adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Oktyabr 2017 15:29
14663
DÜNYA
A- A+

İSTANBULUN AZADLIQ GÜNÜ

İstanbulu ilk dəfə 1453-cü ildə Sultan Mehmet Bizanslılardan azad eləmişdi və türklər dünyanın mərkəzinə müqəddəs bayrağımızı sancmışdılar.

1918-ci ildə isə İstanbul ingilislər tərəfindən işğal olundu, sonuncu sultan Vəhdəddin gözəlim İstanbulun açarlarını ingilislərə təhvil verdi və dünyanın mərkəzinin göylərindən müqəddəs türk bayrağı çəkildi.

1923-cü ilin 6 oktyabrında Böyük Öndər Atatürkün komutanlığı ilə türk ordusu yenidən İstanbula girdi və ingilislər şey-şüylərini yığıb qaxılıb getdilər öz ev-eşiklərinə.

İngilislər İstanbulu işğal edərkən Mustafa Kamal Paşa belə demişdi: «Gəldikləri kimi də gedərlər». Və 1923-cü il 6 oktyabrda gəldikləri kimi də getdilər.

Gün gələr, ermənilər də Şuşaya gəldikləri kimi gedərlər!