adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

XORTDANIN CƏHƏNNƏM MƏKTUBLARI

ƏBDÜRRƏHİM HAQVERDİYEV
27831 | 2017-10-04 19:36

Cəhənnəm əhlindənbirini yanıma çağırıb soruşdum:

- De görüm, sənində canını alandan sonra bu əziyyətləri verdilər?

Dedi:

-Ay kişi, ciyərim yanır. Əgər mənə bir içim su əlac eyləyə bilsən, deyərəm.

Bubinəva su istəyən tək bir məlaikə əlində bir qab ərinmiş qurğuşun gətirib onaiçirtdi. O saat yazığın qarnı və bağırsaqları alışıb, qarnının ətrafından suaxmağa başladı. Mən ovcumla o sudan bir az tutub ona içirtdim. Su içib dedi:

-A kişi, hər kəsin ürəyi yananda bu lehmədən içirdirlər və acanda zəqqumağacının meyvəsindən verirlər, yeyir.

Odabaşıdanxahiş etdim ki, zəqqum ağacını mənə göstərsin.

Dedi:

-Qoy bu kişi nağıl eləsin görək bunun canını necə aldılar. Sonra, baş üstə, göstərərəm.Doğrudur, mənim özümə də çox əziyyət veriblər, amma bu şəxsə deyəsən məndən dəçox əziyyət dəyibdir.

Cəhənnəmliməndən soruşdu:

-Başına dönüm, heç yüzbaşı camaatdan qızıl pul yığanda görübsənmi?

- Görmüşəm. Çoxyaxşı görmüşəm. Birkasıbın on yeddi şahı verəcəyi var idi. Amma pulu yoxdu. Yüzbaşı mənim özyanımda ona o qədər dəyənək vurdu ki, axırda ürəyi getdi (döyülənin ürəyigetdi, nəinki yüzbaşının). Axırda mənim yazığım gəlib yüzbaşıya on yeddi şahıverib, kəndlini o zalımın əlindən qurtardım.

Cəhənnəmlidedi:

-Başına dönüm, mən can verən vaxt çəkdiyim əzab bundan da artıq oldu. Qulaq ver ərzeyləyim: mən öləndə gördüm mələkəlmövt gəldi. Amma nə halətdə? Başı əvvəlincigöydə, bir ayağı məşriqdə və bir ayağı məğribdə, çox qeyzli, rəngi qara, nəfəsindənod çıxırdı; əlində oddan bir şiş tutmuşdu ki, onun neçə haçası var idi. Yanıncabeş yüz köməkçi gəlmişdi. Hər birinin əlində bir odlu taziyanə. Qabaqca İsfəhtailadlı məlaikə mənə bir şərbət verdi ki, o cür isti və acı şeyi mən ömrümdə görməmişdim.Sonra Əzrail şiş və çəngəl salıb ruhumu ayaqlarımdan çəkməyə başladı. O çəngəlin hər bir haçası bir damara bəndolmuşdu. Əzrailin köməkçiləri də əllərindəki taziyanələrlə başıma, qarnıma,çiyinlərimə və ayaqlarıma döyürdülər. Mənim ruhumu bu cür çəkdilər.

Yazıq kişi söhbətiniqurtaran tək bir məlaikə daldan yetişib onun boynunun ardından beş-on yumruqilişdirib, axırda elə bir zərbə ilə vurdu ki, yazıq cumdu odun içinə.

Odabaşı məniheyrətdə görüb dedi:

- Bu günahkaryetmiş il odun içinə cumacaq. Sonra bir məlaikə gələcək, yetmiş min ərəş onun əllərininuzunluğudur. O məlaikə, əlini salıb onun odunu təknədə axtarıb, tapıbçıxardacaq. Onun dalınca birinci mələk gəlib, onu götürüb yenə həmin qəraratacaq odun içinə.

Bundan sonraodabaşı ilə bir yerdə getdik zəqqum ağacının tamaşasına. Zəqqum ağacı cəhənnəminyeddinci təbəqəsindədir. Onun kökü yetmiş min illik yol uzunluğundadır.Kötüyünün uzunluğu, həmçinin, yetmiş min il yolçaqdır. Onun yetmiş min şaxəsivar. Hər şaxəsində yetmiş min cür meyvələr var ki, hamısı acı, bədbuy və şeytanbaşına oxşayır. Zəqqum ağacının tamaşasından qayıdanda gördüm bir çığır-bağırvar ki, cəmi cəhənnəmi səs götürüb. Guya Qarabağda, ya Naxçıvanda məhərrəmayında dəstəbaşılıq üstündə dava düşübdür.

