adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Oktyabr 2017 13:37
12906
MƏMLƏKƏT
A- A+

Bakıda 30-a yaxın məktəb direktoru işdən çıxarılıb

"Bundan sonra da məktəblərin idarə olunması məsələsi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin diqqət mərkəzində olacaq. Çünki məktəb direktorunun təhsil müəssisəsində sağlam mühit yaratması və onu səmərəli idarə etməsindən böyük kollektivin fəaliyyəti asılıdır".

Bunu jurnalistlərə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, bu tədris ilində 30-a yaxın məktəbə yeni direktor təyin olunub.

Həmin məktəblərin rəhbərlərinin əmək müqavilələri yaş həddinə çatma, fəaliyyətlərində müəyyən nöqsanlara yol verərək qanunvericiliyin tələblərini pozma ilə əlaqədar ləğv edilib.