adalet.az header logo
  • Bakı 13°C

XORTDANIN CƏHƏNNƏM MƏKTUBLARI

ƏBDÜRRƏHİM HAQVERDİYEV
25002 | 2017-10-03 16:37

Niyyətimi açıbmirzəyə söylədim. Mirzə şəhadət barmağını alnına qoyub dərin fikrə getdi. Sonradedi:

- Bu gecə buradayatarsınız, axşamın xeyrindən isə sabahın şərri.

Səhər kitablarıtöküb dürüst baxaram, ümidvaram əlac tapıla. Çay içib, bir qədər o yan-buyandan söhbət elədik. Mən xəbər aldım:

- Mirzə, sizçoxdanmı Qarabağdasınız?

- Bəli, mənanadan burada olmuşam, ancaq atam Təbrizdən gəlmədir. O səbəbdən bizə Təbrizideyirlər. Elə ki Məhəmməd şah vəfat elədi, Iranın qanununa binaən, təxti-səltənətnaibüssəltənə fərmanfərmayi- məmləkəti- Azərbaycan nəvvab Bəhmən Mirzəyə keçdi.Bəhmən Mirzə atasının vəfatından xəbərdar olub, təntənə ilə Təbrizədən çıxıbTehran tərəfə rəvan oldu. Təbrizlə Tehranın arasında xəbər gəldi ki, NəsrəddinMirzə təxtisəltənəti qəsb edib, qoşun da tamamilə onun tərəfinə keçibdir. NəsrəddinMirzə əmr veribdir ki, Bəhmən Mirzəni tutub qolu bağlı onun hüzuruna gətirsinlərvə onun gözlərini çıxardacağına and içibdir. Bəhmən Mirzə əhvalatı eşitcəküstünə gələn adamlardan neçə nəfər və müqərrəblərini götürüb, qalanlarını dalaqaytarıb üzünü Rusiya tərəfə çevirdi. Neçə vaxt at sürəndən sonra yetişdi"Fitilbörgə" və birbaş getdi imperator Birinci Nikolayın yanına.Nikolay onu artıq məhəbbətlə qəbul etdi, onun həmişəlik Rusiyada sakin olmağınaicazə verdi və hər bir ildə ona otuz altı min rüblə maaş təyin edib, Rusiya şəhərlərindənbirisini özü üçün məskən intixab etməsini təklif etdi. Həzrət-vala nəvvab buŞuşa şəhərini məskən qəbul edib burada sakin oldu. Mənim mərhum atam da, Allahatanıza rəhmət eləsin, Bəhmən Mirzə ilə bahəm buraya gələnlərdən həzrət valanınkatibi və rəmmalı olubdur. Atamdan mənə çox ziqiymət kitablar keçibdir və okitabların cəhətincə mürəffəhülhal güzəran eləyirəm.

İçəri otaqlabizim aramızdakı qapı döyüldü. Mirzə durub gedib qapını açıb, oradan bir məcməyifisincan-plov gətirib qoydu ortalığa. Plovu yedik. Əlimizi yuduq. Mirzə özüqabları götürüb içəri apardı. Şamdan sonra yenə adama bir stəkan çay içdik.Orta qapı açıldı. Oradan İki əl uzanıb çarşaba bağlı bir dəst yorğan-döşəkotağa qoydu. Mirzə özü qalxıb mənim üçün yer salıb dedi:

- Gecəniz xeyrəqalsın, yatın, rahat olun, sübh danışarıq.

Mirzə öz əndərununagetdi, mən də soyunub yatdım. Sübh mirzənin içəri otaqdan gələn namazının səsiməni oyatdı. Durub libasımı geyib əyləşdim. Mirzə qapını açıb məni geyinmişgörüb, təəccüblə xəbər aldı:

- Siz əcəbsübhxiz imişsiniz!

- Bəli, adətimbelədir, - dedim. - Bəhalonki Tiflisdə saat ondan qabaq gözlərim açılmaz.

Mirzə dedi:

- Çox gözəl adətdir.Əbu Əli Sinanın buyurduğuna görə, sübh tez duran adamın canı saf olar.

