adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
04 Oktyabr 2017 14:24
13912
İDMAN
A- A+

PUTİNDƏN FUTBOL ZARAFATI

Gələn il Rusiyada keçiriləcək Futbol üzrə Dünya Çempionatı ilə əlaqədar Vladimir Putin geniş iclas keçirtdi. İclasda çox maraqlı bir məqam oldu. Rusiyanın futbol başqanı, adı dilimin ucundaydı, tüpürdüm yenə düşmədi, deyək ki, Rusiya futbolunun Rövnəq Abdullayevi, çıxışında dedi:

- Biz bütün dünyaya rus futbolunu göstərəcəyik.

Putin də ironiya ilə gülümsəyib dedi:

- Zenitin oyununa baxırdım, meydanda səkkiz əcnəbi vardı, iki rus, bir dənə də deyəsən yarım rus. Dünyaya belə göstərəcəksiz rus futbolunu?

Yadıma Fransa prezidenti Sarkozi düşdü. Demişdi ki, Fransa milli komandasının oyunlarını izləmir, çünki komandada fransız yoxdu.

Həmin dönəmdə də Fransa milli komandasında səkkiz qaradərili oynayırdı.

İndi deyəsən, əlli əlliyədi.