Odabaşıdansoruşdum:

-Bu nə səsdir?

Dedi:

-Cəhənnəm əhli Iblisi arakəsməyə salıblar.

Bunueşidən kimi yüyürdüm və yazıq odabaşı da mənim dalımca tez-tez zəif ayaqlarınısürüməyə başladı. Yığıncağa yaxınlaşıb gördüm: Iblis ki, cəhənnəmin sədri-idarəsidir,bir uca taxtın üstünə çıxıb sağa və sola şıllaq atır. Cəhənnəm əhli onun ətrafınıalıb, hər bir dillə ona föhş verir və cəhənnəmə düşməyində də onu müqəssirtutur.

Birideyir:

-Sən olmasaydın, mən bu dini qoyub, o biri dinə qulluq eləməzdim.

Obirisi deyir:

-Sən olmasaydın, mən öz qardaşımı öldürüb arvadını almazdım. Məni sən yoldançıxartdın.

Birisideyir:

-Mən yüz il yüz ilə qalaydı, rüşvət alıb vətəni pula satmaz idim, hamısını eyləyənsənsən.

Birisideyir:

-Xudavəndi-aləmin lənəti sənin canına gəlsin. Məgər sən olmasaydın, mən bir kəlləqəndə, bir girvənkə çaya, on manat pula aldanıb Ramazanın kəbinli arvadını Şəbana,ya Rəcəbin kəbinli arvadını Səfərə verərdimmi?

Birisideyir:

-Səni görüm həmişə Allahın qəzəbinə giriftar olasan. O sən deyildimi ki, məniyoldan çıxartdın, mən də Kazım kişinin səkkiz yaşında qızını on dörd yaşındayazıb ərə verdim. O da gedən kimi öldü?

Birisideyir:

-Allahın lənəti sənin o kor gözünə gəlsin. (Məlumdur və "Nasixüttəvarix"də yazılıb ki, Həzrət İbrahim əsrində, Həzrət Cəbrayıl mübarək qanadı ilə vurubşeytanın bir gözünü tökdü. Odur ki, şeytana lənət oxuyanda deyirlər "Lənətsənə gəlsin, kor şeytan"). Məgər sən deyildin, bizim qulaqlarımızı həmişədolduran ki, camaat elmdən nə qədər geri qalsa, bir elə sizə mənfəəti var? Bizdə hər bir yolla camaatı elmdən saxlayırdıq və elm dalınca gedənlərin küfrlərinəhökm edirdik.

Birisideyir:

-Məgər taqsır səndə deyilmi ki, riyasət odunu bizim canımıza doldurdun? Biz dəcamaatı otuz firqə edib, hər birinə bir ad qoyub, hamısının aralarına ədavətsaldıq?

Birisideyir:

-Sən deyildin məni öyrətdin ki, müqəssir taqsırını boynuna almayanda yaxşı olarki, onun başının ətrafına xəmir yapışdırıb, ortasına qurğuşun əridib tökəsən? Məndə neçə-neçə adamlara bu növ əziyyət verib taqsırsız öldürdüm?

Birisideyir:

-Məgər mən bilməyirdimmi ki, yetim malı yeyənin başına Allah daş salar? Niyə sənməni yoldan çıxartdın? Sən də üç yetimə bir-birinin dalınca qəyyum olub, üçünüdə quru yurdda qoydum.

Birisideyir:

-Məgər mən istibdadın nəticəsi nə olduğunu bilməyirdim? Niyə mənə gecəgündüz deyirdinki, rəiyyət eşşək misalı bir şeydir, nə qədər döyülsə bir o qədər yumşaq olar?Mən də sən tək kor məlunun sözünə inanıb rəiyyətin tamam malını, pulunu,var-yoxunu xəfiyyələrə xərc elədim. Axırda məmləkətim parça-parça olub, əlimdəngetdi, özüm də sən Allahın lənətinə gəlmişin ucundan bu əzabı çəkirəm.

