adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

Müəllimlərimdən niyə qorxurdum?

OĞUZ AYVAZ
34400 | 2018-10-05 11:01

Məktəbliolduğum günləri xatırlayıram. Müəllim adı gələndə həmişə qorxardım. Onsuz daqorxaq, miskin bir uşaqdım. Qorxmağa bəhanə axtarırdım. Müəllim də qorxmağımaayaq yeri saxlayırdı. Bəlkə də biz o vaxt müəllimi gözümüzdə çox böyütmüşdük, bəlkəbizi valideynlərimiz elə tərbiyə etmişdi, bilmirəm. Hər halda müəllimin səsi mənədaha qorxunc, tükürpədici gəlirdi.

Bu qorxuhardan yaranmışdı, bu günə qədər mənə aydın deyil. Hətta o qorxu ucbatından mənibir yaş balaca bacımla eyni vaxtda məktəbə qoymuşdular. Onda Tiflisdəyaşayırdıq. Onda əlifba da başqaydı, insanlar da, mənzərələr də. İnanın! Həqiqisözümdü. Məni qorxaq uşaq olduğum üçün bacımla bir yerdə məktəbə qoymuşdular.Bacım əlimdən tutub məni aparırdı məktəbə, təkrar da geri qaytarırdı.

Ta kibiz Bakıya gələnə qədər... Elə ondan sonra da ara-sıra qorxum hərdən başınıqaldırıb öz varlığını yada salırdı...

İbtidaisinif müəllimim Xeyrənsə müəllim ciddi, zəhmli qadın idi. Onun gözlərinəbaxanda ürkür, üstəlik əzbərlədiyim şeirlər də yaddaşımdan sürüşüb düşürdü. Həmdə ürəyimdə müəllimlərə qarşı anlaşılmaz nifrətə bənzər bir hiss vardı. Bu hissiiçimdə gizli saxlayırdım. Gecələr yuxumda qorxduğum müəllimlərin siluetlərinigörürdüm. Əllərində çubuq üstümə gəlir, məni döymək istəyirdilər. Daha çoxnaxoşlayanda, qızdırmam yüksək olanda müəllimləri daha aydın, öz üz cizgilərindəgörürdüm. Belə olanda qışqırır, evdəkiləri də şirin yuxularından edirdim. Xəstələnəndətəkcə anam yatmır, səhərə qədər başımın üstündə əsirdi.

Bəlkə dəbütün uşaqların ilk nifrət elədiyi insan müəllim olub. Zaman keçdikcə, bığyerim tərlədikcə müəllimlərə qarşı hisslərim dəyişməyə başlayırdı...

Nifrətsevgiylə əvəzlənir, qorxu isə məsuliyyətə çevrilirdi. Amma mənim üçün ənbirinci müəllim anam idi. Evdə dərslərimi bitirmədən televizorda futbol izləməyə,yaxud küçədə uşaqlarla gizlən-qaç oynamağa icazə vermirdi. İnanmayacaqsınız,amma əzbərlədiyim şeirləri, oxuduğum tarixi hadisələri belə mənə səslidanışdırırdı. Bir səhv elədimsə vay halıma! Bacım bəzən rus ədəbiyyatından əzbərlədiyişeirləri yaxşı deyə bilmirdi. Anam da onu cəzalandırmaq üçün danlayır, istədişeyləri yerinə yetirmirdi. Bu vaxt bacım göyərçin ayaqlarına bənzəyən əllərinigözünün içinə salıb, xısın-xısın ağlayırdı. Ancaq anam göz yaşlarına məhəlqoymadan bacımın bir də təkrar-təkrar oxumasını istəyirdi. O günlər indigözümün qabağında dumanlı şəkildə canlanır.

Yeniyetməyaşına gəldikcə içimdəki qorxaqlıq yoxa çıxır, mənasızca boyum uzanırdı.Miskinliyimi də itirmiş, ona-buna lağ edən, özündənrazı bir şagird olmuşdum.Amma di gəl, dərslərimi yaxşı oxuyurdum. Müəllimlərlə necə lazımdısadolanırdım. Yadımdadır, tarix müəllimimiz məni çox sevirdi. Mən də tarix fənniniçox sevir, müəllimin verdiyi dərsləri yerinə yetirirdim. Müəllimin güvəninialdıqdan sonra dərsi danışmağa çıxır, bir-iki cümlə insan və cəmiyyətdəndanışır, daha sonra isə qonşularımız, məhəllə yoldaşlarımla bağlı quraşdırdığımhekayəni nağıl eləyir, sinif uşaqlarını güldürürdüm. Belə anlarda müəllimizinbaşı jurnal yazmağa qarışırdı...

İngilisdili müəllimim isə bütün uşaqların içində yeganə məni sevirdi. Ya da mən eləbilirəm. Dərslərdə həmişə məni tərifləyir, qılığıma girirdi. Başıma tumar çəkib,dərs oxumağımı tələb edirdi. Onun ana kimi qayğısı məni qürrələndirirdi. Dərslərdə gözəl qiymətlər alırdım. Müəllimim başıma sığal çəkmədiyi gün dərsdən zəifqiymət alırdım. Hərdən də hansısa dərsdən qaçmağı palnlaşdıranda nədənsə ağlımailk ingilis dili dərsi gələrdi.

Riyaziyyatmüəllimi isə millətçi idi. Dərslərdə bizə "evladım” deyə müraciət edirdi. Açığıbizi döydüyü günlər də vardı. Bir dəfə sinif yoldaşlarımdan birini basketboltopu kimi yerə çırpmışdı. Həmin gün elə bildim ki, sinif yoldaşım topaçevrilib.

Məktəbilləri, müəllimlər yazmaqla bitməz. Müəllimlər günü ilə bağlı bütün müəllimləri,o cümlədən keçmiş müəllimlərimi canı könlüdən təbrik edirəm! Tay nə günahımızvar, bu günlük keçsinlər! Sayqılar!

TƏQVİM / ARXİV