adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

XORTDANIN CƏHƏNNƏM MƏKTUBLARI

ƏBDÜRRƏHİM HAQVERDİYEV
24949 | 2017-10-04 16:35

-Pasport, filan?

Dedi:

-Heç bir şey lazım deyil. Sən görən polis burada yoxdur.

Qapınıaçıb məni içəri saldı. Bəli, vasilolduq cəhənnəmə. Allah cəmi arzısında olan mömin, müqəddəs qardaşlara qismət eləsin.

Cəhənnəm, nə cəhənnəm!Tamaşası cəmi dünyaya dəyər. Onun müqabilində nə teatr, nə kəndirbaz, nə qoçdöyüşməsi, nə dəvə güləşməsi, nə xoruz və bildirçin döyüşməsi, nə mütrüb oyunu,nə qoçular atışması... hamısı bu tamaşanın müqabilində heç yerindədir. Butamaşanı görən, yəqinimdir ki, Sultan Həmidin mövləvi təkyəsinə etina etməyib,yanından gözüyumulu ötər.

Bilirəm oxucularinanmayacaqlar, deyəcəklər:

- Xortdan gedibcəhənnəmə, oradan ağzına gələn hədyanı yazır. Cəhənnəm nədir, tamaşası nə ola?

Mən oxucularımıinandırmaq üçün bir neçə möhkəm and içməyə hazıram. Ancaq Qurana and içməyəcəyəm.Inanmazsınız; çünki müsəlman ki Qurana and içdi, yəqin edin ki, yalan deyir. Mənimandlarım möhkəm andlardır. And olsun Cəfərqulu xanın övladının ağızlarınıntüpürcəyinə, and olsun Topal Seyidin barmağının qanına, and olsun deşikliağaca, qazaq qəbrinə, Xəlifəli ocağına, cındırlı pirə, Cicim ocağına, öskürəkpirinə, and olsun Xorasan mütəvəlli başçısının anbarından çıxan şərab küplərinə,İmam Cümənin buğda anbarına, Bala keşişin tasına, Mirzə Qoşunəli Təbrizininçarıqlarına, dərviş Qırışmalqulunun dişsiz əfilərinə, yazdığım sözlərdə bir hərfqələt yoxdur; hamısı haqq sözlərdir.

Burada bir haşiyəyəehtiyac göründü: oxucularımı dürüst inandırmaq üçün yuxarıda göstərdiyim müqəddəsşəxslərdən və məqamlardan bir az izahat vermək istəyirəm.

1. XAN TÜPÜRCƏYİ

Qarabağ xanıİbrahim xanın Cəfərqulu xan adlı bir oğlu var idi ki, adına tarixi-ədəbiyyatda"Yekəpər" deyirlər. Cəfərqulu xanın əlində belə bir qüvvət var imişki, bir əli ilə at nalını ikiqat elərmiş. Ya mis pulu barmaqları ilə sürtübyazısını silərmiş. Əlavə, xanın sporta böyük həvəsi var imiş. Məsələn, İrandanadlı pəhləvanları yazıb gətirdib küşti tutdurmaq, dəvə güləşdirmək, itboğuşdurmaq və sair belə ürəkaçan işlər. Əlavə, xan cənablarına bir vergiverilmişdi: əgər qudurmuş it dalamış adamın ağzına tüpürə idi, o saatsalamatlığa çıxardı. Daha həkim, Paster xəstəxanası, filan lazım deyildi. Xanınvəfatından sonra bu qabiliyyət oğluna keçmişdi. İndi də nəvələri bu işlə məşğuldurlar.

2.TOPAL SEYİD

Buşəxs Ağdam dairəsində olur. Bu da xan kimi, qudurmuş it tutanlara müalicə edir;ancaq naxoşların ağızlarına tüpürmür. Bir qətrə mübarək barmağının qanından çörəyəsürtüb naxoşa yedirdir; həmin saat bəla ondan rəf olur. Bir neçə il bundan əqdəmbizim kənddə bir cavan oğlanı qudurmuş it dalamışdı. Mən ona Tiflisdə Paster xəstəxanasınagetməyi məsləhət gördüm. Mənim təklifim ətrafdakıların və naxoşun qardaşınınxoşuna gəlməyib, onu topal Seyidin ocağına göndərdilər.

