adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
04 Oktyabr 2017 11:53
9405
GÜNDƏM
A- A+

Azərbaycanda daha çox kimlər zorakılığa məruz qalır?

Məişət zorakılığı ilə bağlı məlumat bankına toplanmış məlumatların təhlili göstərir ki, az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalırlar.

Adalet.az Trend-ə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məişət zorakılığı ilə bağlı elektron məlumat bankının təqdimatında çıxış edərkən deyib.

Onun sözlərinə görə, buna görə də qadınların, xüsusilə kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakı daha da gücləndirilməlidir: "Bu məqsədlə Komitə BMT-nin İnkişaf Proqramı ilə birlikdə işlər aparır. Araşdırma nəticəsində məlum olub ki, bir çox uşaqlar təhsildən yayınıb. Biz belə halların qarşısının alınması sahəsində preventiv tədbirləri daha da gücləndiririk. Zorakılığın qarşısının alınması Ailə İnstitutunun möhkəmlənməsi deməkdir. Məhz bu baxımdan zorakılığa məruz qalan ailə üzvlərinə psixoloji, tibbi, hüquqi yardımın göstərilməsi vacibdir".

H.Hüseynova bildirib ki, erkən nikahlar, gender əsaslı zorakılıq, məişət zorakılığı sahəsində hələ çox işlər görülməlidir.