adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Oktyabr 2017 16:45
10230
SİYASƏT
A- A+

Razılıq əldə olundu - İraqın şimalında müstəqillik elan olunarsa...

İraqın şimalındakı kürd muxtariyyatı müstəqillik elan edərsə, Türkiyə, İran və İraq bölgədə ortaq hərbi əməliyyat keçirəcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Həsən Ruhani arasında Tehranda keçirilən görüşdə bununla bağlı razılıq əldə olunub.

Dövlət başçıları iki ölkə arasında ticarət həcminin artırılmasını da razılaşdırıblar.

Məlumata görə, R.T.Ərdoğan və H.Ruhani İraqla Suriyanın ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər.(report)