-Düz buyurubdur. Belədir ki var.

Çaydansonra mirzə buyurdu:

-Yəqin dincinizi dürüst alıbsınız. İndi sizin məqsədinizdən söhbət edə bilərik.Siz yatandan sonra mən gedib "Tənbihil-qafilin" kitabını açıb mütaliəelədim. Bu kitabda cəhənnəmin tərifi və təsviri mükəmməl surətdə dərcolunubdur. Kitabın otuz yeddinci səhifəsinin yeddinci sətrində yazılıbdır: heçbir kəs qəbləlmevt cəhənnəmi görə bilməz. Fəqət bir nəfər adam filan ildə (bu sənənigöstərir) filan ayın filan günündə (haman günü göstərir) adı "T" hərfiilə başlanan bir şəhərdən, adı "Ş" hərfi ilə başlanan şəhərə, adı"Q" ilə başlanan müqəddəs bir şəxsin yanına gəlib, ondan cəhənnəmigedib səyahət etmək üçün əlac istəyəcəkdir. Məqsədinə də nail olacaqdır; çünkicəmi müşküllərin əlacı o şəxsdə və onun əlinə keçmiş "Cameül-dəvat"kitabında olacaqdır. O kitabın yetmiş yeddinci səhifəsində yazılmış nüsxə o şəxsinmüvəqqəti olaraq ölüb cəhənnəmə getməyinə səbəb olacaq. İndi, ağa can, o nüsxə budur: 1. Rübbisus - onmisqal, 2. Əfüyun - on misqal, 3. Əfrəfyun - beş misqal, 4. Tiryak - dördmisqal, 5. Zəfəran - beş misqal, 6. Aqərqərha - beş misqal, 7. Zəncəfil - beşmisqal, 8. Filfili-hİndi - üç misqal, 9. Əsəl - bəqədri-kifayə. Bu dərmanı ongün istemal edəndən sonra qəbzi-ruh olub, gedib cəhənnəmi səyahət edə bilərsiniz.Bu əczanı alıb gətirərəm və onları həvəngdə döyərək lazım olan dualarıoxuyaram. Əlavə lazımdır, bir dənə qara xoruz alınsın. Onu mən buradabağlayacağam və gecə haman xoruz birinci dəfə banladıqda dərmanları həvəngətöküb döyməyə başlayacağam. Sabah dərmanı özünlə götürüb Tiflisə apara bilərsinizvə orada axund Ağ Mollanın təhti-tərbiyəsində istemal etməyə məşğul olarsınız.Tamam on gündən sonra özünüzü başqa bir aləmdə görəcəksiniz - cəhənnəm aləmində.

Mən mirzədən xəbəraldım:

- Cənab mirzə,buyurun görüm, mənə cəhənnəmdə qalmaq neçə gün müyəssər olacaq?

Buyurdu:

- Hər cadının təsiriqırx gün olar. Qırx gündən sonra ayılıb özünüzü haman yatdığınız yerdə görərsiniz.Ancaq cəhənnəmin hər günü dünyanın qırx gününə bərabərdir.

- Cənab mirzə,sizin həqqi-zəhmətiniz nə qədər olacaq?

-Yetmiş yeddi manat yetmiş yeddi qəpik. Əlavə əczanın və xoruzun qiyməti. Siz əyləşinmənzildə, ya istəyirsiniz çıxın bir qədər şəhəri dolanın. Söz yox ki, günortanaharını da bir yerdə eləyəcəyik.

Şəhəribir qədər dolanıb, saat on İkidə azan səsi eşitdim, bir qoca kişi məkruh səsləazan oxuyurdu. Mənzilə qayıdıb Mirzə Qoşunəliyə bu sualı verdim:

-Cənab mirzə, Qarabağda başqa şey yox isə də, yaxşı xanəndələr var. Qafqazın hər yerinə getsən, orada xanəndəni,tar çalanı, kamança çalanı, zurnaçını qarabağlıdan görəcəksən. Bəs necə olurki, özünüz üçün xoşsevt azançı tapmayırsınız? Tiflisdə də azançı var. Həmişəazanı şur üstündə oxuyur. Gəncədə də azançı başlayıb azan verəndə ruslar, ermənilərdayanıb onun azanına qulaq asırlar. Hətta Gəncədə belə danışırdılar ki, İki nəfərerməni azançının səsindən mütəəssir olub, islamı qəbul ediblər.

