adalet.az header logo
  • Bakı 18°C
06 Oktyabr 2017 12:47
18626
ELM VƏ TƏHSİL
A- A+

Çexiyanın sabiq baş naziri UNEC-də

Azərbaycanda səfərdə olan Çexiya Respublikasının sabiq baş naziri, Statistika İdarəsinin sabiq prezidenti, professor Jan Fişer və Praqa İqtisadiyyat Universitetinin prorektoru, professor Yakub Fişer UNEC-də olublar.

Adalet.az xəbər verir ki, qonaqları UNEC-də görməkdən məmnunluğunu bildirən rektor, professor Ədalət Muradov onlara universitet haqqında ətraflı məlumat verib.Bildirib ki, ölkədə dörd dildə təhsil verənyeganə ali təhsil ocağı olan UNEC London Universiteti / London İqtisadiyyat Məktəbi, Montpellier, Mikolos Romires və Moskva Dövlət Humanitar İqtisadi universitetləri kimi nüfuzlu ali təhsil müəssisələri ilə ikili diplom proqramı həyata keçirir.

J.Fişer həmkarları ilə birgə yaratdığı və Çexiya RespublikasınınTəhsil Nazirliyinin təsdiq etdiyi statistikaya dair magistr pilləsi üzrə yeni proqramdan bəhs edərək bildirib ki, proqramın əsas məqsədi milli və Avropa səviyyəsində tələbələrin və statistiklərin bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

Y.Fişer Praqa İqtisadiyyat Universitetinin Çexiyanın iqtisad ali təhsilmüəssisələri arasında lider olduğunu bildirərək, Cənubi Qafqazın iqtisadyönümlü ən böyük universiteti olan UNEC-lə əməkdaşlığının hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.

Statsitika sahəsində birgə kadr hazırlığının perspektivləri müzakirə ediləngörüşdə ikili diplom proqramları və birgə elmi tədqiqatların mümkünlüyü barədə fikir mübadiləsi aparılıb.Hər iki universitet arasında əməkdaşlığın inkişafı üçün genişimkanlar olduğunu qeyd edən çexiyalı professorlar tərəflərin elmi-pedaqoji potensialından istifadə edərək mövcud tədris proqramlarının daha da təkmilləşdirilməsini təklif ediblər.Bildirilib ki, öz regionunun ən nüfuzlu iqtisadyönümlüuniversitetləri olan bu iki ali təhsil ocağının əməkdaşlığı çərçivəsində statistika fənni üzrə birgə tədris vəsaitlərinin hazırlanması və impakt faktorlu jurnallarda birgə elmi məqalələrin dərc olunması böyük səmərə verə bilər.

Görüşdən sonra professor Yan Fişer UNEC tələbə vəmagistrləinə müasir rəsmi statistikanın işlənməsi mövzusunda ustad dərsi keçib.Professor Yakub Fişerin ustad dərsinin mövzusu isə sosialvə iqtisadi statistikanın müasir məsələləri olub.Tələbələrin suallarını cavabalandıran çexiyalı professorlar onların bilik vəbacarıqlarını müsbət qiymətləndiriblər.