XƏYALLARIMDA AXTARIB, TRABZONDA TAPDIĞIM ADAM

ƏBÜLFƏT MƏDƏTOĞLU
65485 | 2017-10-06 16:00

O,yer üzündəki adamlardan çox məqamlarda fərqlənir

Hərdən öz-özümə fikirləşirəm: görəsən Allah mənim bəxtimiyazanda ovqatı necə olub? Və görəsən mənbunu özüm bildiyim kimi yozsam, təsəvvür etsəm, Allahım məndən inciməz ki? Onunqəzəbinə gəlmərəm ki?..

Beləbaxanda sual sadə görünür, adi səslənir. Hətta bunu hamı ürəyindn keçirə bilər.Şərt deyil ki, yazı-pozu adamı olasan... bir damcı ruhun ola... duyğusallığın ola...və yaxud da az-çox söz anlayasan... sözün qatlarını bir-iki pillə enə biləsən. Osözlə göy üzünə bir-iki pillə yaxınlaşasan... Söhbət ondan gedir ki, özünü və özünqədər bildiyin, özün qədər tanıdığın, sevdiyin insanı da baxışından, sifətinin cizgilərindən, hətta duruşundanbelə, anlayasan. Bax, onda mənim sadə hesab etdiyim və yaxud sizin sadə hesab etdiyinizsualların hər biri mütləq bir dağ boyda olacaq,altından qalxa bilməyəcəksiniz, necə ki, mən qalxa bilmirəm. Özü də mən bu qərarı,bu nəticəni dünən, beş gün, bir ay bundan öncə qəbul etməmişəm. Mənə elə gəlir ki,həmin o qərar da, sual da mənimlə yaşıddı. Çünki barəsində danışacağım adam məndənyaşca kiçik olsa da, dünyagörüşü, anlayış, insanlıq cəmiyyətə və ətrafa münasibət,diqqət, bağlılıq, dilə sevgi, millətə vurğunluq, torpağa tütiyə kimi baxmaq ölçüləriniçəkiyə qoyanda məndən çox-çox öndədi. Mən onunla müqayisəyə gələ bilmərəm. Və mənhərdən belə fikirləşirəm ki, bu cür adamlar yer üzündə çox ola bilməz. Əgər bu cüradamlar yer üzündə çox olsa, onda Allahın mələklərlə ehtiyacı qalmaz. Və bir dəmən düşünürəm ki, məhz bu cür adamların daxilində mütləq bir mələk yaşayır, oturur. Və öz mələkliyini bu adamlaraköçürüb, tapşırıb. Ona görə də bu adamlar sudan durudu, günəşdən şəfqətlidi, torpaqdanbərəkətlidi və...

Onunlatanışlığımın yaşını gününə, saatına, ayına qədər, təqvimə baxıb, deyə bilərəm. Ammabu, sadəcə bir fakt olacaq. Məsələn, filan ayın filan günündə qarşılaşıb görüşdük.Amma mən onu bu cür qəbul etmirəm. Çünki öncədən dediyim kimi, o mənim əl çatmayan,ün yetməyən xəyallar dünyamın adamıdı və bu adam da yaşda məndən kiçik olsa da,sanki mənimlə eyni gündə, eyni saatda, hətta eyni doğum evində dünyaya gəlib. Sadəcə,biz yanaşı addımlamışıq, hərəmiz öz işimizlə məşğul olmuşuq və paralel gedən yollarımızınkəsişməsini gözləmişik. Və günlərin birində də o xəyallar dünyasının adamıyla üz-üzədayanmışam. Bunun da ilk səbəbkarı Fəridə Rəhimli olub. İnternet səhifəsində, dahadoğrusu, facebook-da bir paylaşması onun diqqətini çəkib və burdan qiyabi tanışlıqbaşlayıb. Sonra isə o qiyabi tanışlıq əyaniləşib. Biz daha qiyabi oxuyan tələbələrkimi gün öldürməmişik. Əksinə, əyani oxuyan tələbələr kimi kitabdan ayrılmamışıq.Günümüz demək olar ki, bir-birimizə diqqəti, qayğını göstərmək, bir-birimizi yaxındantanımaqla daha da gözəlləşib, daha da maraqlı olub. Və bir gün telefonuma zəng gəlib.Bu zəngi də Fəridə Rəhimli edib:


-Qardaşın gəlir, get qarşıla!

Tələsiközümü ona çatdırdım. Görüşdük. İndiyə kimi də o görüşün, o ilk canlı şəkildə bir-birimizləolan təmasın aurasını, cizgilərini bütünlüklə o anı başqa kiminləsə görüşüb yaşayacağımmüstəviyə keçirə bilmirəm. Mənə elə gəlir ki, qardaşların bu görüşü bir insanınbir mələklə əl tutması səhnəsidir. İnanın ki, bunu tam səmimi deyirəm. Və...