Naxoşunqardaşı deyirdi:

-Tiflisə gedib-gəlmək bir dünya xərc götürər. Cəmi bu yerlərin naxoşları əlaclarınıTopal Seyiddən alırlar. Atını minib gedər Seyidin qulluğuna, bir-iki manat nəzirverməklə salamatlığa çıxar.

Elədə elədilər. Bir altı həftə keçməmişdi, eşitdim naxoş vəfat edib.

Təziyəsinəgedib, qardaşını məzəmmət elədim, dedim:

-Gərək mənim sözümə baxıb onu Tiflisə göndərəydin.

Dedi:

-Yox, ona əlac olmayacaq idi. Çünki Seyidin qulluğuna etiqadla getməmişdi.

Əlbəttə,etiqad böyük şərtdir.

3.DEŞİKLİ AĞAC

Bumücərrəb pir Ağdam dairəsində Qasımlı kəndində vaqedir. Bu ağacdan iki şaxayrılıb. Sonra baş başa qaynayıb bitişiblər. Araları açıq qalıbdır. Bu pir,övladı olmayan qadınların qolundan tutur. Cümə axşamları övlada ehtiyacı olanbacılar bir qədər fəsəli bişirib, özləri ilə götürüb, deşikli ağacın yanınagedirlər. Fəsəlini füğərayə paylayandan sonra, övlad arzısında olan qadınağacın deşiyindən keçir. Deyildiyinəgörə, mətləbinə nail olur. Əgər qadınlardan birisi ağacın deşiyindən keçə bilməsəhəmişəlik özündən naümid olub, məyus evinə qayıdır.

4. QAZAQ QƏBRİVƏ XƏLİFƏLİ OCAĞI

Bu iki müqəddəsməkan Şuşa şəhərinin biri şimalında, o birisi isə qərbində vaqedir. Bu yerlərdəbayramqabağı, dürüst, ilin axır çəharşənbəsində uşaqların çilləsini kəsdirirlər.Çillə kəsdirmək bundan ibarətdir: uşağın iki əlinin baş barmaqlarını iplikləbir-birinə bağlayıb, sonra ipliyi qayçı ilə ya bıçaqla kəsirlər. Çilləsi kəsilənuşağa bir ilin müddətində heç bir afət toxunmaz. Çillə gərək şəhid qəbri üstündə,yəni əldə ölmüş bir adamın qəbrinin üstündə kəsilsin. Qədim zamanlarda, təxminənyüz il bundan əqdəm, bir nəfər qazağı hərbi məhkəmə qərarına görə gülləyiblər.O vaxtdan həmin qazağın qəbri çillə piri olubdur. Amma şəhərin camaatının əksəriXəlifəli ocağına gedir.

Hətta belə dəbir rəvayət var: İlin axır çəharşənbəsində, yəni novruz bayramından bir neçəgün qabaq Molla Pənah Vaqif özünün Saatlı məhəlləsində vaqe məktəbində əyləşibŞuşa şəhəri əhalisinin balalarına dərs verirdi. Bir də baxdı ki, məktəbinqabağından böyük bir izdiham gedir. Qabaqda əli ağaclı fərraşlar, camaatı oyan-bu yana qovurlar. Bir nəfər şəxs əlində gümüş qəlyan, yanında birisi, əlindəbir manqal dolusu köz. Əlavə neçə faxir geyinmiş adamlar. Xülasə, bir padşah cəlalı.Vaqif bu vaqiənin nə olduğunu xəbər alanda deyirlər ki, bəs Qarabağ xanıİbrahim xan Xəlifəli ocağına çilləsini kəsdirməyə gedir. Vaqif orada nə fikrəgedirsə götürüb bu şeri yazıb xana göndərir:

Bayramoldu, heç bilmirəm neyləyim,

Bizimevdə dolu çuval da yoxdur.

Düyiləyağ hamı çoxdan tükənmiş,

Ətheç ələ düşməz, motal da yoxdur.

Allahabizmişik naşükür bəndə,

Birsöz desəm məni qoymazlar kəndə.

Elbatıb noğula, şəkərə, qəndə,

Bizimevdə axta zoğal da yoxdur.

Bizimbu dünyada nə malımız var,

Nədə evdə sahib-camalımız var.

Vaqif,öyünmə ki, kamalımız var,

Allahaşükür ki, kamal da yoxdur.

