adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Oktyabr 2017 18:29
15023
MƏMLƏKƏT
A- A+

“Azəravtoyol” Bakıda yolun çökməsinə aydınlıq gətirdi

"Azəravtoyol” ötən gün Bakının Nizami rayonu Mehdi Abbasov küçəsində baş vermiş çökmə hadisəsinə bir daha aydınlıq gətirib.

Qurumun mətbuat katibi Anar Nəcəfli bildirib ki, bəzi xəbər saytlarında hadisə ilə bağlı məlumat elə təqdim olunub ki, guya yol yeni salınıb və üztəlik keyfiyyətsiz! Bu üzdən yağışlardan sonra yol çöküb..


"Məlumat üçün bildirmək istəyirəm ki, sözgüdən küçə 50-60 il bundan öncə, həmin ərazidə yaşayış binaları inşa edilərkən salınıb. Yolun altından keçən kommunikasiyalar da (kanalizasiya kollektoru da daxil) yol infrastrukturu qurularkən quraşdırılıb. Yəni yol yeni deyil. Bu 50-60 il ərzində də təbii ki, o yolda müəyyən təmir işləri aparılıb.

Ötən il də "Azəravtoyol" ASC tərəfindən həmin küçənin asfalt-beton örtüyünün üst qatı yenilənib.. Qeyd etdiyim kimi sadəcə olaraq yenilənib.. Yolun tikintisində hər-hansı bir problem olsaydı bu yol 50-60 il ərzində azı 50-60 dəfə çökərdi.

Bəs dünən niyə çökdü? Çünki 50-60 il bundan öncə quraşdırılan kanalizasiya kollektoru artıq istismar müddətini başa vurduöu üçün dağılıb. Nəticədə kollektorla axan çirkab su yolun torpaq yatağını yumağa başlayıb. Qəzanın baş verdiyi yerdə torpaq yuyulduğundan asfalt altında boşluq yaranıb və asfalt çöküb.

Demək istədiyim odur ki, bu nə yolun keyfiyyətsiz çəkilməsi ilə, nə də ki, yağışla əlaqədardı.

İkinci bir məsələ bəzi "yol mütəxəsisləri" hətta bunu asfalt örtüyünün nazik çəkilməsi ilə əlaqələndirdi ki, bəs asfalt normal olsaydı yol da çökməzdi...Qeyd edim ki, həmin ərazidə asfalt örtüyü norma və standartlara uyğundur - 25-35 sm arası dəyişir qalınlıq.. Yolda asfaltın qalınlığı hətta yarım metr də olsaydı yol yenə çökəcəkdi. Çünki asfaltı saxlayan torpaqdır o da yuyulub gedib. Boşluq yarandığından asfalt öz ağırlığı nəticəsində qırılıb.

Əlqərəz!! Bu cür hadisələr hər yerdə baş verə bilər və baş verir də. İstər Amerikada, istər Avropada, istər Avstraliyada və sair. Bundan heç kəs, heç bir şəhər və ya dövlət sığortalanmayıb. Bu normal bir haldır və normal hal olaraq qəbul etmək lazımdır. Necə ki, Amerika, Avropa və Avstraliyada bunu normal olaraq qəbul edirlər...”.