adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Oktyabr 2017 14:26
13601
MƏMLƏKƏT
A- A+

MƏKTƏBDƏ BUDDA KEÇİLSİNMİ, KEÇİLMƏSİNMİ?!

Neçənci sinifdəsə şagirdlərə müxtəlif dinlər haqqında məlumat xarakterli dərslər keçirilir: islam, xristianlıq, yəhudilik və buddizm. Burda da heç bir pis şey yoxdu. Məsələ nədi?

Baxıram ki, bəzi ziyalılar şagirdlərə Budda haqqında məlumat verilməsinə, dərs keçilməsinə etiraz edirlər. Və tələb edirlər ki, dərslikdən Budda çıxarılsın. Niyə? Əvvəla, dünyada bütün dinlər xoşməramlıdı, eləcə də Budda. Niyə xristianlığı, yəhudiliyi, islamı tərifləmək, onların xoşməramlı olduğunu şagirdlərə aşılamaq olar, buddizmi yox? Niyə şagirdlər dünya əhalisinin 1/3-nin sitayiş etdiyi buddizm haqqında məlumatsız qalsınlar?

Bir türk taprixçi alimi (gərək ki Yusuf Halaçoğlu idi) buddalar haqqında çox qəribə bir açıqlama vermişdi. Dünyada 124 min peyğəmbər olub, onlardan yalnız 34-mü, ya da 36-nınmı adı bizə məlumdu. Rəqəmi dəqiq bilmədiyimiə görə üzr istəyirəm, bəs digərləri?

Tarixçi alimin açıqlamasına görə, buddalar da həmin xalqlara göndərilmiş peyğəmbərlərdilər. Onlar rəhmətə gedəndən sonra insanlar həmin peyğəmbərlərin heykəllərini yonmuşlar və onlara sityaiş etmişlər. Nə qədər həqiqətdi, təbii ki, təkcə Yaradan bilir.

Yəni ayrı-seçkilik salmaq lazım deyil.