adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Oktyabr 2017 16:32
24103
MARAQLI
A- A+

Hindistanda zavod işini dayandırdı - Bəbirə görə

Hindistanda böyük avtomobil zavodu işini dayandırıb.

Adalet.az xəbər verir ki, buna zavodun ərazisinə vəhşi bəbirin daxil olması olub.

Məlumata görə, "Maruti Suzuki" avtomobil zavodunun müşahidə kameralarına axşam saatlarında zavodun ərazisində gəzişən bəbirin görüntüləri düşüb. Bundan sonra zavodda gecə növbəsi işi dərhal dayandıraraq zavodu tərk edib.

Hadisə ilə bağlı zavodda səhər növbəsinin işi də təxirə salınıb.

Yerli vəhşi təbiəti mühafizə idarəsi əməkdaşı Vinod Kumarın verdiyi məlumata görə, hazırda bəbirin axtarışları davam edir.