adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Oktyabr 2017 14:20
14463
DÜNYA
A- A+

TÜRKİYƏ ONLARI BİZƏ VERƏCƏKMİ?!

Dörd türk vətəndaşı sərhədlərimizi qanunsuz keçərək Xankəndinə gəlmiş, separatçı rejimin başqanı ilə görüşmüş, Qarabağı gəzmiş, yeyib-içib dərdləşmişlər və daha nə bilim hansı qələtləri eləmişlər. Ordan da gediblər İrəvana, cocuq qatili Sərkisyanla mırt vurublar, bir sözlə, Dağlıq Qarabağda separatçı rejimə dəstək olublar. İçlərindən biri də millət vəkilidi.

Və Azərbaycanın hüquq-mühafizə orqanları da bu şəxslər haqqında Cinayət Məcəlləmizin müvafiq maddəsi ilə cinayət işi qaldırıb və İnterpol vasitəsilə axtarışa verib.

ABŞ dövlət çevrilişinə cəhddə ittiham olunan nə Fətullah Güləni, nə də onun imamlarını Türkiyənin dəfələrlə müraciət etməsinə baxmayaraq, Türkiyəyə verməyib. Eləcə də Almaniya qardaş Türkiyənin kürəyinə xəncər saplayan namərd FƏTÖ-çuları bəh-bəhlə saxlayır. Bu da Türkiyə ilə həm ABŞ, həm də Almaniya arasında böyük gərginliyə səbəb olub.

İndi qardaş Türkiyə ABŞ-ın və Almaniyanın yolu ilə gedib Azərbaycana qarşı cinayət törətmiş şəxsləri qoruyub saxlayacaq, yoxsa qollarını qandallayıb Azərbaycana verəcək?!

Cavabı çox çətin sualdı.