adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
04 Oktyabr 2017 10:12
13305
MƏMLƏKƏT
A- A+

Qubada qarın yağması dayanmır

Quabada qarlı hava şəraiti davam edir. Bu barədə Quba rayonunun icra başçısı yanında Fövqəladə komissiyanın sədri Yusif Abidov məlumat verib.

O qeyd edib ki, hazırda rayonda yağan qarın hansısa fəsad törətmə ehtimalı yoxdur:

"Bu payız qarıdır. Hələ ki ciddi problem yaratmayıb. Rayonda qaz, işıq, su problemi yoxdur. Nəqliyyatın hərəkəti üçün də maneə yaranmayıb”.

Y.Abidov gecə saatlarında yağıntının intensivləşdiyini bildirib:

"Əsasən dağlıq ərazilərdə, Xınalıqda temperatur aşağıdır, qar nisbətən çoxdur. Bu da ərazinin dağlıq olması ilə bağlıdır”.(modern.az)