adalet.az header logo
  • Bakı 20°C

FUTBOL: SAN-MARİNO BİZİM KƏNDDƏN BALACADI EY!

16816 | 2017-10-07 11:08

Onxalın altısı San-Marinodan

Dünyaçempionatında milli takımımız ilk dəfə olaraq10 xal toplayıb, təbii ki, sevinirik. Olsun. Milli takımımızın Adı Dilimə Yatmayan baş məşqçisinin özündənrazı bir açıqlamasını oxudum. Yəni 10 xaltoplamağımızla bağlı. Amma onu demir ki,bu 10 xalın 6-sını San-Marinodan qoparmışıq. Adı çox yekə səslənsə də görək bu San-Marinonasıl bir dövlətdi?

Ərazisi60 kv.km., əhalisi 27 min nəfər (Tofiq Bəhramovstadionunu dolduracaq qədər deyil), paytaxt əhalisi 2300 nəfər. Heç düz-əməlli stadionları da yoxdu.Bilmirəm, deyəsən heç ölkə çempionatı da keçirilmir.

Birdəfə bir türk dostumun maşını ilə İtaliyada veyillənirdik. Bir babat yerdən keçəndəsoruşdum ki, bura haradı? Dedi, San-Marino. Dedim ki, onda saxla, bir çay içək,dostlarla danışanda yekə-yekə deyim ki, San-Marinoda da olmuşam. Maşını saxladı,soruşdum nə oldu? Dedi, gərək böyük bir dairə vurub qayıdaq geri. Dedim, niyə? Dedi,San-Marinodan çıxdıq axı. Deməli, 5 dəqiqəyəbu ölkədən çıxmışıq. Ərindim geri qayıtmağa.

BizimAğcabədidəki kəndimizin ərazisi San-Marinonun ərazisindən bir neçə dəfə böyükdü.Paytaxtımız Bayatın da əhalisi San-Marinonun paytaxtının əhalisindən çoxdu. Düzdür,əhalisi bizim kəndin əhalisindən bir az artıqdı. Yəni kəndimizi Hindarxla birləşdirsək(Hindarxla Bayatı bir arx ayırır), əhalimizelə onlara çatır. Elə stadionlarımızın sayı daonların stadionlarından çox olar.

Nəyaxşı ki, Avropada San-Marino, futbol stadionundan bir az böyüklükdə Lixtenşteyn,elə bizim kənd boyda Cəbəllütariq, Hindarxın bir məhəlləsi boyda Andorra, Hacıbədəlliboyda da Monaka var.

HörmətliAdı Dilimə Yatmayan baş məşqçi, Allah sizi bizə çox görməsin! Eşitdim dekabrda müqaviləmüddətiniz bitir. Xahiş edirəm, bizim milli takımı başsız qoyub getməyin. Allaha dua edəcəyik ki,üzümüzə gələn Avropa çempionatında qrupumuzaSan-Marino ilə bərabər Lixtenşteyn də düşsün, bu dəfə 12 xal toplaya biləsiniz və daha ötkəm danışasınız.

ABDALQASIM


TƏQVİM / ARXİV