Birisideyir:

-Məgər mən öz abrımdan keçib camaat malına xəyanət elərdim? Sən məni yoldançıxardıb deməyirdinmi ki, İrəvan əhli bir yazıq məxluqdur, heç birisi cürətedib sən tək böyük şəxsə bir söz deyə bilməz və mən də sən məlunun sözünəaldanıb, camaatın yığıb mənə tapşırdığı on iki min manat pulunu alabaxta palıdudan kimi uddum2.

Birisideyir:

-Sən deyildinmi mən tək ağsaqqal hacını öz düşmənimi öldürmək qəsdilə qovduğumyerdə yoldan azdırıb, arvad hamamına salan ki, orada çılpaq arvadlara baxıb,günaha batıb, qiyamət əzabına giriftar oldum?

Birisideyir:

-Mən özüm tibb elmində çox mahir bir şəxsəm. Və özüm də çox yaxşı bilirəm ki,insan qarnı torpağı əritməz. Bainhəmə, sən məlunun sözünə baxıb, anbarlardakıbuğdanın yarısını torpaq edib, çörək bişirib satdım camaata.

Birisiəlində bir varaq kağızı Iblisə göstərib deyir:

- Ay Allahın lənəti sənə gəlsin, səndeyildinmi mənə dəğdəğə verən və mənə deyən ki, apar bu kağızı uyezd naçalnİkiVinokurova ver? Mən də səninsözünə baxıb aparıb verdim. İndi bu kağızı mənim boynumdan asıb, göndəriblər cəhənnəmə.Nə qədər özüm yanıram, bu kağıza bir zad olmur.

Bu danışanı məntanıdım. Amma ondan qabaq İblisə məzəmmət edənlərin heç birisini tanımadım. Buşəxs Qocaqurd mahalının mülkədarlarındandır və kağızın əhvalatı da belədir:

Oxucular mənibağışlasınlar. Kağızın əhvalatını öyrənməzdən qabaq istəyirəm onları Qocaqurd bəyləriilə bir müxtəsər tanış edim: Qocaqurd mahalında üç sort bəy var.

Pervi sort bəylərəSarıcalı bəyləri deyirlər ki, Nadir şah dövründən bəydirlər.

Vtoroysort bəylər bəyliklərini xanlardan alıblar. Bunların babaları ya xanın cəlladlarıolublar, ya təlxək, ya qatırçı, ya quşçu və darğaları, pişxidmətləri... və i.a.Bunların hər biri bir mövqedə xanın xoşuna gəlib. Xan da gətirib ona bir neçə kənd bağışlayıb. Özünə dəbəylik təliqəsi veribdir. Misali-məşhurdur: hər oxuyan Molla Pənah, hər qatırçıMurad olmaz. Molla Pənah haqqında yuxarıda söhbət etmişdik. İndi qatırçıMuraddan danışaq:

Ağdam tərəfəyolları düşənlər, orada Muradbəyli adlı kənd olduğunu yəqin eşidiblər. Bu kəndhal-hazırda Ağdam şəhəri ilə birləşməkdədir. Bu kəndin birinci sahibi Murad bəyolubdur ki, qabaqca Qarabağ xanının qatırçısı olubdur. Qatırçılıqda çox mahirolduğund an xan ona bəylik verib, haman kəndi də ona bağışlayıb. İndi Murad bəyinnəvəsi Tərtər kənarında neçə min desyatin yerə malikdir və özünədə anası şahzadəolduğundan xan deyilir.

