ANA SƏHİFƏ / SAĞLAMLIQ

İbn Sinanın möcüzəvi tibbi metodları

5827    |   2017-10-06 17:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qərbdə Avitsenna, Şərqdə isə "təbiblərin hökmdarı” kimi tanınan İbn Sinanın adı Asiya üçün uzun əsrlərdir ki, qəndil rolunu oynayır.

Onsuz da Günəşi batmaqda olan Şərqə düşən ala-budda işıq parçaları elə İbn Sina və onun kimi tək-tük şəxslərə aiddir.

Bir müddət Buxarada yaşayan və çalışan İbn Sina sonradan burada saray çevrilişi olanda Xarəzmə köçür. Çox keçmədən dövrünün böyük alimləri Əbu Reyhan Biruni və Məsihi də bura gəlirlər. Onlar birlikdə çalışır, fizika və kimyadan təcrübələr edir, gecələr ulduzları, meteoritlərin düşməsini seyr edirdilər. Məsihi ilə İbn Sina insan bədəninin quruluşunu öyrənməyə başlayırlar. Hələ gənc ikən İbn Sinanın başına çoxlu elm təşnəsi olan şagirdlər toplaşır. Onların içində hətta ağsaqqal adamlar da olurdu. 18 yaşı olanda fizika, fəlsəfə və astronomiya üzrə Şərqin böyük alimləri ilə yazışır, diskussiyalara girirdi.

İbn Sina taun, vəba, sarılıq kimi xəstəliklərin səbəblərini analiz edib, baş ağrıları, mədə xorası və bir sıra başqa xəstəliklərin müalicə üsullarını göstərib. İlk dəfə göz əzələlərinin quruluşunu da o təsvir edib. Ona qədər dünya tibb elmində hesab olunurdu ki, göz fənər kimi işıq şüalandırır və bu şüalar obyektə dəyib qayıtması ilə insan görür.

İbn Sinanın elmi irsi çox böyükdür. Tam dəqiq olmasa da, 450-yə qədər əsər yazdığı güman edilir. Bunlar çox müxtəlif sahələri əhatə edir: fəlsəfə, tibb, riyaziyyat, astronomiya, mineralogiya, poeziya, musiqi və s. Ən məşhur kitabı isə «Qanun ət-Tibb» adlanır. Beş cildlik kitabda farmokologiya haqqında əsas biliklər, ürəyin, qara ciyərin, beyinin detallı təsviri verilir. Bundan başqa, taun və vəbanın fərqi verilir, plevrit və ciyərlərin sətəlcəmi, cüzam, şəkər xəstəliyi, mədə xorası haqda o vaxt üçün çox qiymətli bilgilər toplanıb. Qısa müddətdə «Qanun» bütün dünyada tibb ensiklopediyası kimi qəbul olunur. Çap dəzgahı ixtira olunandan sonra ilk nəşr olunan kitab Bibliya, ikincisi isə «Qanun» olub. Avropada beş əsrdən artıq tibbi bu kitabdan öyrəniblər. Yalnız 800 il keçəndən sonra fransız alimi Paster yolxucu xəstəliklərin səbəbinin viruslar olması haqqında İbn Sinanın hipotezini sübut etməyə müyəssər oldu”.

İbn Sina insanın fiziologiyası ilə yanaşı, həmçinin, onun ruhi sağlamlığı üçün də əlindən gələni əsirgəməyib.

Böyük alimin tətbiq etdiyi tibbi metodlar bu gün də öz aktuallığını qoruyub saxlayır. Alternativ tiblə məşğul olan mütəxəssislər 2017-ci ildə də orta əsr alimindən yararlanırlar.

Adalet.az modern.az-a istinadən İbn Sinaya aid olan və bu gün də tibb və alternativ tibbdə tətbiq olunan bəzi metodları təqdim edir:

Bağ ağrıları - Böyük təbib baş ağarıları zamanı əsasən qan aldırmağı tövsiyyə edər, özü də müalicəyə başlamazdan əvvəl xəstədən öncə qan alardı. Baş ağrısı olanlara tövsiyyə etdiyi qida isə yumurta sarısı ilə sirkə olub;

Tənəffüs çatışmazlığı – İbn Sina təngnəfəslik, tənəffüs çatışmazlığı, şiddətli ürək döyüntüləri zamanı xüsusi resept tövsiyyə etmişdi ki, ondan bu gün də istifadə edilir.

Həmin reseptə əsasən, ada soğanı, sarı əncir, badam balla qarışdırılaraq, gündə bir neçə dəfə qəbul edilir. Həmçinin, qaynadılmış noxud suyu ilə dərəotunu birgə qəbul etmək, ardınca da ilıq su içmək nəfəsalmadakı problemi aradan qaldırar;

Depressiya - Uğursuz sevgidən sonra insanın üzləşəcəyi kəskin depressiyanın dərmanını İbn Sina hələ X əsrdə vermişdi. O, eşq acısı çəkən, sayıqlayan, yuxusu ərşə şəkilən şəxsi müəyyən müddətdə hər gün hamama aparılmasını və bənövşə yağından istifadəni məsləhət görür. Çünki dəri nəmləşdikcə insan nisbətən rahatlanır və o, üzləşdiyi gərgin depressiyadan azacıq da olsa xilas olur.

"Bir kimsə xatirələrə daldığında ağırlaşma və sinəsində ağırlıq hiss edirsə, ona zəncəfil, ada soğanı, sarı əncir, qabıqsız badam və bal ilə yanaşı verilərək içirtmək lazımdır. Qoz yağı ilə birlikdə noxud suyu, şüyüd, yedirilir və isti su içirilsə fayda verər”.

Astma xəstəliyi - "Həkimlərin Piri” astma haqqında bu şəfalı bitkiləri təklif edir: "Bir kimsə hərəkət zamanı nəfəs darlığı, ağırlaşma və sinəsində ağırlıq hiss edirsə ona zəncəfil, ada soğanı, sarı əncir, qabıqsız badam və bal ilə yanaşı verilərək içirtmək lazımdır. Qoz yağı ilə birlikdə noxud suyu, şüyüd yedirilir və isti su içirilsə fayda verər”.



İmza:
SON XƏBƏRLƏR
2017-10-17
00:05 NOVATOR
2017-10-16


VİDEO





ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ" "Atletiko"ya qalib gələcəkmi?

Hə (50%)
Yox (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Xəstə bir xanım həkimə zəng edir.

- Bu gün müayinəyə gələ bilməyəcəm.

- Niyə, o qədər ağır vəziyyətdəsiz?

- Xeyr, səhər getmişdim təzə rol üçün rejissorun yanına, ondan sonra dərzinin yanında oldum, sonra da kirayə ilə əlaqədar ev sahibi ilə məsələni çözdük. Yorulmuşam. Dördüncü dəfə soyunmağa halım qalmayıb.





digər lətifələr
ARXİV
FACEBOOK