Beləcə,başladı bizim əyani dostluğumuz. Telefonla, yazışmalarla özülü qoyulan qardaşlığıncanlı addımları keçdi ailəmizə... Uşaqlar da, xanımlar da tanıdı bir-birini... vəgünlərin birində bu dostum məni ağlatdı. Özü də elə ağlatdı ki, Şuşadan, Füzulidən,Tuğdan,Qarabağdan ayrılanda elə ağlamışdım. Ağladığımı görüb məni sakitləşdirməyə çalışdı,təəccüb içində olan qardaşım, dostum Əhməd bəy! Amma mən elə kövrəlmişdim, elə dolmuşdumki, gücüm misralara çatdı.


Çeşmələrmin biçimdə

Öpə-öpəiçdim də!

Ürəyiminiçində -

Dağlarağlatdı məni!..


Ayağınasərildim

Vallah,öldüm-dirildim...

Ümidverdi - kiridim -

Dağlarağlatdı məni!


Yəqinbaşa düşdünüz. Məni Trabzonda gəzdirdi dostum, qardaşım Əhməd bəy. Apardığı, göstərdiyihər yerdə bir Şuşa gördüm... bir Laçın gördüm... bir Kəlbəcər gördüm... Baxdığımhər dağı, hər yolu, hər bulağı Qarabağdan, işğal olunmuş torpaqlarımızdan qopubayrılmış bir parça saydım. Bütün bunları məndən də yaxşı duyan Əhməd bəy məni qucaqlayıbkövrək bir səslə:

-Abi, dönəcəyik Qarabağa, mən də gələcəm ora, inanın! Allahımız türkü heç vaxt dardaqoymayıb, inşallah, yenə də qoymaz! - dedi.

Mənonda anladım ki, təxminlərimdə yanılmamışam. Əhməd bəy doğrudan da insanın içinigörən, ürəyini oxuyan birisidi. Onun səsindəki, gözlərindəki, hətta mənə toxunanəlindəki hərarət bunu sübut etdi. Özü də elə sübut etdi ki, ömürlük yazıldı yaddaşıma.Və onunla istənilən mövzuda etdiyim söhbətdə mən həmin səmimiyyəti, həmin doğmalığı,həmin inancı təkrar-təkrar yaşadım...

Məntrabzonlu qardaşım Əhməd Varolla dostuluğumun, qardaşlığımın bir məqamını xüsusivurğulamalıyam. Bu da ondan ibarətdir ki, Əhməd bəyin çevrəsindəkilər də hansı sənətinsahibi olmalarına baxmayaraq, demək olar ki, seçilmişlərdi. Və Əhməd bəy məni onlaratəqdim edəndə onlar məni elə qarşılayırdılar ki, sanki yüz ildi tanıyırdılar...sanki yüz ildi bu görüşü gözləyirdilər. Üstəlik,bu adamların hamısı mənim yazı-pozu insanı olduğumu o qədər dəyərləndirirdilər ki,həqiqətən sıxılırdım içimdə. Çünki bizdə mən bunun şahidi olmamışdım. Orada anladımki, Allahın verdiyi istedadın və bu istedaddan ortaya çıxan yazı-pozunun qiymətiçox böyük imiş. Və bir də onu anladım ki, Türkiyədə, eləcə də Trabzonda söz də urvatlıdı,söz adamları da...

Mənbu şəhərdə Əhməd bəyin təqdim etdiyi İbrahim hocanın timsalında din adamının əndəyərli cizgilərini müşahidə etdim, izlədim.Gördüm ki, Allahına, Peyğəmbərinə bütün varlığı və ruhu ilə bağlı olan İbrahim hocadostluqda da, insanlar arasında olan davranışında da o qədər sadə, o qədər mülayimvə o qədər də qayğıkeşdi ki, onunla içini bölüşmək heç kimdə çətinilk yaratmır.


Günlərinbirində yenə ürəyimi götürüb getdim qardaşımın yanına... Trabzona. Həkim, dava-dərmanöz yerində... müalicə yenə öz yerində. Ən əsası, ən vacibi Qarabağın oxşarı olanbu yerləri gəzib-dolaşmaqdı. Və hər dəfə də mən bu bölgəni ziyarət edəndə ruhənQarabağda gəzib-dolaşıram, ruhən özümü Şuşada görürəm. Bu yaşantılarım üçün təbiiki, Allahıma və dostuma minnətdaram. Bu minnətdarlıq təkcə etiraf deyil, təkcə yaşadıqlarımıdilə gətirmək deyil, bu, həm də anları yaşamaq üçün mənə şərait yaradan, mənə dəstəkverən Allaha və o insana təkrar-təkrar baş əyməkdi. Ona görə də mən orda yazdığımşeirlərin birində vurğulamışdım ki,


Düşdümarasına bu məmləkdə

Ulduzadamların, ay adamların...

