşünürəmki, deyilən söz təkcə yadigar olaraq qalmır, o, həm də göyərə bilir. Şair MusaYaqubun dediyi kimi, qara daşın göyərmədiyidünayda sözün göyərməsi hər kəsə məlumdur. Ən azından sözün içində olanlar bunubilirlər. Mən də az-çox sözə yaxınolduğumdan, sözü duyduğumdan bu qənaətə gəlirəmki, bax, o bir an başımızın üstündəki qılıncdı. Gərək onun varlığınıunutmayaq. Əgər unutmasaq, bəlkə də xilasımız daha asan olar. Nə isə…

Bəli, mən yazımın əvvəlindəsöylədiyim fikirlərə istinad edərək bildirmək istəyirəm ki, üzü divara dayanıbözümüzü dinləyə bilsək, onda gecələr göy üzüylə danışmağın xoş anlarını biranlıq qatlayıb qoyacağıq kənara. Çünkigöy üzündə olan səma cisimləri bizim o söhbətimizə müəyyən nüanslar qatır. Ammaüzü divara dayanıb etdiyimiz söhətdə bu nüanslar yoxdu. Söhbətlər necə deyərlər,təkbətəkdi. Bax, mən də həmin o təkbətək söhbətin bin anını misralayıram vədeyirəm ki:


İçimdə həyat donubdu

Heç nə isitmir ruhumu…

Ürəyim deyib, durubdu -

Üzü divara yuxumu…


Xəyal qurmaq istəklərim

Köpüklənib üzü günə…

İnanmıram donan ruhun –

Buzu sına, üzü gülə…


Yuvarlanıb dağ aşağı

Ayaq altda qalıb izim…

Yuxardakı, bax aşağı -

Dərddən yerə gəlib dizim!..


Doğrudan da hər anın hökmüolduğu kimi, hər ovqatın da bir yazı variantı var. Onu hər kəs bacardığı kimi yazır. Mən də çalışdımki, son günlərin mənə verdiyi həyat dərsinin ovqatını sizinlə bölüşüm.Doğrudur, bu bölüşmə prosesi daha çox duyğulu, nostalji, bir az da sızıltılıoldu. Amma neyləyim ki, yaşadığım bu idi… və bir də neyləyim ki, bütün hallardayaxamı kənara çəkmək istədiyim qayğı və ağrı-acı mənim ətəyimi buraxmır. Eləbil ki, onlar mənsiz, mən də onlarsız yaşaya bilmirəm və hətta öz-özümə deyirəmki:


Ruhumun diri olduğu

Yadından çıxıbdeyəsən…

Bu diri ruhum da səni -

Boğaza yığıb deyəsən!..


Adım bir kəndnən, şəhərnən

Sənlədi axşam, səhərnən…

Bu söz-söhbətim cəhənnəm-

Baxışım sıxıb deyəsən…


Qoy olsun, susub gözlərəm

Özümdən küsüb, gözlərəm…

Sənə sərt üzün göstərən-

Məni də yıxıb deyəsən!..


Hə, bu da mənim etirafım.Amma içərisində bir damcı şübhə olanetiraf. Çünki şeirdə «deyəsən» demişəm.Bəlkə, heç belə deyil...

TƏQVİM / ARXİV