Xanınşeirdən çox xoşu gəlib, Vaqifi yanına apardır. Vaqifin ağlına, kəmalına, şirindanışıqlarına bənd olub onu həmişəlik yanında saxlayıb, ənqərib vəzirlik mənsəbiniona verir. Odur ki, Qarabağda xanlığı İbrahim xan idarə etməyib Molla PənahVaqif edirdi. Ona görə də deyiblər: "Hər oxuyan Molla Pənah olmaz".

5.CINDIRLI PİR

Buda dağdağan ağacıdır ki, Qarabağ tərəkəmələrinin yaylaq yolunda vaqedir. Hərbir dərdi olan bu ağaca nəzir edib, ona bir əsgi parçası bağlayır. Övladıolmayanlar əsgidən bir balaca yüyürük qayırıb, ağacdan asıb özlərinə övlad istəyirlər.Bir ildən sonra nəzirləri qəbul olanlar, haman ağacın dibində qurban kəsirlər.

6.ÖSKÜRƏK PİRİ

Bupirin kəramətinin nədən ibarət olduğu adından anlaşılır. Bu pir bir hündürqayadır ki, Nuxa şəhrinin yanında düşüb. Analar göy öskürək tutmuş balalarını oqayanın başına çıxardıb, torpağından bir qədər suya qarışdırıb naxoşa içirdirlər.Deyildiyinə görə, naxoşluğu oradaca rəf olur.

7.CİCİM OCAĞI

Buocaq Zəngəzurda, Cicimli kəndindədir. Buraya da ilan çalanlar pənah aparırlar.Görənlər nəql edirlər ki, bu ocaqda ilanın sayı-hesabı yoxdur. Görürsən neçəsiçörək təknəsində, qab-qazanın arasında, taxçalarda qıvrılmış yatıblar. Ocaqsahibi oturduğu yerdə ilanlar gəlib onun dizlərinin üstündən o yan-bu yanaaddayırlar, ya qucağında qıvrılıb yatırlar. Evin qapısından daxil olanın birinə də ilan dəyməz.Vaxta ki bir şəxsi ilan çaldı, gərək fövrən atını minib Cicim ocağına çapsın.Adamı çalan ilan da, çalandan sonra Cicimliyə yüyürür. Əgər adam ilandan qabaqözünü ocağa yetirdi və onun türbətindən suya qarışdırıb içdi, əlbəttə, şəfatapacaq. Yox, ilan qabaqca özünü ocağa yetirərsə, ilan çalana əlac yoxdur.

Belə andlarıeşidəndən sonra gərək inanasınız.

İndi keçək mətləbə.

Cəhənnəm yerinyeddinci qatında bir böyük dağın ətəyində düşübdür. Bu dağın adına Kəmid dağıdeyirlər. Dağın dibi cəhənnəmdədir və başı Ərəbistanda Əsfəğan adlı bir yerdədir.Cəhənnəm özü yeddi təbəqədən ibarətdir. Əvvəlinci təbəqənin adına Cəhənnəmdeyirlər. Buraya ancaq müsəlman günahkarlarını salırlar. İkinci təbəqənin adınaLəza deyirlər; bu təbəqə tərsalar üçündür. Üçüncü təbəqənin adı Hətəmədir; bu təbəqədə yəhudilər üçün təyin olunubdur. Dördüncü təbəqənin adına Səqər deyirlər;buraya da əbrləri salırlar. Beşinci təbəqənin adını Səir qoyublar. Bu təbəqə dəsaibilər üçündür. Altıncı təbəqənin adı Cəhimdir; bura da müşriklər üçündür. Cəhənnəminaxırıncı təbəqəsinin adına Haviyə deyirlər.Bura da münafiqlər üçündür.

Necə ki,görürsünüz, xalis müsəlman məclisidir. Hər kəsin adına və libasına görə yerivar. Məsələn, qaydadır, yuxarı başa axundlar keçirlər. Onlardan aşağı bəylər əyləşirlər.Bəylərdən aşağı tacirlər, onlardan da aşağı xırdaxırda adamlar: əttar, baqqal,şkola müəllimi və sairləri.

