adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
05 Oktyabr 2017 15:08
56733
GÜNÜN LƏTİFƏSİ
A- A+

GÜNÜN LƏTİFƏSİ

İstanbulda bir nəfərin işi çətinə düşür. Allaha yalvarır ki, mənə kömək elə, işim düzəlsə eşşəyimi çiynimdə Qalata qülləsinə qaldıracam. Allahın yazığı gəlir, ya nə, işi düzəlir. Deyir, kişi deyiləm, gərək Allaha verdiyim vədi yerinə yetirəm.

Eşşəyi götürüb gəlir Qalata qülləsinə. Və baxıb görür ki, bunluq deyil, amma and içib axı. Çıxış yolu axtarır. Görür Bektaşi qüllənin önündə oturub, yaxınlaşıb yalvarır ki, ona bir çıxış yolu tapsın.

Bektaşi də deyir ki, hər bir çətinliyin çözümü də var. Suallarıma düzgün cavab versən, çıxış yolunu göstərərəm.

Bektaşi:

- İçki içirsən?

- Qətiyyən, içənlərə də nifrət edirəm.

- Qumar oynayırsan?

- Heç bilmirəm qumar nədi.

- Qəzet-kitab oxuyursan?

- Heç hərf tanımıram.

- Teatr, əyləncə mərkəzlərinə gedirsən?

- Xeyr.

Bektaşi çıxış yolunu göstərir:

- Onda özün çıx, narahat olma, vədən yerinə yetirilmiş sayılacaq.