adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

XORTDANIN CƏHƏNNƏM MƏKTUBLARI

ƏBDÜRRƏHİM HAQVERDİYEV
31455 | 2017-10-05 12:38

Vəkillər gedəndənneçə gün sonra, həmin bəy bir belə zülm edən naçalniki yüzədək adamla evinəqonaq çağırıb, onunçun elə bir ziyafət düzəltdi ki, tamam Qocaqurd bəylərininhamısı bir yerə yığışsaydılar bacarmazdılar. Qocaqurd mahalının camaatı bəyinbu hərəkətini öz əleyhinə açıqaçığına bir ədavət sayıb sözü bir yerə qoydularki, onu "bayquş" eləsinlər (Qocaqurd mahalında bir molla var"bayqota" "bayquş" deyir).

Bir müddətcamaat sözünə əməl elədi: salam vermədilər. Bəy qulaq asmadı, dedi:

- Müsəlmandırlar,bir işin dalınca axıradək nə vaxt gediblər ki, yenə gedələr?

Bazarda ətsatmadılar, başladı qapısındakı toyuqlardan bir-bir kəsib yeməyə. Buğdasatmadılar, anbarın ağzını açıb öz buğdasını çıxartdı. Atına arpa, saman vermədilər,yazdı, qazaq əfsəri göndərdi.

Beləliklə, neçəmüddət keçdi. Bəy baxıb gördü ki, xeyr, camaat sözünün üstündə möhkəmdayanıbdır. Toyuqlar qurtardı, qazaq əfsəri də təngə gəlib bəyin nökəriniqovdu, dedi:

-Get ağana degilən başımdan rədd olsun.

Yavançörəklə də iş keçmədi.

Axırdabəy bir gün çıxdı bazara. Bazarda da çox yığıncaq var idi.

Bəybir damın üstünə çıxıb üzünü camaata tutub dedi:

- Camaat! Siz mənibayqot edibsiniz. Bu sizin işinizdir, sizin məsləhətinizdir. Mənim də sizə birsözüm yoxdur. Ancaq izn verin sizə ikicə kəlmə söz deyim, ondan sonra gedim həmişəlikoturum evimdə.

Camaat qışqırtısalıb bəyə söz vermək istəmədi.

Ağsaqqallardanbiri xalqa üzünü tutdu:

- Camaat! Qoyunsözünü desin. Bəlkə əməlindən peşman olub, bizdən üzr istəyəcək.

Hər yerdən səs gəldi:

- İstəmirik,danışmasın. Onun tövbəsi bizə lazım deyil. Nə balını istəyirik, nə də bəlasını.Güclə yaxamız əlindən qurtarıb.

Ağsaqqal dübarəcamaatdan xahiş edəndən sonra dedilər:

- Danışsın.Ancaq uzun eləməsin.

Bəy dedi:

- Mən necə ki,dedim, sizə ikicə söz deyəcəyəm. Sözüm budur: siz bu bayqotu mənim üstümdəngötürün. Götürməsəniz, mən də gedib dönüb rus olacağam, vəssalam. Bu mənimsözüm.

Bəy bunu deyibdamdan endi və getdi evinə.

Camaat səs-səsəverib dedi:

- Bəy əcəb sözdanışdı! "Gedib rus olaram", cəhənnəmə get rus ol, gora rus ol! Müsəlmanlığındacamaata nə mənfəətin dəyibdi ki, rus olanda camaat ağlasın. Biz də dedik, görəsənbəy nə buyuracaq?!

Yenə həminağsaqqal ortalığa çıxdı.

- Camaat! Siz bəyinsözlərini səhl sanmayın. Cəmi mahal bunun ağlını təsdiq eləyir. Bu, havadan sözdanışmaz. Yəqin sözünün canı var. Amma məlumdur ki, bunun hiylələrininmüqabilində şeytan məəttəl qalar. Bu sözləri bizi qorxutmaq üçün dedi. Və biz dəgərəkdir qorxaq. Bu ki müsəlmanlıqda bu camaatın haqqında bir neçə zülm eləyib,əgər dönüb rus olsa, gərək cəmi Qocaqurd mahalının əhli evindən eşiyindən əl çəkib,arvad-uşağının əlindən tutub mahaldan çıxa. Yoxsa burada dolanmaq mümkün olmaz.