Treti sort bəylərəpişxurd bəyləri deyirlər. Bunların ciblərində ildə üç ay pul olar, doqquz aymüflisdirlər. İndi "pişxurd" ləfzini də bir izah etmək lazımdır. Bu ləfzfarsləfzidir. "Pişxurd" - qabaqca yeyilən. Qocaqurd mahalında buğdanıbiçən kimi döyməzlər. Yay çox isti olduğundan, buğdanı biçib taya vurub gedirləryaylağa. Payız arana qayıdandan sonra xırman salıb buğda döyməyə şüru edirlər.Əkinçilərin bəzisi bir yol xərcini düzəltmək üçün buğdanın bir azını qabaqcadöyüb satırlar. Belə döyülən buğdaya "pişxurd" deyirlər. Yuxarıdadedik ki, pişxurd bəylərinin doqquz ay cibləri pul görməz. İsti düşəndəlazımdır ki, özlərini Şuşa qalasına versinlər. Odur ki, yığdıqları taxılın birhissəsini pişxurd döydürüb, satıb gedirlər şəhərə. Şəhərdə bir neçə gün evdə əyləşibdərzidən, papaqçıdan, çəkməçidən çağırtdırıb özlərinə libas tikdirirlər; libashazır olduqdan sonra tovuz quşu kimi bəzənib çıxırlar bazara, meydanlara,kluba, bulvara. Yay qurtaran tək kəndə qayıdıb, qalan taxılı döydürüb, satıb,yayda şəhərdə etdikləri qumar borclarına verirlər. Altdakı il də bu minvalla.Çetvorti sort da bəylər var. Bunlara "cır bəylər" deyirlər ki,varyoxlarını qumara, Tiflis və Bakı kefinə verib, İndi dövlətli bəylərinqapılarında sülənirlər. Bunların ciblərində pul olmaz. Amma təşəxxüsləri yeriyırtar. Salam verənlərin salamlarına bığları ilə cavab verərlər. Hər məclisdə dəözlərindən danışmayıb, babalarını, atalarını tərif edərlər. Dördü bir yerdə cəmolanda Tiflis qəstinlərində sürdükləri kefdən birbirlərinə söyləyərlər.

Bəli, kağızın əhvalatıbelədir:

- Bir günQocaqurd mahalının bəyləri naçalnik Vinokurovun əlindən zara gəlib, yığılıb biryerə məsləhət tökürlər ki, gərək bu zülümkarın əlindən böyüyünə bir şikayət verək.Yoxsa bunun zülmü və bədrəftarı axırda camaatı tar-mar edəcəkdir. Bir yerdə bəylərbir ərizə yazırlar və cəm olan on beş nəfər həmin ərizəyə qol qoyurlar. Bu hində,cəhənnəmdə gördüyüm bəy özünü məclisə yetirir. Ərizəni görən tək deyir:

- Sizin ki beləfikriniz var idi, mənə niyə xəbər eləməyirdiniz? Çox gözəl iş görübsünüz. Mənözüm də çox həvəslə bu ərizəyə qol çəkərəm. Ancaq on beş nəfər adamın qolundanbir şey çıxmaz. Lazımdır ki, Qocaqurd mahalının cəmi bəyləri bu ərizəyə qolqoysunlar. Vinokurov tək zalımı yıxmaq bizim hamımızın borcudur. Mən buradaborclu oluram ki, bu ərizəni götürüb cəmi mahalı gəzib, bəylərin hamısına qolqoydurub gətirim. Sonra ərizəni aparıb lazım olan yerinə verməyi və dalıncagetməyi də öz boynuma götürürəm.

Məclis hamısı bəydənrazılıq edib, ərizəni ona tapşırırlar. Bəy ərizəni qoynuna qoyub, bir az söhbətedib, çay içəndən sonra durub, atını minib yola düşdü və dedi:

- İnşallah bir həftəçəkməz ki, ərizə hazır olar.

Bəy at üstündəgetdikdə belə fikir edirdi və öz-özünə söyləyirdi:

