adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Oktyabr 2017 12:51
12697
GÜNDƏM
A- A+

MTRŞ sədri telekanalları dil qüsurlarına görə İTTİHAM ETDİ

"Ədəbi dil normaları hansısa bölgənin ləhcəsi əsasında qurulmayıb. Təəssüflər olsun ki, bəzi televiziya kanallarında ədəbi dil normaları pozulur. Telekanallar bu məsələyə diqqət etməlidir, nöqsanları aradan qaldırmalıdır”.

Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. MTRŞ sədri bildirib ki, xarici dillərdən Azərbaycan dilinə xeyli sözlər keçib.

"Bəzi televiziya aparıcıları özünü daha savadlı və müasir göstərmək üçün lüzumsuz yerə xaric sözlərdən istifadə edirlər. Bu, düzgün deyil. Məsələ əks effekt verir. Bizi narahat edən məqamlardan biri də aparıcıların vurğunun düzgün vurulmaması ilə bağlıdır. Belə olan halda izləyici bunu başa düşmür, çünki vurğu yerində deyilməyəndə söz düzgün anlaşılmır”.

O, qeyd edib ki, hər bir aparıcı Azərbycan dilini səlis və mükəmməl bilməlidir.

"Bunun üçün nəzarət olmalıdır. Çox təəssüf ki, televiziyalarda bədii şuraların fəaliyyəti hiss olunmur”.