Camaat bir azfikrə gedib, sonra hamısı qocanın sözünü bəyənib getdilər bəyin evinə və dedilər:

- Bəy, bizbayqotu götürdük. Səni də uşaqların canına and veririk məzhəbindən dönmə!

İblis dedi:

- Camaat! Şeytanmən deyiləm, bu kişidir, İndiyədək bir xeyir iş yoxdur ki, bunun vücudu ilə bərpaola. Bir şəxs tapılmaz ki, onun haqqında dilini xeyrə bulamış ola. Nə qədər təqsirsizadamlar bunun dilinin və qələminin səbəbinə badi-fənaya gediblər. Beləşeytanlardan insanlara artıq ziyan dəyir, nəinki məndən.

İblisi cəhənnəm əhlibir növ cana gətirmişdi ki, binəva az qalmışdı istefa (yəni otstavka) veribqulluqdan çıxsın. Amma buna bir şey mane oldu. Nagah havadan bir mələk göründüvə mələk sol əli ilə bir zorba qoçun buynuzundan yapışıb, sağ əlində də bir xəncərtutmuşdu. İblis mələyi camaata göstərib dedi:

- Baxın görün, ohavadakı nədir? Mənim gözüm əməlli görmür.

Cəhənnəm əhliqoçu görən tək əzabı yaddan çıxardıb:

- Ay camaat, qoçdöyüşdürəcəklər! - deyə qışqırıb qoça tərəf yüyürüşdülər.

Iblis də bundanistifadə edib, quyruğunu qısmış, yavaşca sivişquluya dəm verdi. Qoça tərəf gedənlərinlap qabağında bakılılar yüyürürdülər. Onlardan dal qarabağlılar, irəvanlılır,eşqabadlılar... Daha sanamağın mənası yoxdur. Xülasə, bir şamaxılılardan savayhamı getdi. Şamaxılılar bir yana çəkilib dedilər:

- Qardaş, qoçdöyüşməsi nə böyük tamaşadır? Allah versin bildirçinə, döyüşdürəsən ruhun ləzzətapara!

Bu halda gördümbir içərişəhərli bakılı camaatdan ayrılıb şamaxılılara tərəf qayıdır. Dedim:

- Ədə, nöşünqayıtdın?

İçərişəhərlisözümə cavab verib dedi:

- Bir mənə deyəngərək ay ur... ay şoğərib, ay filani, sənə nə düşüb camaatın ardınca yüyürürsən?Məgər sənin başında ağıl yoxdur? Nahaq-napras yerə ayaqlarımı ağrıtdım. Süz öləsüz,meytvüzü görüm, Kürdəmir tərəfindən adını eşidib, gedib yüz altmış manat veribbir köpək alıb gətirmişəm ki, bir paraxoda dəyər. İçərişəhərdə boğmamış köpəkqalmayıb. Kosavay Məhəmmədin oğlu Yusifcavadın köpəyini İki rəs qovdu. KəbləMeydanəlinin yüz manatlıq köpəyini boynunun ardından alıb, yerə belə çırpdı ki,İki dal qıçları üzüldü... Odur ki, Kəblə Meydanəli qoçularından birisinə pulverib iti öldürtdü. Mən də min manat verib Kəblə Meydanəlinin özünü öldürtdüm.Kəblə Meydanəlinin də əmisi nəvəsi Kitabullah məni vurub öldürdü ki, mən dəburaya gəlmişəm. Xeyir a... nə qoç bir şeydir, nə bildirçin bir şeydir, nə dəvəgüləşdirmək bir köpük manata dəyər. Ləzzətlərin böyüyü köpək boğuşdurmaqdadır.Köpək, köpək, yenə köpək! Siz öləsüz, meytvüzü görüm, ermənidi yalan deyən, hərdəfə ki, mənim köpəyim bir alahı köpəyi boğurdu, elə bilirdim ki, on buruğum birdən fantal elədi...