- Bircə siz butülkülərə baxın. Dərənin iti-qurdu özlərini adam cərgəsinə qoyub, yığılıb biryerə məsləhət edirlər. Oraya yığılanlar kimdirlər? Biri xanın eşşəkçisinin nəvəsideyilmi? İndi gəlib adını bəy qoyub yuxarı başa keçir. Sən bir o burnucırığabax! Ona deyən gərək filan-filan şüdə, sən haçandan bəy olub ortalığa çıxıbsan?Sənin dədəbabanı heç bir tanıyan varmı? İndi rusca üç-dörd söz öyrənibsən, gəlibözünü bəylər cümləsinə qatırsan? Ərizə-filan yazırsan? Sənin atan aclıq ili mənimatamdan bir çuval buğda aparıb, hələ də borclu deyilmi? Sən adını nə qoyubortalığa düşübsən?.. O çopur sifəti toyuq dimdikləmiş qarpız qabığına oxşayan!..Papağı da təşəxxüslə qoyub gözlərinin üstünə, deyir: "Alçaq dağları mənyaratmışam". O kimin oğludur? Onun əmisini mənim atam neçə il dustaqxanadayatırtdı, o da özünü adam hesab eləyib ortalığa atılır?! Buyursun, barmağınıyumsun görüm, hansı pristav onun evində bir parça çörək yeyibdir? Bu mahala neçənaçalnik gəlib-gedibdir, hansı onu bəyənib, ona əl veribdir? Əsil və nəcabətindənxəbəri olsa, heç xəcalətindən evdən çölə çıxmaz. Onun anası qaçaq Qurbanəlininbacısı deyildimi? İndi bunlara bir deyən gərək: budur, yığılıbsınız məsləhət eləyirsiniz.Çox gözəl! Niyə deməyirsiniz, mahalın nəcib bəyləri var, ağsaqqalları var? Birbelə iş düşəndə lazımdır ki, yığılıb gedək onların birinin evinə. Deyək,ağsaqqal, bir belə məsləhətimiz var. İstəyirik Vinokurovdan ərizə verək. Bu işəsən nə deyirsən? Bəlkə heç ərizə vermək məsləhət deyil. Nəinki mahalın beş-onbambılısı yığılıb bir yerə - nədi, nədi biz Vinokurov kimi nəhəngi yıxacağıq!Axır siz nəsiniz adam yıxasınız? İndi mən də bunun əvəzini sizə yetirərəm. Bundansonra böyükdən məsləhətsiz iş görməzsiniz. Mən bu ərizəni bu saat aparıbqoyaram Vinokurovun qulluğuna. O da sizin haqqınızda fikir çəkər. Mən, əvvələn,gərək öz gücümü bunlara tanıdım və saniyən Vinokurova da bir ixlas göstərəm. Okişinin səbəbindən ildə dörd-beş min manat mənfəət edirəm. Şərab həmişə müftə,yağ müftə, düyü müftə, motal, qatıq... hamısı müftə. Quzudan bir sürüqayırmışam. Bunun hamısı mənim Vinokurovla bir quruca dostluğumdandır. Mən birbelə mənfəəti əldən buraxsam, gərək başıma müalicə ola. İndi mən bildiyimi elərəm;qoy Vinokurov o adlarını bəy qoyan gədə-güdələrin atalarına od vursun.

Bəy bu fikri eləyib,atını birbaş sürdü Vinokurov cənablarının mənzilinə. Vinokurov otaqdan çıxıb bəyəəl verəndə, bəy elə bildi ki, bu saat ona bir nişani-şiri-xurşid əta olundu. Bəyiçəri buyurub gördü ki, samovar stolun üstündə qaynamaqdadır və xanım dasamovarın yanında əyləşib. Bəy ədəblə xanıma təzim etdi və xanım da İkibarmağının ucunu ona uzadıb dedi:

-Buyurun bir stəkan çay için.

Bəy:

-Çox razıyam, - deyib əyləşdi və xanım da öz lətif əlləri ilə ona bir stəkan çaytöküb verdi.

Bəyçay içəndən sonra Vinokurov onu öz kabinəsinə çəkib, başladı mahalın işlərindənbir-bir xəbər tutmağa. Vinokurov bu bəyin vasitəsi ilə mahalda hər bir xəlvəttörənən işdən xəbərdar olub tədbir edirdi.

Bəyixəlvətcə çəkib dedi:

-Söylə görək nə var, nə yox? Səndə həmişə qiymətli xəbərlər olar.

Bəycavab verib dedi:

-Qaspadin naçalnik, sizə elə bir əhval gətirmişəm ki, eşitsəniz məndən yerdəngöyədək razı olacaqsınız.

Naçalnikqalxıb kürsünü götürüb, gəlib bəylə dizbədiz əyləşdi.

-Söylə görək, nə xəbərdir?

-Daha nə xəbər olacaq. Getmişdim"Güngörməz" kəndinə. Gördüm ki, orada bir para adlarını bəy qoyan əclaflarbir yerə toplaşıb ərizə yazdırırlar.

Soruşdum:

-Bu nə ərizədir?

