adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
04 Oktyabr 2017 12:22
20869
ƏDƏBİYYAT
A- A+

Stalinə donuz deyən yazıçının həyat TƏHLİLLƏRİ










İngilis yazıçı Corc Oruellin həyat təhlilləri

İnsan təbii ki, yaşamaq istəyir, həqiqətən də ölüm qorxusundan ötrü həyatda qalır, amma eynən o zaman olduğu kimi, indi də şiddət nəticəsində və ya çox yaşlanmadan ölmənin daha yaxşı olduğunu düşünürəm


"Təxminən 900 kitabım varmış kimi görünür”

Oxumanın xərcləri, kitabları ödünc almaq yerinə satın alsanız və çox sayıda jurnala abunə olsanız belə tütün və içki içməyin toplam xərclərini aşmaz.


Kitablar, indiyə qədər ixtira edilmiş digər hər şeydən daha çox toz yaradar.

Hər milçəyin ölmək üçün seçim edəcəyi yer bir kitabın üstüdür. Kitabxanada çalışmağa başlayandan sonra kitab almağın başını buraxdım. Hər dəfə beş ya da on min kitabı bir yerdə gördükcə sıxılmağa, hətta bezməyə başladım. Kitablarla hər hansı bir münasibəti olmayan adam üçün bunun nə qədər pis olduğunun fərqinə varmır.

Yaxşı bir meydan və kifayət qədər sermayə verildikdə, hər bir təhsilli insan yaşamağını təmin edəcək pulu qazana biləcək gücdə olmalıdır.


Dindarların və əxlaqsızların təbii olaraq bir-birlərini tapdıqları bir gerçəkdir.


Əhəmiyyətli olan yaşamaq deyil, bacarmaq heç deyil. Əhəmiyyətli olan insan qalmağı bilməkdir.

Saxtakarlığın universal səviyyədə hakim olduğu dövrlərdə, gerçəyi söyləmək inqilabçı bir hərəkətdir.


Azadlıq - 2 dəfə 2-nin 4 olduğunu demək imkanıdır. Əgər bu qadağan olunmayıbsa, yerdə qalanları düzələcək.


Bəşəriyyət seçim qarşısındadır: azadlıq yoxsa xoşbəxtlik və böyük əksəriyyət üçün xoşbəxtlik daha üstündür.

Əgər məni səni sevməməyə məcbur etsələr, bax bu əsl satqınlıq olacaq.


Kimisə sevəndə, sadəcə sevirsən və ona verəcəyin heç bir şey olmasa da, yenə də ona sevgini bəxş edirsən.

Ola bilsin ki, tarixi kitablardakı hər bir söz - hətta açıq-aşkar qəbul etdiyin sözlər də xalis uydurmadır.