adalet.az header logo
  • Bakı 11°C
06 Oktyabr 2017 10:54
17208
ƏDƏBİYYAT
A- A+

Laçınsızlıq özü dərddi... - ŞEİRLƏR

Adalet.az gənc şair Alik Dənizsevərin şeirlərini təqdim edir.


Qədirsiz sona Bülbüllər

Qədir Rüstəmova inthaf:

Zildən, bəmdən, boğazdandı,
Qədir bu səs də, hardandı.
Sən də belə-
Sehirləyir məni elə.
Həmin səsdi, Həmin avaz,
Kimsə bilməz, yox anlamaz
Şuşasızlıq elə ağır,
Laçınsızlıq özü dərddi.
kimi dovşan qılığın da,
Kimi nankor kimi mərddi
Döz deməyə, dilim gəlmir.
Yox, dərməyə əlim gəlmir,
Sonasız o, çiçək-gülü...
Ayrı düşən o, bülbülü
Qaytarmağa, yoxdu gücüm
Zildən dedi, yen zildən-
Mən gördüyüm sevən gündən.
Nə sonasız Qədir gördüm,
Nə Qədirsiz, sona gördüm.

Cadu

Bağlatdıran, gedib açan,
Kilidləyib çaya atan.
Ay şarlatan, besdi yeter
Kim basdırdı, iynələdi.
Mən bilmirəm indi nədi?
Kilidlənmiş, cadulanmış,
Ah kimlərin canı yanmış
O, baxacaq o, deyəcək,
Qisməti nə, Taleyi nə,
Gör qalmışıq biz nə günə.
Cadu yalan, yalan-yalan
Ey özünü, inandıran...


Ceyran

Ayaq saxla, qaçma dayan,
Əlim gəlməz, vurmağa ah səni ceyran.
Nə mən ovçu, nə sən naşı,
Düşünmədim, sənə qarşı.
O, pisliyi inan-inan,
Əlim gəlməz, vurmağa ah səni ceyran.
Keçdiyim o, düzlər tanış
Gördüyüm o, üzlər tanış.
Yaxınlaşım sənə ceyran,
Söylə, söylə mənə ceyran
Gözəlliyi, kimdən aldın-
Məni də ki, oda saldın.
Qaçma, qaçma biraz dayan,
Əlim gəlməz, vurmağa ah səni ceyran.