Dedilər:

-Bəs bu Vinokurov camaatı dağıtdı. Allah onun evini yıxsın. Balaları düzlərdəqalıb dilənsinlər. Ondan ərizə yazırıq. Bəlkə buradan götürərlər. Yazıq camaatda rahat nəfəs ala.

Vinokurovbu sözləri eşidən kimi qalxıb ayağını yerə bir cür çırpdı ki, eynək gözündəndüşdü. Qışqırıb dedi:

-And olsun Allaha, gərək onların hamısını birbaş Sibirə itirim. Kimin nə həddivar məndən şikayət yaza bilə? Bu da Saxsı qalası deyil ki, qulağım eşidə-eşidəməndən qoburnata şikayət edələr. Pajalusta, de görüm o məndən ərizə yazdıranlarhansılardı?

Bəyərizəni qoltuğundan çıxardıb qoydu naçalnİkin qulluğuna.

-İzvolte!

Vinokurovsonra bəylərə nə elədi dursun kənarda. Amma haman ərizəni bəyin boynundan asıbcəhənnəmə göndəriblər.

Cəhənnəməhli qışqırdıqca Iblis şıllaq atırdı. Və hərəni bir cür başa salırdı ki, ondataqsır yoxdur və deyirdi:

-Ay camaat, məndən əl çəkin! Mənim yaxamı düşmənlərim bir dəfə sizin əlinizəveriblər. İndi hər bir dünyada törənən bəd əməli mən bədbəxtdən görürsünüz. Doğrudur,məndən yaxşı əməl baş verməz, amma yenə size inandırıram ki, dünyada baş verənbəd əməllərin çoxundan nə mənim xəbərim var, nə də mənim övladımın. Gedin öziçinizi axtarın, görün nə qədər şeytanlar taparsınız ki, mən onların əllərinəsu tökməyə yaramaram. Budur ha! Birisi gəlir, baxın görün şeytan odur, yoxsa mən?

Buhalda camaat arasından bir şəxs ayrılıb, Iblisə tərəf yeriyib söz demək istəyəndəIblis qızardı. Bu şəxs həmçinin Qocaqurd mahalının bəylərindən idi. Yoğun cüssəli,yoğun sifətli, qırmasaqqal, boynunun gödəkliyindən başı İki çiyinlərininarasında gizlənmiş, çuxasının qolları əllərini örtmüş, şalvarının yuxarısı dar,aşağısı enli, yerişi və danışığı vüqar və təmkinli, amma söz demək istəyəndəağzından zəhrimar axırdı və ilan dilinə oxşar bir dil çıxırdı. Bu şəxsin qəribəkeyfiyyətləri var: mən ancaq birini nağıl edim.

Neçəvaxt bundan əqdəm Qocaqurd mahalının naçalnİki mahalın dörd nəfər dikbaş,artıq-əskik danışanlarından İki yüz altı qazağın qabağına salıb, qovdurubatların ayaqlarının altında dörd nəfər taqsırsız biçarələri paymal etmişdi.Onlardan əlavə bir nəfər çox danışanın boğazına kəndir saldırıb, ucunu qazağın əlinəverib, o qədər süründürmüşdü ki, axırda yazığın İki gözü də yerindənpırtlamışdı. Naçalnİkin bu hərəkəti tamam mahal əhlini həyəcana gətirdi. Bu əhvalatıhər yerdə, hər kənddə, hər evdə söyləyib naçalnikə nifrin edirdilər. Camaat birneçə nəfər ağsaqqal intixab edib məsləhət üçün həmin bəyin yanına göndərdilər.Bəy camaat vəkillərinə üz tutub dedi:

-Gedin evinizdə dinməz oturun. Bu sizə Allah tənbehidir. Allah bəndəsinin ləyaqətinəgörə ona hökumət göndərər. Siz belə hökumətə layiqsiniz. Böyüyün hörmətinisaxlamazsınız, bəy görəndə salam verməzsiniz, hökumət ərkanının dalınca artıq-əskikdanışarsınız, nəticəsi də belə olar. Sizə naçalnik nə edibsə haqqı var. Gedinöz taytuşunuzu tapın. Ondan kömək istəyin. Mənim başımı ağrıtmayın.

Camaatvəkilləri bəyin qulluğundan məyus evlərinə qayıtdılar.

(ardı var)

TƏQVİM / ARXİV