Mirzəbu sözü eşitcək ucadan bir salavat çevirib dedi:

-Doğru buyurursunuz. Qarabağ xanəndə mədənidir. Buradan neçə nəfər adlı xanəndələrçıxıbdır. Məsələn, Hacı Hüsü, Məşədi Isi, Həsəncə, Qaryağdı oğlu və sairələri.Gözəl səs sahibi cavanlarımız yenə var. Ancaq dərd budur ki, cavanlarımızdaislam ruhu qalmayıb. Bir nəfər namaz qılanı, oruc tutanı yoxdur. HamısıAllahdan üz döndəriblər. İndi kimə demək olar ki, sən qışın çilləsində, gecəyarısı get çıx minarənin başına, orada azan ver? Bunu, bu əyyamın cavanları qəbuledərlərmi? Amma bizim azançımız Hacı Tağı dindar bir adamdır. Onun İndi yaşı həştaddanötübdür. Bu həştad ilin altmışını azançılıqda keçiribdir. Və deyir canımağzımdan çıxınca azan verəcəyəm.

-Ona maaş nə verirlər?

-Maaş çox deyil, mövqufatdan ayda onun üç manat məvacibidir.

-Üç manatla onun məişəti necə keçir?

-Hacının özgə mədaxil yerləri də var. Birincimədaxil hamamlardandır. Bizim hamamlar sizinkilərə oxşamaz. Mən eşitmişəm,sizin hamamlarda qüsl üçün hovuz yoxdur. Divarlarda samovar qurnasına oxşar birşey qoyubdurlar. Onun altında da çimən yəqin pak olmayacaq. Bizim hamamlarınIran qaydası böyük hovuzları var ki, adına xəzinə deyirlər. Hər müsəlmanhamamın içinə girdikdə gərək qabaqca xəzinəyə daxil olub orada bir neçə dəqiqəbədənini isitsin. Sonra çıxıb, canını kisələdəndən sonra dübarə hovuza daxilolub, qüsli-cənabət eləsin. Hər hamama vaxtına görə gündə otuz adamdan yüzadamadək gəlir. Arvad hamamları həftədə bir dəfə açıq olduğundan oraya neçə yüzarvad dolur. Hər bir xəzinəyə girib-çıxan yəqin orada bir qədər canının çirkindənqoyur. Hamam boşalıb gecə xəzinənin suyu durulandan sonra üzərində əlqalınlığında piy durur. Bu piyi suyun üzündən alıb təmizləmək lazımdır. Bu daazançı Hacı Tağının vəzifəsidir. Hər sübh azandan sonra hamamları gəzib həryerdə xəzinənin üzünün piyini yığır. Şəhərdə yeddi-səkkiz hamam var. Hərbirisindən gündə iki şahı pul alır. Bu da onun gün ruzusuna kifayət edir.

Hacı Tağınınikinci maaş pulu budur: hacı şəhərin əhalisini səğirənkəbirən, ünasən-zükurənhamısını tanıyır. Odur ki, hər bir toya, təziyəyə, təkyəyə adam çağırmaq lazımolsa, bunu da Hacı Tağıya tapşırırlar. Hacı siyahını əlinə alıb, şəhəri dolanıbhamını dəvət eləyir. Söz yox ki, ziyafətdə özü də əyləşib iştirak edir. Həmişə ətəyininaltında da bir ləyən gətirib, onu da plovla doldurub evinə aparır. Əlavə hacı, əmələyi-mövtadansayılır. Hər ölünün qabağınca qəbiristana gedir, buna da bir haqq verirlər.Xülasə, hacının kefi kökdür. Yaxşı dolanır.

Mirzə əczanıalıb, bir qara xoruz da gətirib bağlamışdı və qabağına da bir qədər kişmişqoymuşdu. Səbəbini xəbər aldım, dedi:

- O xoruza bugün başqa şey yedirtmək olmaz. Kişmiş dənələrinə xüsusi dualar oxunubdur.