İçərişəhərlinitqini qurtardı və yığıncaq hamısı onun köpəyinə "afərin" dedi.

- Ax, a namərdoğlu! O gülləni köpəyə vurunca mənim bircə oğlumun ürəyinə vuraydın!

Bu dəmdəhavadakı mələkdən bir səs gəldi. Cəmi əhli-cəhənnəm sakit olub qulaq asdılar.

Mələk deyirdi:

- Bilin, ey əhli-cəhənnəm!Buynuzundan yapışdığım qoç ölüm qoçudur. Nə qədər ki bu qoç sağdır, insan üçünölüm var. İndi mən bu qoçun boynunu vuracağam, ondan sonra insandan ölümgötürüləcək.

Cəhənnəm əhlihamısı ağız-ağıza verib mələyə yalvardılar ki, qoçun boynunu vurmasın. Ammauzaqdan bir səs gəlirdi; o səs də mələkdən, qoçun tezliklə boynunu vurmağıxahiş edirdi. Məlum oldu ki, uzaqdan eşidilən səs, behişt əhlinin səsidir. Mələkcəhənnəm əhlinin yalvarmasını qəbul etməyib, qoçun boynunu vurdu. Cəhənnəm əhliçox məyus geri qayıtdı və hər kəs getdi öz məkanına.

Şeytanı əhatəedib, öz günahlarını onun boynuna atanların kim olduqlarını oxucular, mən deməsəmdə, aydıncasına anladılar. Bu şəxslərin dünyada da düşmənləri çoxdur. Çox işlərdəonları müqəssir görürlər. Amma bəzi ovqat onlar da işə yarıyırlar. Mənoxucularıma özüm şahid olduğum bir fəqərədən danışım.

1909-cu ildə mənBakıda bir paraxodstvada müfəttiş idim. Bir gün idarə işi üçün bir yoldaşlaEşqabada getmək lazım oldu. Bir gəmiyə əyləşib,

Krasnovodsk tərəfərəvan olduq. Sərnişin gəmidə biz İki yoldaş idik və palubada da yüzə yaxın İranfəhlələri əyləşib vətənlərinə gedirdilər.

Bakıdan biz yoladüşəndə hava gözəldi və tufan əlaməti görünməyirdi. Nəhayət, beş-altı saat yolgedəndən sonra bir xırdaca külək başladı əsməyə,

külək getdikcəgüclənib, axırda tufan halətini aldı. Göyün üzü tutuldu, dərya qaraldı, suyunmövcləri gəmini qoz qabığı kimi atıb-tuturdu. Birdən gəminin bir ucunun dağınbaşına qalxmağı hiss olunurdu. Dalınca guya gəmini qəflətən bir quyunun təkinəsalırdılar. Gəmi titrətmə tutmuş adam tək uçurdu və onun cəmi mıxçaları səsə gəlirdi.Hər bir dəqiqədə gəminin qərq olması gözlənirdi. Fəhlələrin dilindən "yaAllah" səsi göyə dirəklənirdi. Çoxusu ölümlərini göz qabaqlarına alıb"kəlməyi-şəhadət" oxuyurdular. Bir nəfər Məkkədən qayıtmaqda olanhacı, xurcundan bir torba torpaq çıxarıb suya atdı və dedi:

- Bu, Məkkə türbətidir.Bu türbətin təlatüm yatırtması dəfəatla imtəhan olunubdur. Əlbəttə, bu saat dəryasakit olacaq.

Sərnişinlərhamısı hacıdan razılıq etdilər və dəryanın yatmasını gözlədilər. Çifayda, dərya,daha da şiddətlə gəmini atıb-tutmağa başladı. Kapitan gəminin nə qabağa, nədala getməsinin mümkün olmadığını deyib, lövbər atılmağını əmr etdi. Lövbəratdılar. Gəmi dayandı. Ancaq dayandığı yerdə atılıb-düşməkdə idi. İki gün İkigecə gəmi suyun üzündə bu halətdə qaldı. Üçüncü günü dərya bir qədər sakitləşdi.Gəmi də yola düşdü.

