ÜRƏK HƏKİMİYLƏ ÜRƏK SÖHBƏTİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
63425 | 2017-10-03 17:45

ProfessorQalib Qarayevə gecikmiş etirafım


Həyatınmənim üçün yazılan səhifələrində onun da adı var. Özü də böyük hərflərlə yazılıb.Böyük və diqqətçəkən bir rənglə. Hardan baxsam o adı görürəm və kimdən soruşsamo adın sahibini tanıyır. Demək bu da ondan xəbər verir ki, yazılan səhifə elə-belə nəyinsə xatirinə deyil. Ömrünbir naxışıdı, ömrün bir anıdı. Özü də elə naxış, elə andı ki, o, südlə gəlib sümükləçıxacaq bir missiyanı daşıyır özüylə...

Bəli,mən onu tanımaqda, yəni üz-üzə dayanıb əlini sıxmaqda çox gecikmişdim. Kifayət qədərçox! Əgər indiki ağlım olsaydı, heç nəyə baxmazdım. Gedərdim, arayardım, tapıb sıxardıməllərini və deyərdim ki, sizi tanıdığıma, sizinlə tanış olduğuma və ən vacibi sizin insanlara şəfa verən əlinizisıxdığıma görə xoşbəxtəm...

Gecikdim. Lakin bugecikmənin mənə məlum olmayan səbəbini başqabir dostum, ağsaqqal qardaşım Şirxan Adıgözəlov qaldırdı ortadan. Günlərin bir günündəbiz üz-üzə oturduq və bir-birimizin şərəfinə xoş sözlər dedik. Bax, həmin o günümən fəhmlə duydum ki, gecikməyimə baxmayaraq,bu adı yaddaşıma yazdığım kimi, ömür yoluma da Tanrı qələmi yazıbmış. Özü də eləqələmlə yazıbmış ki, əvvəldə dediyim kimi, onu görməmək mümkün deyil...

Bu il barəsində sözaçdığım Qalib həkimin 70 yaşı tamam oldu.Onda da oturdum, düşündüm. İstədim ki, durubgedim qapısına - bir qom güllə, ya bir qələmlə, ya bir kitabla. Deyəm ki, hörmətliprofessor, dəyərli həkim, gəlmişəm Sizi təbrik etməyə. Amma yenə gecikdim... Budəfə gecikməyimin bircə səbəbi oldu. O da duyğularımın, ürəyimin hökmünü gerçəkləşdirməküçün uyğun məqam seçə bilməmək. Görünür, bu mənim şanssızlığımdı. Yaxud hardasaqəti qərar verə bilməməyimin nəticəsidir. Amma hər nədisə zənnimcə, bu, yaxşı biriş deyil. Əslinə qalsa, qəbahətdi. Boynuma alıram, etiraf edirəm. Ona görə də buyazını yazmağa başlayanda təqribən 2 ay düşünmüşəm. Necə yazım, hardan başlayım,hansı sözləri seçim... Axı, məclislərdə görüşüb-öpüşdüyüm, telefonla tez-tez narahatetdiyim, adının işığına uçduğum bir insanın barəsində yazı yazmaqdı istəyim...

Ataların bir müdrikkəlamı var. Həmin o müdrik kəlamda deyilir ki, "istəyin hara, mənzilin də ora".Mən bu kəlamı yazdığım yazıya bünövrə saymıram. Amma ipucu hesab edirəm. Çünki mənim qəhrəmanım da öz istəyinin dalınca gedibdi.Özü də onun yolu Füzuli rayonunun Qarğabazar kəndindən başlayıb. Onda 1947-ci ilidi. Sovet-alman müharibəsi yenicə bitmişdi. Adamların çöhrəsində təbəssüm olsada, təhnələri boş, problemləri isə həddindən artıq idi. Amma buna baxmayaraq, üz-gözlərindəki sevinc onlara ümid verirdi. Elə bir ümid ki, Qalibmüəllim o ümidin ətəyindən tutub gələcəkdiBakıya. Çünki həmin kənd məktəbini uğurla başavuran Qalib Qarayev qarşısına məqsəd qoymuşdu - həkim olacaqdı! Bunun üçünhəm onun iradəsi, həm də orta məktəbdə aldığı biliklər kifayət edirdi. Bax, istəyindalınca getmək, istəyin tuşlandığı mənzilə çatmaq da beləcə göyərdi, belə çiçəklədi,beləcə, qol-qanad açdı. Füzulinin rayon mərkəzindən çox da uzaq olmayan həmin oməşhur Qarğabazar kəndindən başlayan yol onu o vaxtkı Nəriman Nərimanov adına AzərbaycanDövlət Tibb İnstitutuna gətirib çıxardı. Həmin sevinci ailəsinin, doğmalarının,xüsusilə anasının və özünün necə yaşadığını, necə Tanrı duaları ilə dəyərləndirdiyiunudulmaz bir andı. Adətən kəndin ağır həyatını yaşayan, onun maraqlı, həm də hərdən adamı, xüsusilə uşaqları bezdirən təsərrüfatişləri orta məktəbi bitirənlərə "bu aləmdən qaçıb qurtarmağa" bir imkan yaradır. Təbiiki, həmin o "qaçanlar" ali məktəblərə qəbul olunanda və yaxud hansısabir uğurlu işin qulpudan yapışanda kənddə qalanlar da sevinir, bu işin sahibi olanlarda. necə deyərlər, sevinc sevincə qarışır. Bax, Qalib Qarayev də təkcə kəndin qayğılarındanqurtardığına görə yox, həm də öz istəyinə qovuşduğuna görə, müəllimlərini də, doğmalarınıda özü qədər sevindirə bilmişdi. Üstəlik,tələbə kimi də həm institut daxilində, həm onun hüdudlarından kənarda qazandığıuğurlar və bu uğurların xoş sədası kəndin mövzularından birinə çevrilmişdi. Hər kəs fəxrlə Qalib Şalonoğlu Qarayev məhz Füzulidə, özü də Qarağabazar kəndindən olduğunu fəxrlə dilə gətirirdi.Axı, ADP-nin tələbəsi olan Qalib Qarayev 1970-ci ildən SSRİ tələbələrinin müsabiqəsində"Ürəyin işşemik xəstəliyinin cərrahi müalicəsi" adlı eksperimental tədqiqatı ilə bürünc medal qazanmışdı.Bu da onu deməyə əsas verirdi ki, artıq Azərbaycan tibb elminin tarixinə bir izdüşürdü, bir ad yazılırdı. Artıq gün kimi aydın idi ki, Qalib Qarayev bu elmin ağrılı,amma şərəfli yolunda öz izini açacaq, öz sözünü deyəcək. Ona güvənənlər yanılmadılar.Qalib Qarayev çox qısa zaman ərzində öncə keçmiş Leninqrad şəhərində, sonra SSRİ-nindigər şəhər və paytaxtlarında özünün qarşısına qoyduğu məqsədə çatdığını sübut edənelmi müdafiələr, elmi titullar... sonra böyük dünyaya çıxışlar və nəhayət... bugünküəməkdar elm xadimi, tibb elmləri doktoru, Qalib Şalon oğlu Qarayev zirvəsi!..