Süfrə salındı.Dalınca süfrəyə duz, çörək və dolma gəldi. Mirzə üzr istəyib dedi:

- Plovu inşallahaxşam yeyərik.

Axşam zamanımirzə məni tək qoyub dedi:

- Siz burada əyləşin,mən gərək xoruz banlayınca covşən-kəbir və məntər oxuyam.

Axşam saat onradələrində xoruz səslənənədək içəridən həvəngdəstənin səsi gəldi. Bir azkeçmiş mirzə daxil olub, bir şüşə içində dərman gətirib dedi:

- Buyurun,hazırdır.

Bir qədər söhbətedib, plov yeyib yatdıq.

Sübh durub mirzəyəyüz manat verib xudahafiz elədim. Mirzə bir məktub da Ağ Mollanın adına yazıbbuyurdu:

- Burada lazımolan adabı yazmışam. On gün ki, siz dərman istemalına məşğul olacaqsınız, o gərəkgecə və gündüz sizin yanınızda olsun.

Mirzədən razılıqedib, yenə haman yolla Tiflisə qayıtdım. Tiflisdə Ağ mollanı tanımayan bir nəfərtapılmazdı. Çünki onun mənzili vaqe olan Sumbatov küçəsini Tiflisin tamamcavanları tanıyırdı. Bu küçə bir vaxtında Tiflis cavanlarının oynağı idi. Evlərinhamısında sübhədək piano çalınıb, qızlar və cavanlar "matçiş"oynardılar. Sonra hökumət, cavanların göz yaşlarına baxmayaraq, bu evləribağladı. İndi bu küçədə Ağ Molla yaşamaqdadır. Ağ Mollanı nəinki müsəlmanlar,tamam Tiflisin gürcüləri, erməniləri və rusları da tanıyır. Evi hər gün axşamadəkonun yanına ziyarətə gələnlərlə dolu olur. Gələnlərin çoxusu qadınlardır.Kimisinin əri qaçıb - onu qaytarmaq istəyir, kimisi duldur - ərə getmək istəyir,kimisi filan oğlana özünü sevdirmək üçün cadu yazdırır. Ürəkkeçməsi olanlar,baş ağrısına mübtəla olanlar, bir para xəstəliklərə tutulanlar hamısı AğMollanının duası ilə məramlarına çatmaq istəyirlər.

Gecə evdə dincəlib,səhər getdim mollanın xidmətinə. Qəbul otağı qadınlarla dolu idi.Qulluqçusundan Mirzə Qoşunəlinin məktubunu göndərdim. Məni o saat içəriçağırdı. Əhvalatı müfəssəl söylədim. Soruşdu ki, bəs mirzə sizə verdiyi dərmanınnədən və nə əczadan əmələ gəldiyini buyurmadı?

Cavabında dedim:

- Mənim yanımda əczalarınadlarını bir-bir oxudu, ancaq unutmuşam.

Çox əfsus edibbuyurdu:

- Bu dərmanınsirrini ondan savayı dünyada bir kəs bilməz. Bunu keçmişdə Mir Damad və Xacə Nəsir-Tusibilərlərmiş; onlar da bu xüsusda bir yadigar qoymamışlar. Bəhər-hal, mirzəninxahişinə görə, bu on günü sizinlə bir yerdə keçirərəm və mirzə göstərdiyiduaları oxuyaram. Ancaq gərək mənim zərərimi öhdənizə götürərsiniz. Sizgörürsünüz ki, mənim yanımda nə qədər adam var. Hər gün də belədir. Gərək gündəmənə əlli manat verəsiniz ki, on gündə beş yüz manat eləsin. Bir qədərdanışdıqdan sonra, axund cənablarını üç yüz manata razı elədim və şənbə günündənişə şüru etməmizə qərar verdik. Xudahafiz edib getdim. Şənbə gününə dörd günqalmışdı. Bu dörd gündə mən cəmi işlərimi yöndəmə qoyub dost-aşnalarlavidalaşıb əyləşdim mənzildə.