Bakı iləKrasnovodskın arası ancaq on altı saatlıq yol olduğundan, fəhlələr bir gecəlikazuqə götürmüşdülər. Olan azuqələrini yeyib, axırıncı gün

aclığa davam gətirəbilməyib, kapitanın üstünə tökülüb ondan çörək istədilər.

Kapitan onlarasuyun üzündə çörək tapmağın mümkün olmadığını və Krasnovodska ancaq altı-yeddisaat yol qalmasını hərçi deyirdisə də, fəhlələr

ona inanmayıbçörək istəyirdilər.

Axır yazıqkapitan bizə tərəf gəlib dedi:

- Siz bunlarındilini bilirsiniz, bunları inandırın ki, altı-yeddi saatdan sonra sahiləçıxacağıq.

Mən və yoldaşımdurub getdik fəhlələrin arasına, hərçi nəsihət etdik, inandırdıq, kar etmədi.Sözlərinin üstündə möhkəm dayanıb, bir dillə çörək

istədilər.

Bir də baxdım kənardabir molla sakit, başını aşağı salmış, mütəfəkkir əyləşibdir. Mən mollaya tərəfgetdim və dedim:

- Cənab axund,bu adamların etibarı sizə bizdən çoxdur. Mən sizi inandırıram, siz də bunlarıinandırın ki, altı-yeddi saatdan sonra kənara

çıxacağıq.

Molla qulaq asıbdedi:

- Canım, özünüzbilirsiniz ki, ac qılınca çapar. Bu adamlara çörək lazımdır. Mən onları sakiteləyə bilərəm?

- Yenə bir fikiredin.

Molla bir qədərfikrə gedib dedi:

- Bunlaracdırlar. Nəsihət-filan onlara kar etməz. Yaxşısı budur ki, bu camaata bir mərsiyəoxuyam.

- Çox gözəl,Allah atana rəhmət eləsin.

Molla bir mərfəşinüstünə çıxıb "Səlləllahü əleykə ya Əba Əbdüllah" deyən kimi tamam sərnişinləraclıqlarını yadlarından çıxarıb, cəm oldular

mollanın ətrafına.Molla qabaqca bir uzun vəz başladı. Belə ki, vəzi əqəllən saat yarım çəkdi. Vəzdənsonra keçdi mərsiyəyə. Bir azdan sonra baxdım ki, camaat aclıqdan və ağlamaqdanbihalət olub, hamısı yan-yana tökülübdür. Bir qədər getdikdən sonraKrasnovodskın dağları göründü və camaat da xatircəm oldu. İndi mollalara düşmənolanlar, mollaları bəyənməyənlər, bilsinlər ki, lazım olan yerdə molla da karagələr.

Camaat arasındagəzərkən keçmiş dostlardan, tanışlardan, aşnalardan birbir görürdüm. Amma bizimhəftə bazarında alış-veriş eləyən Məşədi Sünbəni hamıdan yaman gündə gördüm. Buşəxsin adı özgə idi. Amma xalq onu ləqəbi ilə tanıyırdı. Ona Məşədi Sünbə ləqəbiverilməsində bir qəribə nağıl var:

Bir gecə məşədievində yatdığı yerdə eşidir ki, darvaza döyülür. Durub darvazanı açıb görür ki,şəhərin üç nəfər məşhur oğruları qapıda durublar.

- Bala, bu gecəxeyirdimi?

- Xeyir olmamışnə var? Xoca Hamparsumun dükanını yarıb, budur mallarını gətirmişik. Əgər müştərisəngirək içəri?

Məşədi oğrularısalır içəri.

- Qadanızı alım,açın, görüm mətaınız nədir?

Oğrular çiti, məxməri,ay-ulduzu, zərli parçaları, firəng qanovuzunu... açıb tökürlər məşədininqabağına, məşədinin gözləri məşəldar pişiyin gözləri kimi başlayır parıldamağa.Deyir:

- Sizə qurbanolum, qiymət deyin!

