adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Oktyabr 2017 21:52
9574
İDMAN
A- A+

Milli komandamız son ev oyununda məğlub oldu

Bu gün 2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası növbəti oyununu keçirib.

Adalet.az xəbər verir ki, milli komandamız Bakı Olimpiya Stadionunda Çexiya millisini qəbul edib. Matçın 35-ci dəqiqəsində Çexiya millisinin oyunçusu Yan Kopiç hesabı açıb. Oyunun 54-cü dəqiqəsində Əfran İsmayılov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. Amma 67-ci dəqiqədə rəqibin oyunçusu Antonin Barak komandasının ikinci qolunu vurub. Oyun elə Çexiyanın 1:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, millimizin yer aldığı "C" qrupunda Almaniya 24 xalla vahid liderdir. Şimali İrlandiya 19 xalla ikinci, Çexiya 12 xalla üçüncü, Azərbaycan 10 xalla dördüncüdür. Norveç 7 xalla beşinci, hesabında xal olmayan San-Marino isə sonuncu pillədə qərarlaşıb.