Şənbə günü səhəraxund gəldi. Mən dərmanı çamadandan çıxartdım. Bankanın ağzı açılanda ətirqoxusu evi başına götürdü. Mən bismillah deyib dərmandan bir qaşıq ağzımaqoymaq istədikdə axund dedi:

- Dayan!

Dayandım.

Buyurdu:

- Gərək bu saatgedib hamamda qüsli-cənabət edəsiniz. Hamamdan çıxıb dalınıza baxmayaraq evə gələsiniz.Evdə İki rükət hacət namazı qılandan sonra başlayıb dərmanı istemal edəsiniz. Məndə siz hamamdan qayıdınca burada Mirzə Qoşunəlinin məktubunda göstərdiyiduaları oxumağa məşğul olaram.

Hamamdan qayıdıbaxundu, həqiqət, kitab oxuyan gördüm. Sonra kitabı yumub, cibindən bir lüləkağız çıxardıb başladı onu oxuduqca açmağa. Bu dua eni bir çərək, uzunluğu birkilometr kağızın üzərinə yazılıb, bir ağac parçasının ətrafına sarınmışdı.Duanın adına "covşənkəbir" deyirdilər.

Axund buyurdu:

- Vaxtdır. İndibaşlayıb dərmanı tənavül edə bilərsiniz...

Dərmandan birqaşıq ağzıma qoyanda ağzım, sonra boğazım, axırda qarnım hamısı odlaşdı. Bu halətxüsusunda mirzə cənabları mənə izahat vermişdi. Ona görə də davam etdim.

Müxtəsəri-kəlam,doqquz gün gündə üç qaşıq bu dərmandan tənavül elədim. Onuncu günü dost-aşnanıcəm edib onların hüzurunda cəhənnəmə müşərrəf olmağımı lazım bilib hamısına xəbərelədim. Haman günü dost-aşna tamam cəm oldular və məndən xahiş etdilər ki, cəhənnəmdəhər nə görsəm onu yazıb bir dəftərçə bağlayam, ta dost-aşna oxuyub feyzyabolsun. Mən söz verdim. Sonra Axundla belə məsləhət gördük ki, mənim bədənimiqırx gün bir sandıq içərisində saxlasın və qırx gün tamam olduqda öz əli ilə gəlibsandığı açsın.

Axund buyurdu:

- Vaxtdır, uzan.

Itaət edibuzandım və axırıncı qaşıq dərmanı yedim. O saat gözüm qaraldı, başım gicəlləndi,məni yuxu tutdu. Birdən özümü bir böyük səhrada gördüm. Bildim ki, bu səhra cəhənnəmsəhrasıdır.

CƏHƏNNƏM

Səhranıngünbatan tərəfindən gördüm bir şölə asimana bülənd olub, işığı hər yeribürüyübdür. Üzümü şöləyə tərəf tutub getdim. Bir az gedəndən sonra məni cəhənnəministisi vurdu. Təəccüb burası idi ki, burnuma plov iyi gəldi. Yəqin etdim ki, cəhənnəmdəhamıdan çox yananlar plov yeyənlərdir. Isti gəldikcə artdı. Mən dayandım.Gördüm ki, hərarətin artıqlığından mənim üçün irəli getmək mümkün olmayacaqdır.

Birdən qulağımabir səs gəldi:

- Əyyühəlxortdan!Eşidibsən ki, "Kafir cəhənnəmə getməz, onu çəkə-çəkə apararlar". Getməsəndə aparacaqlar. Yaxşısı budur öz xoşunla gedəsən.

Bu sözü eşidən təkbaşladım yeriməyə. Dedim:

- Hərçibada-bad!

Mən cəhənnəmi həmişəBakının mədənlərinə oxşar bir şey hesab edirdim və çox vədə də deyirdim ki, cəhənnəmyəqin Bakıda olacaq. Neft quyularının hamısından alov göyə dirəklənəcək vəgünahkarları birbəbir təpəsi üstündə quyulara salacaqlar. Bir də mən belə hesabedirdim ki, cəhənnəm bir böyük şəhərdir, dəryanın kənarında düşübdür. Təmirathamısı oddandır. Yananlar istəyirlər ki, özlərini dəryaya atsınlar, bəlkə suonların əzabını azalda, amma olmur. Əziyyətləri birə iki də artır. Xülasə, hərnöv təsəvvür edirəm, amma heç birisi gördüyüm olmadı.