Çitin arşını birşahıdan, ay-ulduzu İki abbasıdan, məxməri on şahıdan və qalan malı da buayaqdan qiymət edirlər. Və məşədiyə deyirlər ki, arşını gətirib ölçüb götürsün.Məşədi gedib arşın əvəzinə babasından qalmış Hacı Mustafa tüfənginin sünbəsiniki, uzunluğu İki arşından bir az qorxaq ola, gətirib atasının ərvahına and içirki, bu sünbə nəinki tamam arşındır, hətta arşından İki verşoq da azdır. Hamantüfəng sünbəsi ilə oğurluq parçaların hamısını ölçüb alır. O səbəbə onun adı da"Məşədi Sünbə" qalmışdı. Məşədi Sünbənin İki ayaqlarını sifətinəbağlayıb cəhənnəmdə aşağı yuxarı sürüyürdülər. (Odabaşının dediyinə görə cəhənnəmdəbu tənbehi ribaxorlara eləyirlər).

Bu kişinin, necəki yuxarıda ərz olundu, həftə bazarında dükanı var idi. Dükanında artıq malsaxlamazdı. Amma yanında həmişə nəqd pul olardı və cəmi ətraf kəndlərdə daradüşənlər atlarını minib birbaş Məşədi Sünbənin yanına gedərdilər. O da kimə əllimanat, kimə yüz manat barama vaxtına, buğda vaxtına, ya üzüm vaxtına pulkarsazlıq eləyərdi. Odabaşının vasitəsi ilə mələkdən təvəqqe etdim ki, İki dəqiqəliyəməşədinin ayaqlarını açsın. Ona bir-iki deməli sözüm var. Mələk təvəqqemi qəbuledib məşədinin ayaqlarını açdı. Məşədi ayağa qalxıb, məni görəndə başladıhönkürüb ağlamağa. Gözlərindən yaş yerinə ərinmiş qurğuşun axdı.

Dedim:

- Məşədi, bu nəişdir?

Dedi:

- Ax Xortdan, sənAllah, dərdimi soruşma. Mənə hər nə eləyirlərsə, haqqında eləyirlər. Mənə deyəngərək: ay həpənd, pulun var, qoy cibində qalsın. Nə borcundu bu kənd camaatınınqeydinə qalırsan? Acından ölür, qoy canı çıxsın, ölsün! Yəqin Allahın məsləhətibelədir; yəqin Allah məsləhət bilib ona yetirməyir... Nə borcundur gedib onun əlinitutub pul verirsən? Bir şəxsi ki, Allah ac eləyə, insanın nə haqqı var ki, deyəmən gedib onun qarnını doyuzduracağam! Odur ki, adamı bu günə salırlar.

Məşədi bu yerdəbaşına İki əlli, tutarlı bir qapaz saldı. Dedi:

- Di, canınçıxsın, yan! Öləndən bir neçə gün sonra oğlumun vaqiəsinə girib dedim: - Bala,olmaya-olmaya fəqir-füqəranın əlindən tutub, pul borc verərsən! Nə borcundur.Qoy Allah özü yaratdığı bəndəsinin fikrini çəksin.

Soruşdum:

- Məşədi,verdiyin pullara insafsız müamilə almayırdın ki?

Dedi:

- A kişi, andolsun yediyimiz çörəyə (hərçəndi mən onun evində çörək yeməmişdim), and olsunoğlumun canına, ayda manat bir şahıdan artıq müamilə almamışam. Artıqalmışamsa, Allah mənim evim künfəyəkün eyləsin, gecə Allah evimi dağıtsın, əgərveksel kağızının pulunu da öz cibimdən verməmişəmsə.

Bu halda bir mələkyetişib məşədinin sinəsinə bir yumruq nə təhər çırpdısa, yumruq İki kürəyininarasından çıxdı və əlində bir parça kağız tutub əmr etdi:

- Oxu, naməyi-əmalını!

Məşədi dedi:

- Ay qurbanınolum, naməyi-əmalımı mənə daldan göstərirsən, mənim ki, başımın dalında gözümyoxdur.

O vaxt bir ayrımələk, gəlib onun boynunu şaqqıltı ilə sındırıb, üzünü dala çöndərdi və dedi:

- İndi oxuya bilərsən!

