adalet.az header logo
  • Bakı 18°C
06 Oktyabr 2017 15:34
26301
MARAQLI
A- A+

BU NEMESLƏR NƏ YEYİB-İÇİRLƏR Kİ, BELƏ OYNAYIRLAR

Elə bil futbolu hindlilərin dədələri yox (futbol Hindistanda yaranıb, ingilislər onlardan öyrənib, sonra da deyiblər ki, biz kəşf eləmişik), bunların dədələri icad eləyib. Görən, bunlar nə yeyib-içirlər ki, belə oynayırlar? Dəfələrlə Almaniyada olmuşam, elə yönlü mətbəxləri də yoxdu. Bir az yekə-yekə ət parçaları qızardırlar, bir də yekə-yekə kartofları var. Nə xaş bişirə bilirlər, nə plov, nə bozartma, nə xəngəl, nə dolma, saymaqla qurtaran deyil ki. Kartoflarının da elə bil dadı-duzu yoxdu, nəinki Gədəbəy kartofunun, heç Tovuz kartofunun yanında da ağızlarını aça bilməzlər. Bir şnapsları var, tut arağının yanında apar tulla. Bütün dünya da bilir ki, qoyun əti donuz ətindən yeməlidi. Özləri də bilir, amma Usta Zeynal demiş, bir yükdü düşüb boyunlarına, məcburdular yeyələr. Amma adamın Allahı var, pivələrinə söz ola bilməz. Bəlkə biz də futbolçularımıza alman pivəsi içirdək?