adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Oktyabr 2017 10:15
15013
SİYASƏT
A- A+

YAP-dan REAL-ın partiyaya çevrilməsinə REAKSİYA

Respublikaçı Alternativ Partiyasının Təşəbbüs Qrupu özünün 24 sentyabr toplantısında partiyanın I Təsis Qurultayının oktyabrın 29-da keçirilməsi qərarını verib. Yəni Azərbaycan siyasi mühitinə yeni "nəfəs” gələcək.

YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə açıqlamasda REAL hərəkatının partiyaya çevrilməsinə münasibət bildirib.


"Azərbaycanda yeni siyasi partiyanın yaranması üçün hər hansı bir problem yoxdur. Qanunlar çərçivəsində insanlar təşkilat yaradır, təşkilatın formalarını seçir və fəaliyyət yolunu müəyyənləşdirə bilir.

Mətbuatdan əldə etdiyim qənaətə görə, REAL müxalifətyönümlü təşkilatdır. Biz hakim partiya olduğumuza görə ideologiyamız , fəaliyyətimiz, eyni zamanda məqsədlərimiz fərqlidir. Bu baxımdan onların bizə dəvət göndərəcəyini düşünmürəm. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının Azərbaycan cəmiyyətində kifayət qədər nüfuzu və çox dostları var”.(modern.az)