Cəhənnəmin hər təbəqəsindəqırx üç dərə var. Hər dərənin yetmiş quyu kimi çuxur yerləri var. Hər çuxuruniçi yeddi yüz illik yoldur. Hər ili üç yüz altmış gündür. Hər bir günü dünyaillərinin min ilidir. Bundan əlavə, cəhənnəmdə bir quyu var, o quyunun adınaVeyl quyusu deyirlər. Yetmiş illik yol onun dərinliyidir.

Mən cəhənnəmədaxil olanda həmin quyunun təkindən bir "vay, dədəm vay" naləsieşitdim. Başımın tükü papağımı götürdü. Odabaşıdan xəbər aldım

- Bu nə səsdir?

Cavab verdi:

- Yetmiş ilbundan əqdəm bu quyuya bir adam atıblar. O adam ancaq İndi quyunun təkinə dəydi.

O adamın kimolduğunu xəbər alanda odabaşı dedi:

- Vallah, bilmirəmhansının adını deyim. Bu quyuya bir adam salmayıblar, İki adam salmayıblar, həddyox, hesab yox. Ancaq onu deyə bilərəm ki, bu quyuya vətən və dövlət xainlərinisalırlar. Məsələn, yəqin eşidibsən ki, neçə müddət bundan əqdəm İki dövlətarasında sərhəd qoymaq lazım gəldi. Bu dövlətlərdən birisi şərqli və o birisi qərbliidi. Hər bir tərəf sərhədə öz vəkillərini göndərmişdilər. Qərb vəkilləri şərqlilərintəbiətlərinə bələd olduqlarından, özləri ilə bir neçə nəfər Avropapaytaxtlarının küçələrində özlərini satan xanımlardan gətirmişdilər. Buxanımları öz arvadları adından şərq vəkilləri ilə tanış etmişdilər. Gündüz vəkillərlədanışırlar və gecələr də mühüm məsələlərin həlli üçün xanımları göndərirdilər.Bu tövrlə sərhəd məsələsi qərb vəkillərinin xahişincə həll olundu. Bu quyuya təpəsiüstündə salınanlar belə vəkillərdir.

Və yenə İkipadşahlığın arasında sərhəd məsələsi vaqe olmuşdu. Dövlətlərdən biri bir özgəvilayətdə olan səfirini belə işlərdə mahir bilib göndərmişdi. Bu səfir bir dənəparıldayan döş ulduzuna və bir həmayilə aldanıb bir çox böyük və gülüstana bənzərmülkü İki quru dağa dəyişibdir ki, üstündə dərman üçün bir göyərti tapılmaz.Belə adamları da Veyl quyusuna salırlar.

Əlavə, qədimhakimlərdən birisi xəbər tutubdur ki, qonşu hakim, çox müharibədən sonra birböyük padşaha təbiyyət edibdir. Hakim o saat atını minib birbaş çapıb, güclüpadşahın sərkərdəsinin qulluğuna gələrək, ərz eləyibdir ki, əgər sənin padşahınmənə yaranallıq versə, mən öz məmləkətimi ona bağışlaram. Əlbəttə, yaranallıq osaat verilib və zəif hakimin mülkü müftə alınıbdır. Amma lənət yalançıya, deyilənəgörə, hakim cənablarına yaranallıqdan savay İki stəkan şampanski də veriblər.Bu hakimi də təpəsi üstündə Veyl quyusuna salıblar.

Belə xəyanətkarlarxüsusunda Mirzə Riza xan Ərfəüddövlə bir yaxşı kitab yazıbdır. Əlbəttə,oxuyarsınız.

Mən həmişə beləgüman edirdim ki, qiyamətdə bizim okrujnoy sud kimi bir divanxana tərtib edib,hər vəfat etmişi gətirib o divanxananın qarşısında durğuzacaqlar. Onlardandünyada tutduqları əməllər haqqında sual verib, cavab istəyəcəklər. Hərçəndburada şahidə də ehtiyac yoxdur. Çünki xudavəndi-aləm öz bəndələrinin əməlləriniaydın görür. Əlavə hər bəndənin çiyinlərində İki nəfər kiramülkatibeyn deyilənmələk əyləşib. Onun günahlarını və savablarını yazır. Bununla belə, axundlarınbuyurmalarına görə, o məhkəməyə həm şikayətçilər, həm də şahidlərçağırılacaqlar. Müctəhidi-ələm cənab şeyx Əhməd Bəhreyninin rəyinə görə, oşahidlərin içərisində heyvanat və cəmadat da olacaq. Məsələn, bir nəfər birdüşməni tüfəng və ya xəncərlə vurub öldürüb. Qiyamətdə haman tüfəng və xəncər gəlibşəhadət edəcəkdir. Və yenə haman büzürgvarın xəbərinə görə, heyvanat həmçinin şəhadətəcəlb olunacaqdır.