Bu gün professorQalib Qarayevin adı, daşıdığı vəzifə təkcə onu tanıyanlara deyil, bütün tibb aləminəməlumdur. Mən professorun ölkə hüdudlarındankənarda qazandığı uğurları, onun bir pedaqoq-alim kimi yetirmələrini və ümumiyyətlə,tibb elminə verdiyi böyük töhfələri saymaq fikrində deyiləm. Çünki bu insanın həyatyolu özü bir məktəbdi. Bu yazını yazmaqda da məqsədim böyük alimimizi, görkəmlielm xadimimizi tərifləmək deyil. Onun heçbuna ehtiyacı da yoxdu. Sadəcə mən bu yazınıürəyimin illərdən bəri mənə pıçıldadığı fikirləri sözə çevirmək üçün yazıram. Çünki mənim aləmimdə Qalib həkim sənətiylə şəxsiyyətiüst-üstə düşən, hətta xarici görkəmi, üzünün-gözününtəbəssümüylə həkimliyi üst-üstə düşən adamdı. Onunla oturub söhbət edəndə şəxsənmən ağrının nə olduğunu unuduram. Hətta dəfələrlə içimdə qərar vermişəm ki, Qalibhəkimdən ürək problemlərimlə bağlı hansısa suallara cavab istəyim. Amma görüşübsöhbətə başlayanda hər şeyi unutmuşam. Çünki Qalib həkim o qədər müsbət aura yaradır,özünün sözüylə birlikdə adamı elə bir nöqtəyə qaldırır ki, sanki yerdən qopub ayrılırsan- sanki bir ağrısız-acısız, qayğısız bir mühitə düşürsən. Mənə elə gəlir ki, Qalib həkimin tibbdə qazandığı uğurların arxasındaonun şəxsiyyətinin bu qədər işıqlı olmasıdayanır. Mən tərəddüdsız onun ürəyində birişıq yuvasının, bir günəş parçasının bərqərar olduğunu dilə gətirə bilərəm. Və birdə...

Bəli, mən yazımınəvvəlində vurğuladım ki, onunla şəxsi tanışlığımın yaşı o qədər də böyük deyil.Amma onu mən hələ 1980-ci ildən tanıyıram. Bir mətbuat işçisi kimi Sovet dönəmiçərçivəsində Azərbaycanın tibb elmində baş verən yenilikləri zaman-zaman izləməkimkanım olmuşdu və onda Qalib müəllimin sorağını eşidib adını yaddaşıma yazmışdım.Sonra onu Qarabağ hadisələrinin ilk mərhələsində Füzulidə olan ziyalıların toplantılarındagördüm, çıxışlarını dinlədim. Necə deyərlər, vətənlə bağlı çıxışlarını dinlədim.Və yaddaşıma yazıb bir eloğlu kimi qürur duyduğum alimin təkcə öz sahəsində yox,həm də cəmiyyətdəki vətəndaşlıq mövqeyinin dəbütövlüyünü anlayıb ona olan sevgimi bir az da bülövlədim. Və bu gün bütünbunları xatırlamaqla mən Qalib müəllimə üztuturam:

- Siz həkim kimidə, alim kimi də, xüsusilə İNSAN və VƏTƏNDAŞ kimi də mənim üçün və Sizi tanıyanhər kəs üçün əzizsiniz, dəyərlisiniz! Sizinlə fəxr etdiyimiz üçün biz də qürur duyuruq!

...Və nəhayət, Qalibhəkim, bu yazı heç də Sizin 70 yaşınıza mənim hədiyyəm deyil. Çünki mən Sizə layiqolacaq hədiyyəni hələ tapa bilməmişəm. Amma bu yazı mənim ürəyimin illərdən bəriözüylə gəzdirdiyi və Sizə deməyə uyğun məqam tapmadığı fikirlərdi, özü də pıçıltıformasında. Nəhayət ki, o pıçıltıları mənsözə çevirməyə çalışdım. Amma hiss edirəmki, hələ hamısını deməmişəm. İnşallah, ürəyimdə sizə deyəcəklərimin qalanlarınıFüzulidə, Tuğda üz-üzə danışarıq. Buna ümid edirəm!..


TƏQVİM / ARXİV