adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Oktyabr 2017 12:14
14439
DÜNYA
A- A+

“500 min türk Kərkük üçün savaşa hazırdır”

Bərzani İraqdakı yurdlarımızı işğal etmək, soydaşlarımızı yox etmək istəyir.

Adalet.az xəbər verir ki, bunu Dənizlidə çıxışı zamanı Türkiyə Ülkü Ocaqları rəhbəri Olcay Kılavuz söyləyib.

"Liderimiz olan Dövlət Baxçalı bu məsələdə mövqeyini ortaya qoyub. Bu gün Kərkükə 5 min yox, 500 min millətçi getməyə hazırdır. Kimsə bu işi oyun hesab etməsin. Min illərdir türkman şəhəri olan Kərkükə peşmərgə bayrağının asılması qəbuledilməzdir”, – deyə o bildirib.

Qeyd edək ki, Türkiyə Milliyət Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalı Kərkükə 5 min millətçinin savaşmaq üçün getməyə hazır olduğunu bildirmişdi.