Məşədi oxudu. Okağızda yazmışdılar: "Ribaxor".

Bu söhbətdənsonra məşədinin ayaqlarını yenə sifətinə bağlayıb sürüyə-sürüyə üzüqoyluapardılar.

Mənim qonşumhacını gözlər olsun görməsin! Yaman gündə gördüm gəlir, boynundan neçə ədəd, hərbiri bir pud vəznində qara daşlar asılı, cəhənnəm mələklərindən neçəsi əllərindəodlu taziyanə döyə-döyə cəhənnəmi gəzdirirlər. Məni görən tək hacı İki əlləriilə üzün bərk örtdü. Daşları onun boynunda görəndə ona verilən əzabın mənasınıanladım.

Hacının şəhərdəparçaçı dükanı var idi. Bahar fəslində böyük oğlunu dükanda qoyub, kiçik oğlunuda özü ilə götürüb kəndlərə yağ almağa gedərdi. Hacı tərəziyə çəki ölçüsü yerinə,çayın daşlarından qoyardı. Daşın birinə girvənkə, o birisinə beş girvənkə, yaon girvənkə adı qoyub, onların çəkisi ilə kəndlilərdən yağ alardı. Bizim kəndlilərinhər birisinin evində bir əyar qabı olar ki, onun içinə nə qədər yağ tutmasıbirdəfəlik müəyyən edilər. Bir dəfə bir kəndli öz hesabı ilə on girvənkə yağsatmaq üçün hacının yanına gətirir. Hacı bir heyvərə daşı tərəzinin bir gözünəqoyub, o biri gözünə də yağı qoyub deyir:

- Bala, səninyağın tamam yeddi girvənkədir.

Kəndli təəccübedir:

-Hacı əmi, mənim bu qabım tamam on girvənkə yağ tutur. Həmişə də peşəm aparıbsatmaqdır. İndi nə olubdur ki, sənin tərəzində yeddi girvənkə gəlir? Hacı əmi,sənin bu daşın yeddi girvənkəyə oxşamır. Yeddi girvənkənin daşı xırda olar, buböyüklükdə olmaz.

Hacıcavabında deyir:

-Getdiyim Məkkəyə and olsun, çayda bu daşdan böyük daşlar çoxdur. Götürmədim.

Bununlabelə, hacının kəndlilər arasında böyük etibarı var idi. Etibarı da, qulaqverin, görün nə qoçaqlıqla qazanmışdı. Yuxarıda dedik ki, hacının parçaçıdükanı var idi; hacı, Məkkə ziyarətindən qayıdandan bir az sonra, bir gün neçənəfər kəndli parça almaq üçün hacının dükanına gəlirlər. Hacı bunlara istədikləri parçadan satıb yola salır.Kəndlilər gedəndən bir saat sonra hacı qalxıb onların dalınca yüyürməyə üzqoyur. Şəhərdən bir-İki vers aralanmış, kəndlilər daldan çığırtı eşidib, dönübdala baxıb görürlər ki, budur, hacı nəfəsini ağır alaraq tər basmış, diliağzından bir qarış çıxmış:

- Ay qardaşlar,dayanın, - deyə sürətlə gəlir.

Kəndlilər ayaqsaxlayırlar:

- Hacı əmi, nə xəbərdir?Yoxsa pulunu əskik vermişik?

Hacı deyir:

-Yox, hacı əmin dərdini alsın. Siz gedəndən sonra mən daxılımı hesabladım.Baxdım gördüm ki, sizin beş manatınız məndə artıq qalıbdır. Mən Məkkədən neçəgündü gəlmişəm. Elə onsuz da öz malıma haram qatmaram. Əgər o beş manat mənimcibimdə qalsa, əvvələn tamam qazancım it qanından murdar olar, İkinci, hamanbeşlik qiyamətin günündə bir parça od olub mənim bədənimə yapışar. Alınpulunuzu. Sizə mənim bu canım qurban. Bunu deyib hacı, kəndlilərə beş manatverib və onları heyrətdə qoyub dala qayıdır.

(ardı var)

TƏQVİM / ARXİV