ANA SƏHİFƏ / RUBRİKA

Kafkayla söhbət edirdik... - YUXU QAPISI

22011    |   2017-10-06 13:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.

"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı yazar Ömər Xəyyamdır. Adalet.az müsahibəni təqdim edir.

- Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir. Sizin fikriniz necədir?

- Froyd deməsə də, mənasız olmadığı apaydın. Nənəmin seylon çayından düymədanı vardı. Üstündə də ağatlı şahzadə təsviri. İstəyəndə çevrilirəm o şahzadəyə. Çapıram yuxuda. Xatirələrimdə küçələnirəm. Aydınlanıram.


-Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

- Əksinə, yuxularımı mən idarə edirəm.


-Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

- İstədiyim yuxunu görürəm. Sonra da yaxşı filmə baxandan sonra yaşadığım hiss kimi. Rahatca yatıram.


-Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

- Ümumiyyətlə, mistikaya inanmıram.


- Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

- Mən yuxunu çin olsun deyə görmürəm. Tərkidünyalıq üçün, səssizlik üçün ali məqamdı. Çəkilirəm ora, enirəm xatirələrə, ya da gedirəm gələcəyə.


-Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

- Bir dəfə guya Kafkayla söhbət edirdik. Dalaşırdıq. Mən Milenanı sevirəm axı. Ona görə Kafkanı çağırdım yuxuma. Məzələnmək üçün. Ordan-burdan. Əməllicə dalaşdıq e...


-Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

- Əvvəl rəngli görürdüm. Atamdan sonra rəngsiz. Amma bu yaxınlarda, heç yadımdan çıxmaz, yenə sülənirdim yuxuda. Qəfil qırmızı qar yağdı. Sonra nə oldusa yadıma gəlmir.


-Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

- İstədiyimi görə bilərəm. Amma rahatlıq tapdığım nənəmlə atamdı. Ona görə tez-tez narahat edirəm onları.


- Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: "Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

- Mən sizə deyim, - ola bilər, bu normal deyil – amma istədiyim vaxt, istədiyim məkanı, istədiyim zamanı, istədiyim adamı görə bilərəm. Bu, öz əlimdədi. Herakl özü üçün deyir.


-Dahi yazıçılardan, rəssamlardan, filosoflardan kimləri yuxunuzda görmüsünüz?

- Bu sualın yarısına cavab vermişəm: İstədiyimi görə bilərəm. Kafkanı dedim. Amma bu yaxınlarda Raskolnikovun Marmeladovasıyla sevişmişəm. Maraqlı idi.


-Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

- Məni, hə. Mən yuxuda həqiqətə çata bilirəm...



İmza:Oğuz Ayvaz
SON XƏBƏRLƏR
2018-04-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

70-ci illərdə İranın bir «Qeysər» filmi vardı. Qısa, 3 nəfər Qeysərin bacısını zorlayır, özləri isə Qeysəri tutdururlar. Vaxt keçir, Qeysər həbsxanadan çıxır. Onun da bir adəti olur, ayaqqabısının dabanlarını tapdayıb geyinir. Elə ki barmağını salıb ayaqqabının dalını düzəltdi, deməli, kimisə, yəni daha dəqiq desək, bacısını zorlayanlardan kimisə öldürəcək. Beləliklə, Qeysər ayaqqabılarının dabanını düzəldə-düzəldə bacısının qisasını alır.

Həmin vaxt dəbə düşmüşdü. Şəhərdə və eləcə də rayonlarda özlərini Qeysərə oxşadan oğlanlar peyda olmuşdular, ayaqqabılarının dabanını tapdayıb geyinirdilər.

Deməli, Ağdamda 4-5 cavan küçədə «Qarabağ»ın məşhur futbolçusu və «Qarabağ»ın Lobanovskisi Adil Nadirovla rastlaşırlar. Adil görür ki, cavanların içində özündən razılarından biri ayaqqabılarının dabanını tapdayıb geyinib, onu saxlayır və deyir:

- Ə, qaqa, ayaqqabılarının dabanını niyə tapdamısan, sənin də bacını…





digər lətifələr
ARXİV
FACEBOOK