adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Oktyabr 2017 11:54
7776
GÜNDƏM
A- A+

Lütfi Zadənin qəbirüstü abidəsi necə olacaq? - AÇIQLAMA

Dünya şöhrətli alim Lütfi Zadə sentyabrın 29-da Bakıdakı I Fəxri xiyabanda torpağa tapşırıldı.

Görkəmli alimin qəbirüstü abidəsi nə vaxt hazır olacaq?

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov bildirib ki, hazırda qəbirüstü abidə ilə bağlı işlər gedir:

"Ümumi işlər başlansa da, bu istiqamətdə nələr edəcəyimiz hələ dəqiqləşməyib. Qəbirüstü abidənin hazırlanması hansı memara tapşırılacaq və ya bu abidə necə olacaq məlum deyil. Lütfi Zadə hələ bir neçə gündür ki, dəfn edilib. Bu səbəbdən hələ ki hər hansı layihə hazırlanmayıb. Lakin bu istiqamətdə müzakirələr gedir”.

Qeyd edək ki, alim sentyabrın 6-da ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişib. Mərhumun nəşi vəsiyətinə uyğun olaraq Bakıya gətirilib və Vətənində dəfn edilib. (modern)