Məsələn, tutaqki, bir bulaq kənarında neçə nəfər yoldaş bir quzu kəsib istirahətlə kababyeyib, şərab içən vaxt aralarında bir qiylü-qal düşür. Yoldaşlardan birisivurub o birisini öldürür. Qiyamət məhkəməsinə haman əti yeyilən quzu gəlib deyəcəkdir:

- Bəli, mənim ətimyeyilən vaxt filankəs vurub filankəsi öldürdü.

Mən bu etiqaddaolub, fikir edirdim ki, bu məhkəmədə Əzrail prokurorluq və hər peyğəmbər öz ümmətininadvokatlığını edəcəkdir. Danışıqdan sonra məhkəmə əzası qərar çıxardıb hər kəsinharaya göndərilməsini təyin edəcəkdir: ya behiştə, ya cəhənnəmə, ya ərəfata.Amma belə deyilmiş.

Qiyamətə gələnlərinhamısını, bir körpü var, onun üstündən keçməyə məcbur edirlər. Bu körpününadına Püli-Sirat və bizim dildə "Qıl körpüsü" deyirlər. Bu körpüqıldan nazik və ülgücdən itidir. Hər qiyamətə gələni gətirib, körpünün başındadayandırıb, əmr edirlər ki, körpüdən keçsin. Əhli-savab qırğı kimi yüyürübkörpünün o biri tərəfinə keçir. O ki əhli-günahdır, İki qədəm qoyduqdan sonraguldurum-gurp təpəsi üstündə gedir cəhənnəmin təkinə.

Odabaşı söyləyirdi:

- Bu körpüdənyıxılanların adlarını eşitsən, ayağının altından yer qaçar.

Məsələn, buradabir şəxs uçdu ki, onun dalında tamam İran və Qafqaz müsəlmanları namazqılırdılar. Əmirəl-möminin xalis şiələrindən, adı da gərək ki, Molla Ağa Dərbəndiidi.

Bunu eşidən tək,həqiqət, yer ayağımın altından qaçdı. İstədim inanmayam. Sonra fikir etdim: bukişi bitərəf adamdır. Buna nə düşübdür ki, yalan danışsın və yalan danışmaqdanonun mənzuru nə ola bilər? Heç bir şey! Aman, xudaya! Molla Ağa Fazili-Dərbəndiqıl körpüdən uçandan sonra, bizim tək günahkar bəndələrə nə qulaq quşqunu MollaAğa Fazili-Dərbəndini kim tanımır? Cəmi üləma, sadat, rövzəxanlar onun adınıehtiramla çəkirlər. Birdən belə iş? Osmanlılar deyirlər: "Böyükiftizah"

Molla AğaFazili-Dərbəndi kimdir? Cəmi mərsiyəxanların mürşidi, ağköynək olub başyarmağın, zəncir vurmağın, bədənin dərisini yırtıb oraya qıfıl, palanduz, sümbə,kotan dəmiri taxmağın binasını şiələr arasında qoyan belə böyük və müqəddəsvücud. Belə də iftizah?! Allah ölənlərinizə rəhmət eləsin. Mənim rəhmətlikbabam, Molla Ağanı Təbrizdə görmüşdü. O, belə nağıl edərdi:

- Aşura günü mənTəbrizdə idim. Ərk adlanan topxana meydanında iynə atsaydın yerə düşməzdi. Təbrizəhalisi ünasən və zükurən oraya cəm olmuşdu. Deyirlər ki, gələn camaatı məscidtutmadığından, Fazili-Dərbəndi meydanda mərsiyə oxuyur. Birtəhər camaatı yarıbözümü irəli verdim və baxıb nə gördüm: Fazil meydanın ortasında başı açıq,qurşağadək çılpaq əyləşib. Sağ tərəfində bir təşt palçıq və sol tərəfində bir səbətsaman. Bir əli ilə sifətinə, başına, sinəsinə palçıq sürtür və o biri əli ilə dəsaman tökür başına. Kənardan baxana bir taya saman kimi görünür. Camaatınhönkürtüsü, "ağa vay" naləsi göyə çıxır. Bir də baxdım ki, bir nəfərqarabağlı xəncəri çəkib soxdu öz qarnına və o saat canı çıxdı.

