adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Oktyabr 2017 11:36
12295
İDMAN
A- A+

“Bizdə “qələbənin açarı” var”

"Meydana 3 xal üçün çıxacağıq. Bizdə "qələbənin açarı” var”. 

Adalet.az xəbər verir ki, bu sözləri Çexiya yığmasının futbolçusu Vladimir Darida deyib.

Çexlər DÇ-2018-in seçmə mərhələsinin son iki görüşündə Azərbaycan və San-Marino ilə qarşılaşacaqlar. Millimizlə oyun bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq və saat 20:00-da start götürəcək.

Ölkəsinin mətbuatına açıqlama verən Darida yığmamızla görüş haqda danışıb.

27 yaşlı yarımmüdafiəçi Azərbaycan millisini yaxşı tanıdıqlarını bildirib: "Rəqib haqda kifayət qədər informasiya toplamışıq. Bizə Azərbaycan yığmasının üstün və zəif cəhətləri barədə məlumat verilib. Odu ki, necə oynamalı olduğumuzu və görüşdə bizi nələrin gözlədiyini bilirik. Bütün futbolçular matça kökləniblər, nə etməli olduqlarını anlayırlar. Təbii ki, rəqibin də öz planı var. Onlar da bizə qarşı necə oynayacaqlarını müəyyənləşdiriblər. Azərbaycan və San Marino ilə matçlarda 6 xal toplamalıyıq. Bu, reytinq əmsalı baxımından böyük önəm kəsb edir. Əlimizə düşən imkandan lazımınca yararlanmalıyıq”.