adalet.az header logo
  • Bakı 16°C
06 Oktyabr 2017 17:39
14459
DÜNYA
A- A+

Təlabaninin cənazəsi ölkəsinə gətirildi

İraqın keçmiş prezidenti Cəlal Təlabaninin cənazəsi Almaniyadan ölkəsinə gətirilib.

Adalet.az xəbər verir ki, cənazəni daşıyan təyyarə Süleymaniyə hava limanına eniş edib.

Hava limanındakı qarşılama mərasimində İraq Prezidenti Fuad Məsum, İraq parlamentinin spikeri Səlim əl-Cuburi, İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani, muxtariyyətin Baş naziri Nəçirvan Bərzani, İran Xarici İşlər naziri Cavad Zərif və xarici ölkə səfirləri iştirak edib.

Cəlal Təlabaninin cənazəsi Süleymaniyə məscidində qılınacaq cənazə namazından sonra Debaşan bölgəsinə aparılaraq torpağa tapşırılacaq.

Qeyd edək ki, 2005-2014-cü illərdə İraq prezidenti olmuş Cəlal Təlabani oktyabr ayının 4-də 83 yaşında vəfat edib.