adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Oktyabr 2017 17:44
14873
İDMAN
A- A+

Ramil Quliyev Avropanın ən yaxşısı olacaq?

Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev Avropa Atletika Birliyi tərəfindən təşkil olunan "İlin avropalı atleti” mükafatı yarışında son 3 namizəd arasında göstərilib.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı informasiya yayıb.

Avropa Atletika Birliyindən verilən məlumata görə, "İlin avropalı atleti” mükafatına namizədlərin sayı 10-dan 3-ə endirilib. Dünya Atletika Çempionatında qalib olan 27 yaşlı Ramil, fransız Kevin Mayer və alman Yohannes Vetter mükafata namizəd göstəriliblər.

Qeyd edək ki, mükafatın qalibləri oktyabrın 14-də Litvada keçiriləcək tədbirdə elan ediləcək.