adalet.az header logo
  • Bakı 19°C
04 Oktyabr 2017 12:03
23871
MƏDƏNİYYƏT
A- A+

“Gecə qonağı - 2” filminin qala gecəsi keçirildi

Oktyabrın 2-də rejissor Kənan Mahmudovun çəkdiyi "Gecə qonağı - 2” filminin qala gecəsi baş tutub.

Adalet.az xəbər verir ki, tədbir ulduz axını ilə yadda qalıb, məhşur aktyor, rejissor, ümumiyyətlə, tanınmış simalarbir araya gəliblər.

Dram janrında çəkilən filmin sinopsisi belədir: Ədalət zərgərdir, oğlu ilə yaşayır, Zarina isə məşhur aktrisadır, ölkədə onu hamı tanıyır. Ədalət və Zarina bir gün yol qəzasında tanış olurlar və hər şey bu tanışlıqdan sonra başlayır... Zarinanın həyatında görüşdüyü bir insan var və o insan Zarinaya görə öz ailəsini tərk edir. Lakin Ədalətlə olan tanışlıq Zarinanın həyatında hər şeyi alt-üst edir. Ədalət isə heç kimin bilmədiyi səbəblərə görə, Zarina ilə münasibət yaratmaq istəmir və filmin sonunda bütün səbəblər bəlli olur.

Film artıq böyük ekranda yayımlanır və ilk gündən tamaşaçıların marağına səbəb olub.