adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
05 Oktyabr 2017 10:19
14652
DÜNYA
A- A+

Rusiya Səudiyyə Ərəbistanına 3 milyardlıq silah satacaq

Rusiya Səudiyyə Ərəbistanına S-400 "Triumf” zenith-raket komleksi satmağı planlaşdırır.

Adalet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə qərar prezident Vladimir Putinlə Səudiyyə Ərəbistanı kralı Salman ben Əbdül Əziz əl Saudun görüşündə əldə olunacaq.

Görüşdə müqavilənin imzalanması gözlənilməsə də, tərəflər prosedurun icrasını sürətləndirə bilərlər.

Ümmilikdə, Krallıq Rusiyadan 4 milyard dollarlıq silah almağı planlaşdırır. Səudiyyə kralı tarixdə ilk dəfə Moskvaya səfər edib.