adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Oktyabr 2017 11:52
17730
KRİMİNAL
A- A+

Şəmkirdə maskalılar evə basqın edib

Şəmkirdə maskalı şəxslər evə basqın ediblər.

"Report”un məlumatına görə, hadisə rayonun Zəyəm Çırdaxan kəndində baş verib.

Belə ki, naməlum maskalı şəxslər mənzil sahibi Yeganə Məmmədovaya xəsarət yetirib, onun hadisə zamanıevdə olan 2006-cı və 2008-ci il təvəllüdlü övladlarının əl-qolunu bağlayıblar.

Naməlum şəxslər evdən 10 000 rus rublu və 300 manat pul götürərək hadisə yerindən qaçıblar.

Fakla bağlı hüquq-mühafizə orqanı araşdırma aparır.