Cəhənnəm əvəzindəbir böyük əjdaha gördüm ki, onun yetmiş min fərsəng boyu idi və yeddi min fərsəngeni idi. Yetmiş min ağzı var idi, yetmiş min burnu, yetmiş min gözü və yetmişmin qulaqları var idi. Heyvanın ağzından, qulaqlarından və burunlarından alovdirəklənirdi. Bu halda gördüm, mənə tərəf bir kişi gəlir: arıq, uzun, boğazınazik, başı balqabaq boyda. Burnu qaraquş burnuna və saqqalı keçi saqqalına bənzəyir.Amma döşündə bir şiri-xurşid nişanı var. Və nişanın da ətrafında farsca bu sözləryazılmış: "Şor sudur, nə əhəmiyyəti var. Ver töksün atasının goruna".

Yazını oxuyan tək,kişini tanıdım. Yəqin qarelər hamısı tanıdılar. Tanımayanlar var isə, vəzirMirzə Ağa Asinin divanını oxusunlar, o saat tanıyarlar.

Kişidən xəbəraldım:

- Mərdəkə,burada nəmənə qayırırsan?

Dedi:

- Elə ölən gündənməni cəhənnəmdə odabaşı ediblər.

Dedim:

- Çox gözəl mənsəbdir,mübarəkdir.

Sonra xəbəraldım:

- Bu əjdahaburada nə qayırır?

Dedi:

- Qulaq vernağıl edim: xudavəndi-aləm ki cəhənnəmi xəlq etdi, onun hərarətindən göy odtutdu. Otlar, ağaclar, dəryaların suyu hamısı qurudu. Cəmi vühuş və teyur, insvə cins qaziyəlhacət dərgahına əl götürüb yalvardılar:

- İlahi, yandıq.Yaratdıqlarına rəhmin gəlsin.

Xudavəndi-aləm məxluqatınduasını eşitdi və bu əjdahanı yaradıb ona əmr etdi ki, cəhənnəmi udsun.

Əjdaha yalvardı,ərz elədi:

- Xudaya, mən nəgünah eləmişəm? Qəzəbini mənim üstümdən götür. Əjdaha bir də baxdı ki, başınınüstündə bir mələk, əlində oddan qamçı, dayanıb deyir:

- Ud cəhənnəmi,ey Allahın heyvanı! Xudavəndi-aləmin əmrindən boyun qaçırmaq olmaz!

Əjdaha itaətedib cəhənnəmi çəkdi kamına. Əjdaha cəhənnəmi udandan sonra onun içərisibaşladı alışıb yanmağa. Əjdaha ilan dili çıxardıb yalvardı:

- Allah, yandım,mənə rəhm elə!

Xudavəndi-aləminəjdahaya rəhmi gəlib, əmr etdi ki, ilin altı ayını nəfəsini çölə versin və altıayını içəri çəksin. Odur ki, əjdaha nəfəsini çölə verəndə bahar və yay olur, içəriçəkəndə payız və qış olur. Bir para sarsaqsarsaq kitablarda yazırlar ki, nəbilim ay belə gedir, gün belə gəlir, yer dombalaq aşır. Bunlar hamısı axmaqsözlərdir. İndi gözünlə görüb yəqin edə bilərsən.

Dedim:

- Bəli, görürəm.Mən bu sözləri dünyada da eşitmişəm. Bizim şəhərə İrandan bir axund gəlmişdi. Məktəbaçıb şəhərin uşaqlarına dərs verirdi. Axundun adını unutmuşam. Ancaq yadımdadırki, məktəb uşaqları onun adını Molla Həmmami-Zənanə qoymuşdular. Mən bu sözlərio büzürgüvarın dilindən, minbərdən eşitmişəm. Görünür, axund düz buyururmuş.

(ardı növbətisayımızda)


TƏQVİM / ARXİV