adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Oktyabr 2017 14:31
16164
DÜNYA
A- A+

PUTİNDƏN KİPR AÇIQLAMASI

Rusiya prezidenti Vladimir Putin xarici ölkələrin təyin olunmuş yeni səfirlərinin etimadnaməsini qəbul edərkən Kiprlə bağlı bir açıqlama verib. Bildirib ki, Kipr məsələsi BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qərarlar əsas götürülərək çözülməlidir. Çox gözəl.

Elə isə, BMT TŞ-nın Ermənistan qoşunlarının işğal etdikləri Azərbaycan torpaqlarından qeydsiz, şərtsiz çıxarılması ilə bağlı qəbul olunmuş 4 qətnaməsinə niyə əməl edilmir? Hansı ki qəbul olunan həmin o qətnamələrin altında Putinin prezidentliyini yapdığı Rusiya dövlətinin də imzası var.

Deyirəm, adam qorxmaya Putinə belə bir sual ünvanlaya, amma ortada Lavrova sual verən gözü çıxmış jurnalist həmkarımız var.