adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
04 Oktyabr 2017 16:02
11607
GÜNDƏM
A- A+

Müəllimləri aşağılayan reklam

"Əli və Nino” kitab şəbəkəsinin Müəllimlər günü ilə əlaqədar paylaşdığı reklam posteri sosial şəbəkədə tənqid olunub.

Adalet.az-ın məlumatına görə buna səbəb posterdə təsvir olunan müəllim obrazının açıq-saçıq görkəmdə olmasıdır.

Belə ki, posterdə təsvir olunan müəllim, geyimi və davranışı ilə müəllimdən çox pornoaktrisaya bənzəyir. İstifadəçilər bu reklamın elmə, biliyə çağırışdan çox əxlaqsızlığa səsləməsi fikrini irəli sürüblər.

P. S. "Əli və Nino" kitab şəbəkəsinin Müəllimlər günü ilə bağlı belə bir reklam yayması utanc vericidir.