Fazili-Dərbəndibu haləti görüb ucadan qışqırdı:

- Əyyühənnas, hərkəs bacarır özünü bu xalis şiə kimi İmam yolunda qurban versin. Onun ruhu busaat behiştdə peyğəmbərin öz qulluğundadır.

İranın şəhərləribirbəbir Fazili qonaq çağırırdılar. Ağa şəhərə yaxınlaşanda tamam şəhər onuistiqbal edib, salavatla şəhərə gətirib ən zəngin bir tacirin evində mənzilverirdilər. Neçə gün plov qurşağa çıxırdı; gecələr də ki, ağanın qulluğuna siğəüsulu ilə cavan qızlardan gətirib təbrik edirdilər. Axır, ağa Tehrana gəlməlioldu. Tehranda bir nəfər İkiayaqlı qalmadı. Hamı şəhərdən çıxdı. İş bir məqamayetdi ki, Nəsrəddin şah özü də Fazili-Dərbəndinin istiqbalına çıxmağa məcburoldu. Fazil yetişib faytondan düşən tək şah qabağa yeriyib İki əlini ona tərəfuzatdı. Fazil dala çəkilib əlini gözlərinin üstünə qoydu, diqqətlə şahın üzünəbir neçə saniyə baxıb buyurdu:

- Qayçı gətirin!

Camaat əhvalatdanbir şey anlamayaraq, dayanıb tamaşa edirdi. Qayçı gətirdilər. Fazil qayçınıalıb şaha tərəf yeridi və dedi:

- Sənin bığınınqabağı gərək alınsın. Çünki sənin yeyib-içdiyin hamısı haramdır. Həmçinin səninləmülaqat da haramdır.

Bunu deyib öz əliilə Nəsrəddin şahın bığının qabağını qayçıladı. Bu keyfiyyət şaha çox toxunsada, heç cavab vermədi. Neçə gün Fazil Tehranda istirahət edəndən sonra şah tərəfindənona bir fincan qəhvə gətirib içirtdilər. Və qəhvəni içən tək ağa daribəqayarehlət buyurdu. Sübh, Fazili-Dərbəndinin ficətən vəfatının xəbərini Tehran əhalisinəyetirdilər. Camaat görünməmiş bir təntənə ilə onun nəşini aparıb, Tehranın qəbiristanlığındadəfn etdi.

Odabaşı üləmadançox adamın adlarını çəkdi. Ancaq bir Fazili Dərbəndidən danışmaq kifayətdir.

Günahkar cəhənnəmədüşən kimi Qəllaz və Şəddad adında məlaikələr, rus qazaxları, əlsiz-ayaqsız füqəranınüstünü alan kimi onun üstünü alıb, başlayırlar onlara odlu taziyanələrləvurmağa və zəncir bağlayıb odun içində sürüməyə. Bu məlaikələrin yetmiş min köməkçiləri- türküsü - qorodovoyları var ki, hər birisinin yetmiş min əli və hər əlindəyetmiş min barmağı var. Bunlar da hər tərəfdən tökülürlər günahkarların üstünə.Bəziləri onların saqqallarını yolurlar, bəziləri ətlərini didirlər, bəzilərisümüklərini sındırırlar.

Xülasə, nə ərzedim. Lap bizim qorodovoylar kimi! Mən bu yetmiş min əlli məlaikəni görəndədedim:

- Nə yaxşıolardı bunların birisini Rusiya vəzirləri şurasına sədr edəydilər. Əgər gündə hərəli ilə bir inqilabçı tutub boğazından asdırsa, İki aydan sonra Rusiyada qurdquzu ilə otlayar. Nə dum lazım olar, nə mum. Hərçənd bunun, Şuşa uyezdinaçalniki Gerasimov tək şəxslərin ciblərinə ziyanı var. Çünki ondan sonra dörd minmanat çıxan deşiklər hamısı tutular.

(ardı var)


TƏQVİM / ARXİV