İşığıbürüdü məni hər yerdə -

Ulduzadamların, ay adamların...


Heyrətləseyr etdim gördüm ki, burda

Dənizdəyatırmış oyanan Günəş!

Yuyunubqalxırmış yatdığı suda...

Özüöz nuruna boyanan Günəş.


Adamlarulduz, Ay, adamlar işıq

Hərkəsin dilindən sevgi ələnir...

Burda- Trabzonda mənimtək aşiq-

Olanınürəyi nura bələnir!


Gününbirində Əhməd bəyin söylədiyi bir xoş xəbərin izinə düşüb yenə tələsdim Trabzona.Bu dəfə dost övladının, qardaş oğlunun toyuna tələsmişdik ailəlikcə. O anları bizimAzərbaycan mühitinə köçürməyə hec cür gücüm çatmır. Çünki orda iştirakçısı olduğumuztoy doğrudan-doğruya bir ailənin, bir nəslin və bir də o toya dəvətli olanlarınbayramıydı. İnsanlar o qədər rahat, xoşbəxt əylənirdilər ki, bizim son illərin toylarınıdüşünüb, içimdə bir az sıxılırdım. Əhməd qardaşım yenə nələr yaşadığımı, nələr keçirdiyimiduyub əlini çiynimə qoydu:

-Abi, zaman-zaman hər şey yoluna düşər. Sizlər də israfçılıqdan əl çəkərsiniz. Cavanlara,təzə ailə quranlara kömək olub, yardım edərsiniz. Daha restoranlara yox!

Bəli,daha bir məqamı xatırlayıram. İbrahim hocanın imamı olduğu məscidin həyətində adamlarınsöhbət etməsi, hal-əhval tutması üçün uyğun bir şərait yaradılıb. Burda adamlartəkcə dindən danışmılar. Dünyanın hər yerindən və bütün mövzularından, özü də bir-birləriniçaya və yaxud da "mədən suyu"na qonaq etməklə. Hər dəfə mən bu söhbətləriniştirakçısı olanda hiss edirdim ki, onlar qonağın da fikrini eşitmək, ondan da nəsə"qoparmaq" istəyirlər. Təbii ki, mən də bildiklərimdən bu söhbətə qatırdım.Və bir də onda görürdüm ki, dostumun həmyerliləri məni çox böyük müdrik bir adamkimi dinləyirlər və fikirlərimə də sayğı ilə yanaşırlar. Bax, bu məqamda da dinləməkmədəniyyətinin şahidinə çevrilirdim...

Bütünbunları mən ona görə yazıram ki, Əhməd bəyin simasında bu dünyadan nələr görüb-götürdüyümü,nələr öyrəndiyimi, az-çox özümün qüsurlarımdan qurtulmaq üçün keçdiyim həyat dərsininmənə nələr verdiyini bir daha yaddaşımda təzələyim. Bilirəm ki, bu yazını da digərbütün yazılarım kimi, Əhməd bəy oxuyacaq, oradakı dostlarla, tanışlarla bölüşəcək.Hətta yəqin ki, görüşlərin birində Trabzon Ortahisar Bələdiyyəsi başqanı olan hörmətliAhmet Metin Gençe də çatdıracaq. Və o da biləcək ki, tanışlığımız, onun müsafiriolmağım və düyündəki xoş anları paylaşdığımı yaddaşıma, ürəyimə yazmışam. Həyatımınən sadə, ən səmimi, eləcə də torpaq, millət sevgisi ilə dolu ürək sahibi olan birdövlət məmurunu zaman-zaman unutmayacam. Mən onun simasında millətə xidmət etməyinnümunəsini gördüm...

Ona görə qardaşım Əhməd bəy haqqınla düşündükləriminhamısını birnəfəsə yazmıram. Onun çox təvazökar olduğu, tərifdən xoşu gəlmədiyiüçün. Yəni, belə şeylərdən uzaq durmağa çalışdığını bildiyim üçün. Amma nə qədərçalışsam da, yenə deməliyəm k, Allahın mənə dost, qardaş simasında göndərdiyi, qarşımaçıxardığı Əhməd Varol həqiqətən nağıllarımın qəhrəmanı, xəyallar dünyamın adamıdı.Və mən bu adamla yanaşı dayandığım üçün onu qardaş, dost kimi evimdə, ailəmdə, dünyamdagörüb güvəndiyim üçün Allahın şanslı bəndəsiyəm. Düşünürəm ki, o da mənimlə eyni fikirdədi.

TƏQVİM / ARXİV