adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Oktyabr 2017 16:37
12104
DÜNYA
A- A+

Putin 65 illiyini belə qeyd edəcək

Rusiya Prezidenti Vladimir Putin doğum günündə - oktyabr ayının 7-də Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirəcək və bir sıra öncədən planlaşdırılmış telefon danışıqları aparacaq.

Adalet.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov danışıb.

"Vladimir Putin doğum gününü ənənəvi olaraq qeyd edəcək. Doğum gününü əksər hallarda yaxınları ilə, bəzən isə işdə həmkarları ilə qeyd edir. Sabahkı günlə bağlı sizə bir şey deyim. Prezidenti bir sıra təbrik zəngləri və Təhlükəsizlik Şurasının iclası gözləyir. Bunlar hamısı öncədən planlaşdırılıb”, – Peskov bildirib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin sabah 65 illiyini qeyd edəcək.